Tarixi ənənənin DAVAMI – Ərdoğanın Azərbaycana səfərinin SİYASİ ƏHƏMİYYƏTİ

Xəbər verdiyimiz kimi Türkiyənin yenidən seçilmiş prezidenti Rəcəb Tayyib Ərdoğan iyunun 12-də Azərbaycana rəsmi səfərə gəlib. Şimali Kipr Türk Cümhuriyyətindən sonra Türkiyə liderinin ilk xarici səfərini Azərbaycana etməsi təsadüfi deyil. 

Bunun bir sıra siyasi-iqtisadi əsasları var. Azərbaycan hazırda regionun ən sürətlə inkişaf edən, Avropanın nəqliyyat təhlükəsizliyində müstəsna paya sahib olan və ən nəhayət Avro-Asiya nəqliyyat dəhlizində körpü rolunu oynayan bir ölkədir. 

Azərbaycan həm də türk və islam dünyası üçün bir körpüdür. Ona görə də dünyanın aparıcı siyasi liderlərindən olan Ərdoğanın bu səfəri əlamətdar hadisə olmaqla yanaşı region və beynəlxalq aləm üçün yeni prioritetləri müəyyənləşdirəcək.
 

MÖVZU İLƏ BAĞLI:

Ərdoğan sabah Azərbaycana səfər EDƏCƏK


Mövzu ilə bağlı Bizim.Media-ya danışan politoloq Cümşüd Nuriyev bildirib ki, Türkiyə Prezidentinin ilk xarici dövlət kimi Azərbaycana səfər etməsi bir ənənə olması ilə yanaşı əlamətdar hadisədir:

“Nəzərə alaq ki, hazırdan dünyanın ən nüfuzlu 10 siyasi liderindən biri Ərdoğandır. Ona görə də onun ilk beynəlxalq səfərini Azərbaycana etməsi bütövlükdə türk və islam dünyası üçün əlamətdar hadisədir. Bildiyim qədər Ərdoğan bu səfərində də Qarabağa gedəcək. Yada salaq ki, iyunun 15-i ümummilli lider Heydər Əliyevin yenidən siyasi hakimiyyətə gəlməsinin 30 ili tamam olur. Eyni zamanda Şuşa Bəyannaməsinin də 2 ili tamam olur. Bu əlamətdar hadisələr öncəsi Ərdoğanın Azərbaycana səfər etməsi həm də dünyaya bir mesajdır. Bu səfər Ərdoğanın Türkiyənin yenə də və əbədiyyən Azərbaycanın yanında olacağına dair bir çağırışdır.

Eyni zamanda, Ərdoğanın Azərbaycana bu səfəri yeni dövrün başlanğıcıdır. Çünki, Şuşa Bəyannaməsinin həyata keçirilməsi üçün Yol Xəritəsi işlənməlidir.

Yəqin ki, bu səfər çərçivəsində yeni Yol Xəritəsinin predmetləri müzakirə ediləcək. Digər bir maraqlı müzakirə mövzusu ilə Qarabağda və Şərqi Zəngəzurda “yaşıl enerji” layihələridir. Eləcə də əhalinin bu ərazilərə qayıdışı məsələsi də əsas müzakirə mövzularından biri olacaq.  

Zəngəzur dəhlizi və qardaş türk dövlətlərinin bu dəhliz üzərindən öz karbohidrogen ehtiyatlarının Avropa bazarına rahat çıxış imkanlarının da bu görüşdə müzakirə ediləcəyi ehtimalı da güclüdür. Eləcə də Azərbaycan-Türkiyə birliyinin təkcə regionda deyil, həm də beynəlxalq arenada birgə çıxış strategiyasının əsasları da bu səfər çərçivəsində yəqin ki, müzakirə ediləcək. Təbii ki, iki lider arasında keçiriləcək müzakirələrdə Ermənistan və Azərbaycan arasında sülh sazişinin daha qısa zamanda imzalanması da prioritetdir”.

Cümşüd Nuriyev qeyd etdi ki, Şimali Kiprdən sonra Ərdoğanın Azərbaycan səfər etməsinin bir sıra səbəbləri var:

“Birincisi, Türkiyə və Azərbaycan liderlərin yüksək səviyyədə və dünyada müqayisə olunmayan münasibətləridir.

İkincisi, bir millət iki dövlət prinsipinin sübutudur. Xatırlayaq ki, dünyada 22 ərəb dövləti var. Lakin bir ərəb dövləti liderinin sözü digər ərəb liderinin boğazından keçmir. Baxmayaraq ki, İslam İqtisadi Əməkdaşlıq, Ərəb Liqası və digər platformlarda guya ərəb dövlətləri birləşib. Lakin, bu “birlik” yalnız sözdədir. 

Bu mənada Azərbaycan-Türkiyə birliyi və həmrəyliyi istənilən dövlətlərin qibtə edəcəyi səviyyədədir. Təsadüfi deyil ki, Azərbaycan-Türkiyə bu gün Qazaxıstan və Orta Asiyadakı türk dövlətləri üçün çox gözəl bir örnəkdir. Və yavaş-yavaş bu türk dövlətləri də Azərbaycan-Türkiyə birliyinə inteqrasiya etməyə çalışırlar. Bu da eyni kökdən olan xalqların bir araya gəlməsi, birləşməsi üçün unikal bir modeldir”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Yatdığı yerdə amansızlıqla öldürülən qayınatanın – Fotosu

Yatdığı yerdə amansızlıqla öldürülən qayınatanın – Fotosu

610 bal topladı, universitetə qəbul olmadı

610 bal topladı, universitetə qəbul olmadı

Temperatur 8 dərəcə enəcək – Güclü külək, yağış... – XƏBƏRDARLIQ

Temperatur 8 dərəcə enəcək – Güclü külək, yağış... – XƏBƏRDARLIQ

80 yaşlı əfsanə vəfat etdi – ölkədə bayraqlar bir həftə yarıya endirilir

80 yaşlı əfsanə vəfat etdi – ölkədə bayraqlar bir həftə yarıya endirilir

“Sabah”ın ilk potensial rəqibləri bilindi: dünya nəhəngi… – FOTO

“Sabah”ın ilk potensial rəqibləri bilindi: dünya nəhəngi… – FOTO

Köçəryanın oğlu həbs olundu

Köçəryanın oğlu həbs olundu

Dövlət qurumlarında işə düzəlmək üçün mütləq DİM-də imtahan vermək lazımdır? - AÇIQLAMA

Dövlət qurumlarında işə düzəlmək üçün mütləq DİM-də imtahan vermək lazımdır? - AÇIQLAMA

BİZİM TƏQVİM:26 avqustda baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM:26 avqustda baş vermiş tarixi hadisələr

"Qeysəriyyə dedilər, həkim razı olmadı" – Buzovnadakı uşaq ölümünün təfərrüatı - VİDEO

"Qeysəriyyə dedilər, həkim razı olmadı" – Buzovnadakı uşaq ölümünün təfərrüatı - VİDEO

"Doğuş" edən oyuncaqlar görənləri şoka saldı: "Açıq-aşkar cəmiyyəti pozurlar" - VİDEO

"Doğuş" edən oyuncaqlar görənləri şoka saldı: "Açıq-aşkar cəmiyyəti pozurlar" - VİDEO

"Bir az vicdanınız olsun" – FOTO

"Bir az vicdanınız olsun" – FOTO

Azərbaycanda qadın müəllimlərin xüsusi çəkisi artıb

Azərbaycanda qadın müəllimlərin xüsusi çəkisi artıb

Sevdikləri insanları heç vaxt yarı yolda qoymayan BÜRCLƏR

Sevdikləri insanları heç vaxt yarı yolda qoymayan BÜRCLƏR

Məzuniyyət zamanı orqanizmin dözümlülüyünü artıran MADDƏ

Məzuniyyət zamanı orqanizmin dözümlülüyünü artıran MADDƏ

Məktəblilər üçün bu ayaqqabını almayın - Valideynlərin etdiyi təhlükəli səhv

Məktəblilər üçün bu ayaqqabını almayın - Valideynlərin etdiyi təhlükəli səhv

Səhv karta göndərilən pul üçün bank nə edə bilər? — Açıqlama

Səhv karta göndərilən pul üçün bank nə edə bilər? — Açıqlama

İranda dollar yeni rekord vurdu - FOTO

İranda dollar yeni rekord vurdu - FOTO

Latviya Rusiya və Belarus mallarını qadağan etdi – Bu tarixdən qüvvədədir

Latviya Rusiya və Belarus mallarını qadağan etdi – Bu tarixdən qüvvədədir

Dehliyə uçan təyyarəsi Bakıda eniş etdi

Dehliyə uçan təyyarəsi Bakıda eniş etdi

Bu gün Laçın Şəhəri Günüdür

Bu gün Laçın Şəhəri Günüdür

Qapımız həmişə qardaş Azərbaycana açıqdır – Səidə Mirziyayeva

Qapımız həmişə qardaş Azərbaycana açıqdır – Səidə Mirziyayeva

Bu gün Mehriban Əliyevanın doğum günüdür

Bu gün Mehriban Əliyevanın doğum günüdür

Tramp: “Kanada dövlət deyil”

Tramp: “Kanada dövlət deyil”

2027 tarixdə ən isti il olacaq - Alimlərdən xəbərdarlıq

2027 tarixdə ən isti il olacaq - Alimlərdən xəbərdarlıq

End of content

No more pages to load

RADİO