Əlaqələndirmə Qərargahı Laçın şəhərində növbəti dəfə TOPLANDI - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, iyunun 9-da Azərbaycan Respublikası Prezidenti Administrasiyasının, işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli məqsədilə yaradılmış Əlaqələndirmə Qərargahının rəhbəri Samir Nuriyevin sədrliyi ilə Qərargahın Laçın şəhərində növbəti iclası keçirilib. 

Bizim.Media xəbər verir ki, iclası giriş sözü ilə açan Samir Nuriyev 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə qayıtmış Ümummilli Lider Heydər Əliyevin müdrik siyasəti və qətiyyətli iradəsi sayəsində dövlətimizin məhv olmaq təhlükəsindən xilas edildiyini, müstəqilliyimizin möhkəmləndirildiyini, ölkəmizin ardıcıl inkişaf yoluna qədəm qoyduğunu bildirib. 

Samir Nuriyev vurğulayıb ki, Ulu Öndər bütün qüvvəsini və xalqımızın potensialını vahid amal - torpaqlarımızın işğaldan azad olunması və məcburi köçkünlərin doğma yurdlarına qayıtmaları üçün səfərbər etdi.

Ümummilli Liderin layiqli davamçısı Prezident İlham Əliyevin düşünülmüş və prinsipial siyasəti nəticəsində Azərbaycanın sürətli və hərtərəfli inkişafı təmin olundu, Ermənistanın 30 illik işğalçılıq siyasətinə son qoyuldu və ərazi bütövlüyümüz bərpa edildi.

Bu gün işğaldan azad olunmuş ərazilərimizdə genişmiqyaslı yenidənqurma və bərpa işləri aparılır, artıq məcburi köçkünlər doğma yurdlarına qayıtmağa başlayıblar. 

Əlaqələndirmə Qərargahının rəhbəri Azərbaycan Respublikası Prezidentinin 2023-cü ilin may ayı ərzində Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına səfərlər edərək bir çox yaşayış məntəqələrinin təməllərini qoyduğunu, infrastruktur və digər obyektlərin təməlqoyma və açılış mərasimlərində iştirak etdiyini, yenidənqurma və tikinti işləri ilə yerlərdə tanış olduğunu və müvafiq tapşırıqlar verdiyini bildirib.

Qeyd edilib ki, çoxşaxəli və irimiqyaslı layihələrin reallaşdırılması dövlətimizin başçısının işğaldan azad olunmuş ərazilərin dirçəldilməsi ilə bağlı müəyyən etdiyi sistemli, ardıcıl yol xəritəsinə və strateji xəttə uyğun şəkildə, sürətlə icra olunmaqdadır.
Həyata keçirilən layihələr çərçivəsində işlərin miqyası genişləndiyinə görə, yerlərdə işin planlı və əlaqəli şəkildə aparılması, o cümlədən bütün aidiyyəti qurumların sıx əməkdaşlıq mühitində fəaliyyətinin təmin edilməsi, habelə vaxt və keyfiyyət amillərinin uzlaşdırılması məsələlərinə diqqətin artırılması zəruridir. 

Sonra Azərbaycan Respublikasının Prezidentinin işğaldan azad edilmiş ərazilərə səfərləri zamanı verdiyi tapşırıqların icrası istiqamətində görülən işlər ətrafında fikir mübadiləsi aparılıb. Həmçinin “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində 2023-cü il ərzində icrası davam etdirilən və həyata keçirilməsi nəzərdə tutulan işlərə dair məruzələr dinlənilib, müzakirələr aparılıb. 

Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndələri iclasın gündəliyinə daxil olan məsələlərin yerlərdə əlaqələndirilməsi, müvafiq ərazilər üzrə görülən işlərin icra dinamikası və qarşıda duran vəzifələr barədə məlumat veriblər. 

İclasda Azərbaycan Prezidenti tərəfindən Qərargah qarşında qoyulmuş vəzifələrin tam şəkildə icrası və müəyyən edilmiş strateji xəttə uyğun həlli məsələləri müzakirə olunub. 

Daha sonra Qərargahın üzvləri Laçın şəhərində Aqro və Sənaye Parkında görülən işlər, Heydər Əliyev küçəsinin yenidənqurma konsepti ilə tanış olub, 1 Dekabr küçəsində yaşayış məhəlləsinə baxış keçiriblər. Onlara Həkəri çayının sahilində salınan “Laçın bulvarı”nda aparılan işlərlə bağlı məlumat verilib. 

Qərargahın üzvləri Laçın rayonunun Zabux kəndinə səfər edərək, burada zəruri infrastrukturun yaradılması və kəndə qayıdacaq əhalinin rahat həyat şəraitinin təmin edilməsi istiqamətində aparılan genişmiqyaslı işlərlə tanış olublar. 
Səfərin yekununda Samir Nuriyev qarşıda duran məsələlərin vaxtında və yüksək keyfiyyətlə yerinə yetirilməsi üçün aidiyyəti orqanların rəhbərlərinə zəruri tapşırıqları çatdırıb. 


















Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

70 yaşdan yuxarı şəxslərə kredit verilirmi?

70 yaşdan yuxarı şəxslərə kredit verilirmi?

MN-in "İstirahət evi"nin sabiq rəisi barəsində MƏHKƏMƏ QƏRARI dəyişdi

MN-in "İstirahət evi"nin sabiq rəisi barəsində MƏHKƏMƏ QƏRARI dəyişdi

Gürcüstanda növbəti dəfə kütləvi elektrik kəsintisi BAŞ VERDİ

Gürcüstanda növbəti dəfə kütləvi elektrik kəsintisi BAŞ VERDİ

Hörmüz boğazından keçən yeni marşrutun koordinatları razılaşdırıldı

Hörmüz boğazından keçən yeni marşrutun koordinatları razılaşdırıldı

"Bu, sənətkar adına layiq deyil, biyabırçılıqdır"

"Bu, sənətkar adına layiq deyil, biyabırçılıqdır"

Təyyarədə baqaj yükü itən sərnişin nə etməlidir? - AÇIQLAMA

Təyyarədə baqaj yükü itən sərnişin nə etməlidir? - AÇIQLAMA

“Mənə aid bəzi fikirlər təhrif olunub” - Hikmət Hacıyev - FOTO

“Mənə aid bəzi fikirlər təhrif olunub” - Hikmət Hacıyev - FOTO

Məhərrəmlikdə mahnıya görə uşaqları xəncərlə hədələdi, həbs olundu

Məhərrəmlikdə mahnıya görə uşaqları xəncərlə hədələdi, həbs olundu

“Qarabağ”ı şişirtməyə ehtiyac yoxdur - Milevski

“Qarabağ”ı şişirtməyə ehtiyac yoxdur - Milevski

Ötən gün kanalda batan yeniyetmə ilə bağlı MƏLUMAT - VİDEO

Ötən gün kanalda batan yeniyetmə ilə bağlı MƏLUMAT - VİDEO

QHT-lər üçün qrant müsabiqəsi elan edildi

QHT-lər üçün qrant müsabiqəsi elan edildi

Məşhur şadlıq sarayı 3,5 milyona satılır

Məşhur şadlıq sarayı 3,5 milyona satılır

Bakıda məşhur ticarət mərkəzində FACİƏ

Bakıda məşhur ticarət mərkəzində FACİƏ

Gəncədə avtomobillər toqquşdu - Xəsarət alanlar var

Gəncədə avtomobillər toqquşdu - Xəsarət alanlar var

Azərbaycan Mərakeşdə fəxri ölkə seçildi - FOTO

Azərbaycan Mərakeşdə fəxri ölkə seçildi - FOTO

Bakı metrosunda avqustun 15-dən yeni mərhələ BAŞLAYIR

Bakı metrosunda avqustun 15-dən yeni mərhələ BAŞLAYIR

15 iyulda Ərdoğana qarşı sui-qəsddə iştirak edən şəxs tutuldu

15 iyulda Ərdoğana qarşı sui-qəsddə iştirak edən şəxs tutuldu

Avtonom dronların uçuşunda YENİ QAYDALAR - Agentlik sədri mexanizmi açıqladı

Avtonom dronların uçuşunda YENİ QAYDALAR - Agentlik sədri mexanizmi açıqladı

Riyaziyyat fənnindən yüksək nəticəsi olan məktəblər - SİYAHI

Riyaziyyat fənnindən yüksək nəticəsi olan məktəblər - SİYAHI

Türkiyə Rusiya və Ukraynaya XƏBƏRDARLIQ ETDİ

Türkiyə Rusiya və Ukraynaya XƏBƏRDARLIQ ETDİ

Bakı metrosunda qatarlararası interval 2 dəqiqəyə enəcək – RƏSMİ AÇIQLAMA

Bakı metrosunda qatarlararası interval 2 dəqiqəyə enəcək – RƏSMİ AÇIQLAMA

Paytaxtda nəqliyyat sıxlığı necə azalacaq? - Metrodan 88 milyon sərnişinlik böyük layihə

Paytaxtda nəqliyyat sıxlığı necə azalacaq? - Metrodan 88 milyon sərnişinlik böyük layihə

İsrail Livanın cənubunu VURDU

İsrail Livanın cənubunu VURDU

Bakı yolları yenilənir: Hansı küçələrdə təmir başa çatıb?

Bakı yolları yenilənir: Hansı küçələrdə təmir başa çatıb?

End of content

No more pages to load

RADİO