Gürcüstan patriarxı Azərbaycan Prezidentini TƏBRİK EDİB

Bütün Gürcüstanın Katolikos-patriarxı, Mtsxeta və Tbilisi arxiyepiskopu, Pitsunda, Suxumi və Abxaziya mitropolitiII İliya Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Bizim.Media xəbər verir ki, məktubda deyilir:

"Hörmətli cənab Prezident!

Zati-alinizi Gürcüstan kilsəsi adından və şəxsən öz adımdan ürəkdən salamlayıram. Sizi dünya səviyyəli tanınmış siyasət və dövlət xadimi, dahi şəxsiyyət Prezident Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə təbrik edirəm.

Yüz il əvvəl Naxçıvanda anadan olmuş bu böyük insan tarixə mühüm töhfələr verdi və həmçinin Azərbaycan üçün rəmzə çevrildi. Qeyd edilməlidir ki, Heydər Əliyev titanik fəaliyyəti ilə həm sovet, həm də postsovet dövründə öz köklərini unutmurdu və hər zaman Vətəninin böyük pərəstişkarı idi. Öz xalqının ona olan dərin məhəbbəti onun ən böyük vəzifəni tərk edərək xalqın istəyi ilə Vətənə qayıtması və bütün gücünü ağır vəziyyətdə olan ölkəsinə sərf etməsindən qaynaqlanır.

Məhz bu davranış onun yenidən irəliləməsinə səbəb oldu ki, bu da Azərbaycanın dirçəlməsi üçün həyata keçirilən növbəti olduqca əhəmiyyətli onillik dövrlə əlaqədardır. Buna görə də o, öz xalqı və beynəlxalq ictimaiyyət tərəfindən sevilən hörmətli şəxsiyyətə çevrildi.

Siz onun yolunu uğurla davam etdirirsiniz, cənab Prezident. Bunun nəticəsidir ki, Azərbaycan artıq son 20 ildir uğurları, quruculuğu və əmin-amanlığı ilə seçilir.

Cənab Heydər Əliyevin və cənab Eduard Şevardnadzenin fəaliyyətləri eyni dövrə təsadüf edir. Onların səmimi əlaqələri ölkələrimizin və xalqlarımızın dostluğuna səbəb olmuşdur. Bunun nəticəsidir ki, Tbilisidə Kür çayının sağ sahilində bir mərkəzi bölməyə Heydər Əliyevin adı verildi.

Tanrıya şükürlər olsun ki, ölkələrimiz arasında dostluq və qarşılıqlı əməkdaşlıq əlaqələri yenə də davam edir. Ümid edirəm ki, hörmət və ədalətə əsaslanan bu münasibətlər gələcəkdə daha da dərinləşəcəkdir.

Bir daha Sizi və bütün Azərbaycan xalqını cənab Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə təbrik edir, ölkənizə xoşbəxt gələcək arzulayıram".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

ABŞ İrana zərbə endirməzdən əvvəl Yaxın Şərqdə HHM-ni gücləndirir

ABŞ İrana zərbə endirməzdən əvvəl Yaxın Şərqdə HHM-ni gücləndirir

Rusiya ordusu Zaporojye vilayətində iki yaşayış məntəqəsində irəlilədi

Rusiya ordusu Zaporojye vilayətində iki yaşayış məntəqəsində irəlilədi

Cəlilabadda qardaşı uşaqlarını baltalayan əmiyə cinayət işi açıldı – RƏSMİ

Cəlilabadda qardaşı uşaqlarını baltalayan əmiyə cinayət işi açıldı – RƏSMİ

Arvadının telefonunda yad kişiyə aid fotoşəkil tapdı və…

Arvadının telefonunda yad kişiyə aid fotoşəkil tapdı və…

Makronun da adı Epşteyn sənədlərində hallandı: Fransa ayağa qalxdı

Makronun da adı Epşteyn sənədlərində hallandı: Fransa ayağa qalxdı

"Gənc həmkarlarla inkişafa doğru" tədbiri keçirildi – FOTO

"Gənc həmkarlarla inkişafa doğru" tədbiri keçirildi – FOTO

Baltalanan yeniyetmələrin qohumu: "Zərbədən qızın beyni dağılıb" – VİDEO

Baltalanan yeniyetmələrin qohumu: "Zərbədən qızın beyni dağılıb" – VİDEO

“Hər şeyi darmadağın etdilər” - Namiq Qaraçuxurlu - Video

“Hər şeyi darmadağın etdilər” - Namiq Qaraçuxurlu - Video

Ağsuda DAVA qanla bitdi – Saxlanılan var

Ağsuda DAVA qanla bitdi – Saxlanılan var

Trampdan qonaqlara: “Burada nifrət etdiyim o qədər adam var ki...”

Trampdan qonaqlara: “Burada nifrət etdiyim o qədər adam var ki...”

Avro və rubl ucuzlaşdı, dollar isə... – YENİ MƏZƏNNƏ

Avro və rubl ucuzlaşdı, dollar isə... – YENİ MƏZƏNNƏ

Ceffri Epşteyn işi: Sənədlər “insan əti yeyilməsi” iddialarını yenidən gündəmə gətirdi

Ceffri Epşteyn işi: Sənədlər “insan əti yeyilməsi” iddialarını yenidən gündəmə gətirdi

Lənkəranda 45 yaşlı kişi öz evində YANDI

Lənkəranda 45 yaşlı kişi öz evində YANDI

Mehriban Əliyeva: “Əminəm ki, Azərbaycan gəncləri öz uğurları ilə xalqımızı daim sevindirəcək” – FOTO

Mehriban Əliyeva: “Əminəm ki, Azərbaycan gəncləri öz uğurları ilə xalqımızı daim sevindirəcək” – FOTO

Fevralda neçə gün evdəyik?

Fevralda neçə gün evdəyik?

İlham Əliyevdən Gənclər Günü ilə bağlı PAYLAŞIM – FOTO

İlham Əliyevdən Gənclər Günü ilə bağlı PAYLAŞIM – FOTO

Bu gündən BU BÜRCLƏRİN həyatı dəyişir

Bu gündən BU BÜRCLƏRİN həyatı dəyişir

İctimai nəqliyyatda güzəştlər bu şəxslərə şamil ediləcək – Açıqlama

İctimai nəqliyyatda güzəştlər bu şəxslərə şamil ediləcək – Açıqlama

“Bitcoin”in qiyməti 75 min dollardan aşağı düşdü

“Bitcoin”in qiyməti 75 min dollardan aşağı düşdü

Bu çayları əsla almayın: Bir fincan çayda 15 plastik parça

Bu çayları əsla almayın: Bir fincan çayda 15 plastik parça

Yeni metro stansiyası olan yerlərdə mənzillər BAHALAŞACAQ - VİDEO

Yeni metro stansiyası olan yerlərdə mənzillər BAHALAŞACAQ - VİDEO

“Makler”lərin böyük yalanı ÜZƏ ÇIXDI: Görün necə aldadırmışlar... - FOTO

“Makler”lərin böyük yalanı ÜZƏ ÇIXDI: Görün necə aldadırmışlar... - FOTO

Qızıl kəskin UCUZLAŞDI - SON QİYMƏT

Qızıl kəskin UCUZLAŞDI - SON QİYMƏT

Almaniyada avtoyuma: həmyerlimizə elə şərtlər qoyuldu ki...

Almaniyada avtoyuma: həmyerlimizə elə şərtlər qoyuldu ki...

End of content

No more pages to load

RADİO