Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə 4 avqust tarixində Mingəçevir şəhəri, Qarabağ suvarma kanalında 1 nəfərin batması barədə məlumat daxil olub.
Bizim.Media xəbər verir ki, FHN-in Mətbuat xidmətindən verilən xəbərə görə, məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.
Hazırda vətəndaş - 2012-ci il təvəllüdlü Şərifzadə Nicat Yalçın oğlunun batdığı ehtimal edilən istiqamətlərdə axtarışlar həyata keçirilir.
Əlavə məlumat veriləcək.
Bizim.Media