Qərbin İKİLİ STANDARTLARI – Ermənistan Rusiyaya yardım etdiyinə görə niyə CƏZALANDIRILMIR?

Son zamanlar Qərb Rusiya ilə yanaşı, ona sanksiyalar məngənəsindən xilas olmaqda yardımçı olan ölkələr və ya onların şirkətlərinə qarşı da müəyyən sanksiyalar tətbiq etmək yolunu tutub. 

Qeyd edək ki, Rusiyaya sanksiyalardan yayınmaqda yardımçı olan ölkələr sırasında əsasən 5 ölkənin adı çəkilir. Bunlar Ermənistan, Gürcüstan, Qazaxıstan, Türkiyə və BƏƏ-dir. Qərb bu ölkələrin özlərinə qarşı olmasa da, hələlik onları təmsil edən şirkətlərə sanksiyalar tətbiq etməyə başlayıb. 
 

MÖVZU İLƏ BAĞLI:

Aİ Azərbaycanla Ermənistan arasında sülhə nail olmağın yeganə yolunu AÇIQLADI


Amma maraqlıdır ki, bu müstəvidə Qərb Ermənistanın hərəkətlərinə göz yummağa davam edərək, ona “gözün üstə qaşın var” demir. 

Ermənistan nadir ölkədir ki, Rusiyaya sanksiyalar tətbiq olunmasına baxmayaraq, bu ölkəyə malların daşınmasını artırır.

Əməkdaşlıq güclənir, Qərb isə susur....

2022-ci ildə Ermənistanın xaricdən idxalı 2021-ci illə müqayisədə 63,5 faiz artaraq, 8,7 milyard dollardan çox olub. Keçən il Ermənistanın Rusiya ilə ticarət dövriyyəsi 2021-ci illə müqayisədə 91,7 faiz artaraq, 5,05 milyard dollar təşkil edib. Bu müddətdə Ermənistanın Rusiyaya ixracı 2,4 dəfə artaraq, 20,4 milyard dollar olub.  

Ümumilikdə Ermənistanın ixracında Rusiyanın payı 45 faizə çatıb. Ermənistandan Rusiyaya elektron məhsulların ixracı 37 dəfə, nəqliyyat vasitələrinin ixracı 30 dəfə, maşın və mexaniki qurğuların ixracı 10 dəfə, qiymətli metal və daşların ixracı 200 faiz, texniki və tibbi avadanlıqların ixracı 400 faiz artıb.

Ermənistan iqtisadiyyatı ilə bağlı 2022-ci ilin proqnozları ilə artım tempi arasındakı böyük fərq də əsas faktlardan biridir. 

Belə ki, Ermənistan Mərkəzi Bankı 2022-ci ildə iqtisadi artımla bağlı proqnozu 5,3 faizdən 1,6 faizə, Beynəlxalq Valyuta Fondu 5,25 faizdən 1,5 faizə, “Fitch Ratings” 5,3 faizdən 1,3 faizə endirib. Lakin 2022-ci ildə Ermənistanda iqtisadi artım 12,6 faiz, xarici ticarət dövriyyəsi isə 69 faiz artıb. Heç bir real istehsalı olmayan bir ölkədə baş verən bu artım birmənalı şəkildə Ermənistanın Rusiyaya sanksiyalardan yayınmaqda kömək etməsinin nəticəsidir. 

Amma maraqlıdır ki, İrəvanın Rusiyaya münasibətdə sərgilədiyi mövqeyə baxmayaraq, Qərb Ermənistanın bu əməlinə ciddi reaksiya vermir. Onu da qeyd edək ki, Qərb vaxtilə İrəvanın sanksiyalara məruz qalan İranla təmaslarına da göz yumub. 

“Ermənistanın bu hərəkətinə Qərbin göz yumması onun ikili standartlar siyasətinin tərkib hissəsidir”

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında Cənubi Qafqaz Araşdırmalar Mərkəzinin sədri Fərhad Məmmədov bildirib ki, Qərbin İrəvanın sözügedən hərəkətinə göz yumması ikili standartlar, Paşinyanın verdiyi vədlər və erməni diasporunun fəaliyyətinin nəticəsidir:

“Rusiyaya sanksiyalardan yayınmaqda kömək edən Ermənistanın bu hərəkətinə Qərbin göz yumması onun ikili standartlar siyasətinin tərkib hissəsidir. Belə yanaşma tərzi eyni zamanda Paşinyanın onlara verdiyi vədlərlə bağlıdır. Belə ki, Paşinyan ölkəsinin KTMT-dən çıxacağını, Ermənistanın xarici siyasət vektorunun dəyişəcəyini vəd edib. 

Burada erməni diasporunun fəaliyyəti də müəyyən dərəcədə rol oynayıb. Onlar hər zaman Ermənistanı belə problemlərdən qorumağa çalışıblar.

Lakin indiki durumda sanksiyalardan yayınmaq məsələsi böyük miqyas kəsb etdiyindən artıq belə halları ört-basdır etmək də mümkün deyil. 

Rusiyaya sanksiyalardan yayınmaqda kömək edən 5 dövlətə xəbərdarlıq edilib ki, Ermənistan da onların sırasındadır. Ermənistanda qeydiyyatdan keçən ayrı-ayrı şirkətlərə qarşı sanksiyalar tətbiq edilir. Belə mövzular Qərb mətbuatında geniş yer aldıqca, xəbərdarlıqlar öz növbəsində konkret hərəkətlərlə əvəzlənəcək”. 

Rüfət Sultan, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Yatdığı yerdə amansızlıqla öldürülən qayınatanın – Fotosu

Yatdığı yerdə amansızlıqla öldürülən qayınatanın – Fotosu

610 bal topladı, universitetə qəbul olmadı

610 bal topladı, universitetə qəbul olmadı

Temperatur 8 dərəcə enəcək – Güclü külək, yağış... – XƏBƏRDARLIQ

Temperatur 8 dərəcə enəcək – Güclü külək, yağış... – XƏBƏRDARLIQ

80 yaşlı əfsanə vəfat etdi – ölkədə bayraqlar bir həftə yarıya endirilir

80 yaşlı əfsanə vəfat etdi – ölkədə bayraqlar bir həftə yarıya endirilir

“Sabah”ın ilk potensial rəqibləri bilindi: dünya nəhəngi… – FOTO

“Sabah”ın ilk potensial rəqibləri bilindi: dünya nəhəngi… – FOTO

Köçəryanın oğlu həbs olundu

Köçəryanın oğlu həbs olundu

Dövlət qurumlarında işə düzəlmək üçün mütləq DİM-də imtahan vermək lazımdır? - AÇIQLAMA

Dövlət qurumlarında işə düzəlmək üçün mütləq DİM-də imtahan vermək lazımdır? - AÇIQLAMA

BİZİM TƏQVİM:26 avqustda baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM:26 avqustda baş vermiş tarixi hadisələr

"Qeysəriyyə dedilər, həkim razı olmadı" – Buzovnadakı uşaq ölümünün təfərrüatı - VİDEO

"Qeysəriyyə dedilər, həkim razı olmadı" – Buzovnadakı uşaq ölümünün təfərrüatı - VİDEO

"Doğuş" edən oyuncaqlar görənləri şoka saldı: "Açıq-aşkar cəmiyyəti pozurlar" - VİDEO

"Doğuş" edən oyuncaqlar görənləri şoka saldı: "Açıq-aşkar cəmiyyəti pozurlar" - VİDEO

"Bir az vicdanınız olsun" – FOTO

"Bir az vicdanınız olsun" – FOTO

Azərbaycanda qadın müəllimlərin xüsusi çəkisi artıb

Azərbaycanda qadın müəllimlərin xüsusi çəkisi artıb

Sevdikləri insanları heç vaxt yarı yolda qoymayan BÜRCLƏR

Sevdikləri insanları heç vaxt yarı yolda qoymayan BÜRCLƏR

Məzuniyyət zamanı orqanizmin dözümlülüyünü artıran MADDƏ

Məzuniyyət zamanı orqanizmin dözümlülüyünü artıran MADDƏ

Məktəblilər üçün bu ayaqqabını almayın - Valideynlərin etdiyi təhlükəli səhv

Məktəblilər üçün bu ayaqqabını almayın - Valideynlərin etdiyi təhlükəli səhv

Səhv karta göndərilən pul üçün bank nə edə bilər? — Açıqlama

Səhv karta göndərilən pul üçün bank nə edə bilər? — Açıqlama

İranda dollar yeni rekord vurdu - FOTO

İranda dollar yeni rekord vurdu - FOTO

Latviya Rusiya və Belarus mallarını qadağan etdi – Bu tarixdən qüvvədədir

Latviya Rusiya və Belarus mallarını qadağan etdi – Bu tarixdən qüvvədədir

Dehliyə uçan təyyarəsi Bakıda eniş etdi

Dehliyə uçan təyyarəsi Bakıda eniş etdi

Bu gün Laçın Şəhəri Günüdür

Bu gün Laçın Şəhəri Günüdür

Qapımız həmişə qardaş Azərbaycana açıqdır – Səidə Mirziyayeva

Qapımız həmişə qardaş Azərbaycana açıqdır – Səidə Mirziyayeva

Bu gün Mehriban Əliyevanın doğum günüdür

Bu gün Mehriban Əliyevanın doğum günüdür

Tramp: “Kanada dövlət deyil”

Tramp: “Kanada dövlət deyil”

2027 tarixdə ən isti il olacaq - Alimlərdən xəbərdarlıq

2027 tarixdə ən isti il olacaq - Alimlərdən xəbərdarlıq

End of content

No more pages to load

RADİO