2016-cı il iyulun 15-də Türkiyədə dövlət çevrilişinə cəhd zamanı Prezident Rəcəb Tayyib Ərdoğana qarşı Marmarisdə həyata keçirilən sui-qəsd təşəbbüsündə iştirak edən və 10 ildir qırmızı bülletenlə axtarışda olan "Fətullahçı" Terror Təşkilatının (FETÖ) üzvü Burkay Karatepe həbs edilib.
Bizim.Media Türkiyə KİV-nə istinadən xəbər verir ki, Afyonkarahisarda tutulan Karatepe rəsmi prosedurlardan sonra Muğla Təhlükəsizlik İdarəsinin Terrorla Mübarizə (TEM) Şöbəsi əməkdaşları tərəfindən şəhərə aparılıb.
Respublika prokurorluğundakı ifadəsindən sonra Karatepe həbs edilib.
Bizim.Media