İlham Əliyev Ərəb Parlamentinin prezidentini qəbul edib - FOTO/VİDEO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 15-də Ərəb Parlamentinin prezidenti Adel bin Əbdulrəhman əl-Asumini qəbul edib.

Bizim.Media xəbər verir ki, dövlətimizin başçısı Adel bin Əbdulrəhman əl-Asuminin Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş Azərbaycan Respublikası Milli Məclisinin xüsusi iclasında iştirakından məmnunluğunu ifadə edib.

Prezident İlham Əliyev Ulu Öndərin Azərbaycanın ərəb ölkələri ilə münasibətlərinin inkişafına çox böyük töhfə verdiyini vurğulayaraq, bu gün də bu siyasətin davam etdirildiyini bildirib, özünün ərəb ölkələrinin rəhbərləri ilə çoxsaylı görüşlərinin və qarşılıqlı səfərlərin bunun əyani sübutu olduğunu deyib. 
Xalqlarımızı ortaq tarixin birləşdirdiyini vurğulayan dövlətimizin başçısı ərəb ölkələri ilə münasibətlərin uğurla və hərtərəfli inkişaf etdiyini deyib, ötən il Ərəb Liqasının Zirvə Toplantısına dəvət olunmasını əlaqələrimizin yüksək səviyyəsinin göstəricisi kimi dəyərləndirib.

Dövlətimizin başçısı ərəb ölkələrinin həm işğal dövründə, həm İkinci Qarabağ müharibəsi zamanı, həm də Zəfərimizdən sonra Azərbaycanla həmrəy olmasını yüksək qiymətləndirib və Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə bağlı İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində də çoxsaylı qətnamələr qəbul olunmasının önəmini qeyd edib.

Azərbaycan Prezidenti 30 illik işğal dövründə ermənilərin xalqımıza qarşı mədəni soyqırımı törətdiklərini bildirərək, həmin ərazilərdə onların İslam maddi-mədəniyyət irsini məhv etdiklərini, 67 məsciddən 65-ni dağıtdıqlarını diqqətə çatdırıb. Dövlətimizin başçısı Azərbaycanın işğaldan azad olunmuş ərazilərində aparılan bərpa-quruculuq işləri haqqında məlumat verib.

Prezident İlham Əliyev Ərəb Parlamentinin prezidentinin ölkəmizə səfərinin əməkdaşlığın genişlənməsi işinə töhfə verəcəyinə əminliyini ifadə edib.

Xoş sözlərə görə minnətdarlığını bildirən qonaq deyib:

“Sizin kimi böyük dünya lideri ilə görüşməkdən və Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə keçirilən bu tədbirlərdə iştirak etməkdən şərəf hissi duyuruq”.

Qonaq Bəhreynin Kralı Həməd bin İsa Al Xəlifənin və Bəhreyn Krallığının vəliəhdi, Nazirlər Şurasının sədri Salman bin Həməd Al Xəlifənin salamlarını dövlətimizin başçısına çatdırıb.
Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Bəhreynin Kralına və Vəliəhdinə çatdırmağı xahiş edib. Eyni zamanda, dövlətimizin başçısı dost və qardaş ərəb ölkələrinin rəhbərlərinə də öz ehtiramını çatdırıb.

Ərəb Parlamentinin Azərbaycana qardaş ölkə kimi münasibət bəslədiyini bildirən qonaq Fələstin problemi ilə bağlı göstərilən dəstəyə görə dövlətimizin başçısına minnətdarlığını ifadə edib.

Dövlətimizin başçısının Ulu Öndərin layiqli davamçısı olduğunu məmnunluqla qeyd edən qonaq Azərbaycan Prezidentinin müdrik və uzaqgörən siyasəti nəticəsində ölkəmizin qazandığı nailiyyətləri vurğulayıb.

O, Azərbaycanın İslam dəyərlərinin müdrikliyi əsasında inkişaf edən və bu dəyərlərin hökm sürdüyü bir ölkə olduğunu deyib.

Ölkəmizə ikinci dəfə səfər etdiyini bildirən Adel bin Əbdulrəhman əl-Asumi daha əvvəl Azərbaycana Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin Bakı konfransında iştirak etmək üçün gəldiyini diqqətə çatdırıb.

Qonaq Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyini təqdir etdiklərini bildirib, ölkəmizin Hərəkatın təsisatlanması, beynəlxalq səviyyədə nüfuzunun artması istiqamətində çox ardıcıl siyasət həyata keçirdiyini məmnunluqla vurğulayıb.
Azərbaycan Prezidenti ölkəmizin İslam həmrəyliyini hər zaman dəstəklədiyini bildirib. Bu xüsusda bir müddət əvvəl Fələstində Azərbaycanın diplomatik nümayəndəliyinin açılmasını, Azərbaycanın xarici işlər nazirinin Fələstinə səfərini və orada ölkəmiz tərəfindən məktəbin inşasını qeyd edib. 

Dövlətimizin başçısı Azərbaycanın İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etməsini xatırlayıb, ölkəmizin Avropada islamofobiya meyillərinin artmasından narahatlığını ifadə edib, bu cür meyilləri qınadığını deyib və bir müddət əvvəl Azərbaycanda islamofobiya ilə əlaqədar çox əhəmiyyətli beynəlxalq konfransın keçirildiyini vurğulayaraq, gələcəkdə bu xüsusda birgə platformanın yaradılmasının önəmini diqqətə çatdırıb.

Görüşdə Azərbaycanla İslam və ərəb dövlətləri arasında iqtisadiyyat, ticarət, investisiya sahələrində əlaqələrin genişləndirilməsinin vacibliyi diqqətə çatdırılıb, əməkdaşlığın birgə səylərlə daha da inkişaf edəcəyinə əminlik ifadə olunub.

Sonda qonaq dövlətimizin başçısına xatirə hədiyyəsi təqdim edib. Bu hədiyyənin ancaq ərəb dövlətlərinin liderlərinə verildiyini vurğulayan Adel bin Əbdulrəhman əl-Asumi deyib ki, müstəsna hal kimi bu hədiyyəni Azərbaycan Prezidentinə təqdim etməkdən şərəf hissi duyur.
 







Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Arvadının telefonunda yad kişiyə aid fotoşəkil tapdı və…

Arvadının telefonunda yad kişiyə aid fotoşəkil tapdı və…

Makronun da adı Epşteyn sənədlərində hallandı: Fransa ayağa qalxdı

Makronun da adı Epşteyn sənədlərində hallandı: Fransa ayağa qalxdı

"Gənc həmkarlarla inkişafa doğru" tədbiri keçirildi – FOTO

"Gənc həmkarlarla inkişafa doğru" tədbiri keçirildi – FOTO

Baltalanan yeniyetmələrin qohumu: "Zərbədən qızın beyni dağılıb" – VİDEO

Baltalanan yeniyetmələrin qohumu: "Zərbədən qızın beyni dağılıb" – VİDEO

“Hər şeyi darmadağın etdilər” - Namiq Qaraçuxurlu - Video

“Hər şeyi darmadağın etdilər” - Namiq Qaraçuxurlu - Video

Ağsuda DAVA qanla bitdi – Saxlanılan var

Ağsuda DAVA qanla bitdi – Saxlanılan var

Trampdan qonaqlara: “Burada nifrət etdiyim o qədər adam var ki...”

Trampdan qonaqlara: “Burada nifrət etdiyim o qədər adam var ki...”

Avro və rubl ucuzlaşdı, dollar isə... – YENİ MƏZƏNNƏ

Avro və rubl ucuzlaşdı, dollar isə... – YENİ MƏZƏNNƏ

Ceffri Epşteyn işi: Sənədlər “insan əti yeyilməsi” iddialarını yenidən gündəmə gətirdi

Ceffri Epşteyn işi: Sənədlər “insan əti yeyilməsi” iddialarını yenidən gündəmə gətirdi

Lənkəranda 45 yaşlı kişi öz evində YANDI

Lənkəranda 45 yaşlı kişi öz evində YANDI

Mehriban Əliyeva: “Əminəm ki, Azərbaycan gəncləri öz uğurları ilə xalqımızı daim sevindirəcək” – FOTO

Mehriban Əliyeva: “Əminəm ki, Azərbaycan gəncləri öz uğurları ilə xalqımızı daim sevindirəcək” – FOTO

Fevralda neçə gün evdəyik?

Fevralda neçə gün evdəyik?

İlham Əliyevdən Gənclər Günü ilə bağlı PAYLAŞIM – FOTO

İlham Əliyevdən Gənclər Günü ilə bağlı PAYLAŞIM – FOTO

Bu gündən BU BÜRCLƏRİN həyatı dəyişir

Bu gündən BU BÜRCLƏRİN həyatı dəyişir

İctimai nəqliyyatda güzəştlər bu şəxslərə şamil ediləcək – Açıqlama

İctimai nəqliyyatda güzəştlər bu şəxslərə şamil ediləcək – Açıqlama

“Bitcoin”in qiyməti 75 min dollardan aşağı düşdü

“Bitcoin”in qiyməti 75 min dollardan aşağı düşdü

Bu çayları əsla almayın: Bir fincan çayda 15 plastik parça

Bu çayları əsla almayın: Bir fincan çayda 15 plastik parça

Yeni metro stansiyası olan yerlərdə mənzillər BAHALAŞACAQ - VİDEO

Yeni metro stansiyası olan yerlərdə mənzillər BAHALAŞACAQ - VİDEO

“Makler”lərin böyük yalanı ÜZƏ ÇIXDI: Görün necə aldadırmışlar... - FOTO

“Makler”lərin böyük yalanı ÜZƏ ÇIXDI: Görün necə aldadırmışlar... - FOTO

Qızıl kəskin UCUZLAŞDI - SON QİYMƏT

Qızıl kəskin UCUZLAŞDI - SON QİYMƏT

Almaniyada avtoyuma: həmyerlimizə elə şərtlər qoyuldu ki...

Almaniyada avtoyuma: həmyerlimizə elə şərtlər qoyuldu ki...

Dollarla bağlı HƏYƏCANLI XƏBƏR – Devalvasiya qapıda?

Dollarla bağlı HƏYƏCANLI XƏBƏR – Devalvasiya qapıda?

Məktəblərdə qış tətili BAŞA ÇATDI

Məktəblərdə qış tətili BAŞA ÇATDI

Bu gün Gənclər Günüdür

Bu gün Gənclər Günüdür

End of content

No more pages to load

RADİO