İlham Əliyev Özbəkistan Ali Məclisi Senatının sədrini qəbul edib - VİDEO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 15-də Özbəkistan Ali Məclisi Senatının sədri Tənzilə Narbayevanı qəbul edib.

Bizim.Media xəbər verir ki, Prezident İlham Əliyev Tənzilə Narbayevanın rəhbərlik etdiyi nümayəndə heyətinin Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş Azərbaycan Respublikası Milli Məclisinin xüsusi iclasında iştirakını yüksək qiymətləndirərək Ulu Öndərin xatirəsinə göstərilən ehtirama görə təşəkkürünü bildirib. 

Dövlətimizin başçısı Özbəkistana səfəri zamanı Prezident Şavkat Mirziyoyevlə birlikdə Ulu Öndərin abidəsinin və onun adının daşıyan parkın açılmasını da bu ehtiramın təzahürü olduğunu deyib.
Ümummilli Liderin dost və qardaş Özbəkistanla və Özbəkistan xalqı ilə əlaqələrə böyük diqqət yetirdiyini xatırladan Azərbaycan Prezidenti bu siyasətin bu gün də bütün istiqamətlərdə davam etdiyini məmnunluqla vurğulayıb. Prezident İlham Əliyev Özbəkistanın dövlət başçısı ilə dostuq münasibətlərinin ikitərəfli əlaqələrimizin genişlənməsi işinə xidmət etdiyini bildirib və bu işdə qarşılıqlı səfərlərin önəmini qeyd edib.

Dövlətimizin başçısı bu yaxınlarda Füzulidə olarkən Özbəkistan Prezidenti tərəfindən özbək xalqı adından hədiyyə olaraq burada inşa edilən məktəb binasında aparılan tikinti işləri ilə tanış olduğunu məmnunluqla bildirib.

Prezident İlham Əliyev Tənzilə Narbayevanın ölkəmizə səfərinin də əlaqələrimizin inkişafı baxımından önəmini qeyd edib.

Tənzilə Narbayeva, ilk növbədə, Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin salamlarını və ən xoş arzularını dövlətimizin başçısına çatdıraraq qeyd edib ki, Özbəkistan Prezidenti strateji tərəfdaşlığa söykənən Azərbaycanla dostluq əlaqələrini yüksək qiymətləndiririr və Azərbaycan Prezidentinə qardaşlıq münasibətləri bəsləyir.

Azərbaycan Prezidenti salamlara və xoş sözlərə minnətdarlığını bildirdi, onun da salamlarını Şavkat Mirziyoyevə çatdırmağı xahiş edib.

Prezident İlham Əliyev Şavkat Mirziyoyevin rəhbərliyi ilə Özbəkistanda uğurlu islahatların aparıldığını deyib, bu yaxınlarda keçirilmiş referendum münasibətilə təbriklərini çatdırıb.
Öz növbəsində Tənzilə Narbayeva hər iki dövlət başçısının rəhbərliyi ilə Azərbaycan və Özbəkistanda bütün sahələrdə uğurların əldə edildiyini vurğulayıb.

Özbəkistan Ali Məclisi Senatının sədri Ümummilli Liderin 100 illiyinə həsr olunmuş Milli Məclisin xüsusi iclasında iştirakından məmnunluq hissi keçirdiyini bildirərək Ulu Öndərin ölkələrimiz arasında dostluq münasibətlərinin qurulmasında xüsusi rolunu qeyd edib. Vurğulayıb ki, Özbəkistanda Ulu Öndərin xatirəsi dərin hörmətlə yad olunur və dahi şəxsiyyətin anadan olmasının 100 illiyi münasibətilə tədbirlər davam edir.

Qonaq bildirib ki, torpaqlarımızı işğaldan azad etməklə Azərbaycan Prezidenti ata vəsiyyətini yerinə yetirib və Azərbaycan xalqının qəhrəmanı olaraq tarixi missiya həyata keçirib.

O, eyni zamanda, Qoşulmama Hərəkatına Azərbaycanın uğurlu sədrliyini xüsusilə qeyd edib və ölkəmizin rəhbərliyi ilə Hərəkatın nüfuzunun artdığını, onun təsisatlanması istiqamətində mühüm işlərin görüldüyünü vurğulayıb.

Tənzilə Narbayeva mədəniyyət və humanitar sahələrdə əməkdaşlığımızın xüsusi əhəmiyyət kəsb etdiyini deyərək, bu xüsusda Azərbaycan Prezidentinin Özbəkistanın mədəniyyət xadimlərini, Özbəkistan Prezidentinin isə Azərbaycanın mədəniyyət xadimlərini təltif etmələrinin önəminə toxunub, bunun mədəniyyət işçilərinə böyük ruh və həvəs verdiyini diqqətə çatdırıb.
Qonaq Özbəkistandan Azərbaycana səfər edən nümayəndə heyətlərinə daim göstərilən diqqətə görə də təşəkkürünü bildirib.

Söhbət zamanı xalqlarımız arasında ortaq tarixi köklərin, mədəniyyət və dil bağlılığının olması xüsusilə qeyd edilib.

Görüşdə qeyd edilib ki, maşınqayırma, kənd təsərrüfatı, tekstil sənayesi, energetika, investisiya qoyuluşu və digər sahələr üzrə konkret layihələr və birgə Fond var. Hər iki prezident tərəfindən bu layihələr davamlı şəkildə diqqət mərkəzində saxlanılır. Ölkələrimizin beynəlxalq təşkilatlar, Türk Dövlətləri Təşkilatı çərçivəsində uğurlu əməkdaşlığı vurğulanıb, gənclər sahəsində əməkdaşlığın, Azərbaycan və Özbəkistan gənclərini bir araya gətirən forumların keçirilməsinin önəmi bildirilib.
 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İtaliyada helikopter qəzası: Ölənlər var

İtaliyada helikopter qəzası: Ölənlər var

Valentina Matviyenko Mehriban Əliyevanı təbrik etdi

Valentina Matviyenko Mehriban Əliyevanı təbrik etdi

Ziroat Mirziyoyeva Mehriban Əliyevaya zəng etdi

Ziroat Mirziyoyeva Mehriban Əliyevaya zəng etdi

“Bəs mənimlə evlənəcəkdin...” – Rəşid Behbudovun qızı Poladın evlənməsindən yazdı - FOTO

“Bəs mənimlə evlənəcəkdin...” – Rəşid Behbudovun qızı Poladın evlənməsindən yazdı - FOTO

Leyla Əliyevadan ailə FOTOSU

Leyla Əliyevadan ailə FOTOSU

Azərbaycanda fəaliyyət göstərən məscidlərin sayı açıqlandı

Azərbaycanda fəaliyyət göstərən məscidlərin sayı açıqlandı

Tramp: “Müctəba Xameneyinin öldüyünü düşünmürəm” – VİDEO

Tramp: “Müctəba Xameneyinin öldüyünü düşünmürəm” – VİDEO

“Qadın oxuyanlar hamısı bir-birinə oxşayır, burun-dodaq eynidir” -Xalq artistindən İRAD

“Qadın oxuyanlar hamısı bir-birinə oxşayır, burun-dodaq eynidir” -Xalq artistindən İRAD

Heyvan mənşəli qida məhsullarının təhlükəsizliyi ilə bağlı YENİ TƏLƏBLƏR

Heyvan mənşəli qida məhsullarının təhlükəsizliyi ilə bağlı YENİ TƏLƏBLƏR

Biləsuvarda yük maşını kanala aşdı – VİDEO

Biləsuvarda yük maşını kanala aşdı – VİDEO

“Azərbaycan çempionatına gedəndə ona gülürdülər, indi isə Çempionlar Liqasındadır”

“Azərbaycan çempionatına gedəndə ona gülürdülər, indi isə Çempionlar Liqasındadır”

Azərbaycan XİN Pakistana başsağlığı verdi - FOTO

Azərbaycan XİN Pakistana başsağlığı verdi - FOTO

Putin və Şara arasında telefon danışığı baş tutdu

Putin və Şara arasında telefon danışığı baş tutdu

Şabrandakı qəzada sürücü də həyatını itirdi – ÖZƏL

Şabrandakı qəzada sürücü də həyatını itirdi – ÖZƏL

Mehriban Əliyeva Elmi-Tədqiqat Pediatriya İnstitutunu ziyarət etdi – FOTO

Mehriban Əliyeva Elmi-Tədqiqat Pediatriya İnstitutunu ziyarət etdi – FOTO

Anasını qətlə yetirən şəxsə HÖKM OXUNDU

Anasını qətlə yetirən şəxsə HÖKM OXUNDU

Daha iki həkimin qanunsuzluğunun üstü açıldı

Daha iki həkimin qanunsuzluğunun üstü açıldı

Balakəndə AĞIR QƏZA – Ər-arvad xəsarət aldı – FOTO

Balakəndə AĞIR QƏZA – Ər-arvad xəsarət aldı – FOTO

Xaçmazın fındıq bağları MƏHV olur - Fermerlər ağacları niyə kəsir? - VİDEOREPORTAJ

Xaçmazın fındıq bağları MƏHV olur - Fermerlər ağacları niyə kəsir? - VİDEOREPORTAJ

Mehriban Əliyeva Bakıda yeni körpələr evi-uşaq bağçasının açılışında – FOTO

Mehriban Əliyeva Bakıda yeni körpələr evi-uşaq bağçasının açılışında – FOTO

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevdən

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevdən

“Hörmətli sürücülər, bu lənətə gəlmiş vərdişdən uzaq durun!”

“Hörmətli sürücülər, bu lənətə gəlmiş vərdişdən uzaq durun!”

Alimlər təsdiqlədi: Gözəl qadınlara baxmaq kişilərin ömrünü uzadırmış

Alimlər təsdiqlədi: Gözəl qadınlara baxmaq kişilərin ömrünü uzadırmış

Meşələrdən meyvə toplayanlar cərimələnirlər? - RƏSMİ AÇIQLAMA – VİDEO

Meşələrdən meyvə toplayanlar cərimələnirlər? - RƏSMİ AÇIQLAMA – VİDEO

End of content

No more pages to load

RADİO