Qərbi Azərbaycan İcmasından Heydər Əliyevlə bağlı BƏYANAT  

Qərbi Azərbaycan İcması Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi barədə bəyanat yayıb. 

Bizim.Media xəbər verir ki, bəyanatda deyilir: 

"Bu gün biz bütün ömrünü Azərbaycana xidmətə həsr etmiş görkəmli siyasətçi və dövlət xadimi, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyini qeyd edirik. 

Azərbaycanın müasir tarixinin formalaşmasında mühüm rol oynamış Heydər Əliyev xalqın mənafeyi naminə yorulmadan çalışan uzaqgörən dahi şəxsiyyət idi. 

Qədirbilən Azərbaycan xalqının Heydər Əliyevin xatirəsini Ümummilli Lider kimi əziz tutması bu əvəzedilməz şəxsiyyətin öz dühası, zəngin mənəviyyatı və qeyri-adi iş qabiliyyətləri ilə bir rəhbər kimi xalqı tarixin ən çətin sınaqlarından üzüağ çıxarması və onun təhlükəsizliyini və firavanlığını təmin etməsi ilə bağlıdır. 

Çox çətin və şərəfli həyat yolu keçmiş Ulu Öndər Azərbaycan xalqının marağını həmişə hər şeydən uca tutmuşdur. 

Heydər Əliyev kommunist ideologiyasının hakim olduğu SSRİ dövründə məlum ayrı-seçkiliyə baxmayaraq qeyri-adi peşəkar qabiliyyətləri və yorulmaz əməyi sayəsində nəinki özü bir azərbaycanlı kimi təhlükəsizlik orqanlarında ali rütbəyə yüksəlmiş, həm də çoxlu sayda azərbaycanlı kadrların hazırlanmasını təmin etmişdir. 

Heydər Əliyevin Sovet Azərbaycanına rəhbərlik etdiyi və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini – Siyasi Büro üzvü kimi işlədiyi dövrdə Azərbaycan xalqının milli özünüdərkinə, respublikanın sosial-iqtisadi inkişafına əvəzsiz töhfələr vermiş, respublikada təsis edilməsinə nail olduğu hərbi məktəblər ilə milli hərbi kadrların hazırlanmasına şərait yaratmışdır. Məhz onun təşviq etdiyi bu möhkəm milli-ideoloji, sosial-iqtisadi və kadr potensialı Azərbaycanın 1991-ci ildə müstəqil dövlət kimi həyat qabiliyyətini təmin etmişdir. 

Mixail Qorbaçov başda olmaqla müəyyən bədxah qüvvələrin Heydər Əliyevin SSRİ-nin ali rəhbərliyindəki vəzifələrindən istefa verməsinə nail olmaq üçün mənfur səyləri onların Azərbaycana qarşı məkrli planlarının ilk addımı idi. 1987-ci ildə buna nail olduqdan sonra, dərhal Ermənistan SSR-də azərbaycanlıların etnik təmizləməsinə və Azərbaycana qarşı ərazi iddiasına rəvac verildi. 
Sonrakı illərdə hadisələrin sürətlə Azərbaycanın ziyanına işləməsi 1993-cü ildə ölkədə ağır böhran yaratmışdı. Belə vəziyyətdə, xalqın təkidli tələbi ilə Azərbaycanın son ümid istinadgahı olan Heydər Əliyev hakimiyyətə qayıtmış, həyatına olan təhlükələrə baxmayaraq, ölkədə vəziyyəti qısa müddətdə normallaşdırmış, Ermənistanın işğalçı ordusunun irəliləməsini dayandırmış, mürəkkəb geosiyasi vəziyyətdə məharətlə hərəkət edərək, yenicə əldə edilmiş dövlət müstəqilliyinin qoruyub saxlamışdır. 

Ulu Öndərin birbaşa rəhbərliyi altında hazırlanan, insan hüquqları və demokratiya prinsiplərinə əsaslanan Azərbaycan Respublikasının Konstitusiyası və azərbaycançılıq məfkurəsi ilə dövlət müstəqilliyinin milli ideoloji və hüquqi çərçivəsi müəyyənləşdirilmiş və istiqlalımızın əbədiliyi və dönməzliyi təmin edilmişdir. 
"Göyçə mahalı, Zəngəzur deyəndə xalqımızın ürəyi ağrıyır, xalq o torpaqların arzusu ilə yaşayır" sözləri ilə xalqımızın iztirablarını dilə gətirən Ümummilli Lider Heydər Əliyev Qərbi Azərbaycan mövzusuna bütövlükdə Azərbaycan xalqının mənafeyi və ədalət prinsipindən çıxış edərək böyük diqqət və qayğı göstərmişdir. Ulu Öndər Azərbaycan ərazilərinin Ermənistana verilməsi, azərbaycanlıların oradan zorla qovulmasına dair tarixi faktları və azərbaycanlı qaçqınların geriyə qayıtmaq hüququ məsələsini ən mötəbər beynəlxalq platformalarda dilə gətirmişdir.

Prezident Heydər Əliyevin azərbaycanlıların Ermənistan ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi şəkildə deportasiyasına siyasi-hüquqi qiymətin verilməsi haqqında 1997-ci il dekabrın 18-də verdiyi Fərman, ölkənin milli qanunvericiliyində qaçqınların geri qayıtmaq hüququnu təsbit etməsi və onlara göstərdiyi sosial dəstək Qərbi azərbaycanlılar tərəfindən heç vaxt unudulmayacaq. 
Ümummilli Liderin layiqli davamçısı olan İlham Əliyevin bütün sahələrdə apardığı uğurlu siyasət Vətən həsrəti ilə yaşayan Qərbi azərbaycanlılara ən böyük təsəlli və bizim haqq işimizin öz həllini tapacağına zəmanətdir. Ata vəsiyyətini yerinə yetirib Şuşa şəhəri daxil olmaqla Azərbaycan torpaqlarını yadelli işğalından azad etmiş Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu gün məhz həmin şəhərdə Ümummilli Liderin 100 illik yubileyini qeyd etməsi, haqq-ədalətin təntənəsi və çox mənalı tarixi hadisə olaraq biz Qərbi azərbaycanlıları gələcəyə daha nikbin baxmağa inandırır". 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ramzan Kadırov 99,85% səslə yenidən Çeçenistan lideri SEÇİLDİ

Ramzan Kadırov 99,85% səslə yenidən Çeçenistan lideri SEÇİLDİ

Ed Şiranın Fələstinlə bağlı mövqeyi karyerasını bitirir? – Səhnədən qovuldu

Ed Şiranın Fələstinlə bağlı mövqeyi karyerasını bitirir? – Səhnədən qovuldu

Səhər yola çıxacaq sürücülərə XƏBƏRDARLIQ

Səhər yola çıxacaq sürücülərə XƏBƏRDARLIQ

Sumqayıtda avtomobil piyadanın həyatına son qoydu

Sumqayıtda avtomobil piyadanın həyatına son qoydu

Dizel bahalaşacaq...

Dizel bahalaşacaq...

İran təyyarələri heç bir ölkəyə uça bilməyəcək – ABŞ hədələdi

İran təyyarələri heç bir ölkəyə uça bilməyəcək – ABŞ hədələdi

“Turan Tovuz” – “Fənərbağça” oyununun başlama vaxtı açıqlandı

“Turan Tovuz” – “Fənərbağça” oyununun başlama vaxtı açıqlandı

“Regionlarda kibertəhlükəsizlik məsələləri” mövzusunda konfrans keçirildi - FOTO

“Regionlarda kibertəhlükəsizlik məsələləri” mövzusunda konfrans keçirildi - FOTO

Ağdaş və Yevlax sakinlərinin NƏZƏRİNƏ

Ağdaş və Yevlax sakinlərinin NƏZƏRİNƏ

Səhhəti ağırlaşan Firuzə İbadovanın vəziyyəti AÇIQLANDI

Səhhəti ağırlaşan Firuzə İbadovanın vəziyyəti AÇIQLANDI

“Elmlər”də avtobuslar gecikir - İynə atsan yerə düşməz – VİDEO

“Elmlər”də avtobuslar gecikir - İynə atsan yerə düşməz – VİDEO

Səhər yeməyində böyrəklərə zərər verə bilən 5 MƏHSUL

Səhər yeməyində böyrəklərə zərər verə bilən 5 MƏHSUL

ABŞ 25 min miqrantı gizli şəkildə deportasiya edib - KİV

ABŞ 25 min miqrantı gizli şəkildə deportasiya edib - KİV

Ekspert xəbərdarlıq etdi: “ChatGPT”yə bunları yazmayın

Ekspert xəbərdarlıq etdi: “ChatGPT”yə bunları yazmayın

"Sabah"ın dörd böyük oyunu üçün biletlər satışda - QİYMƏTİ

"Sabah"ın dörd böyük oyunu üçün biletlər satışda - QİYMƏTİ

"Amerikada bir ay konsert verdik, bizə 100 dollar pul verdilər" - Alim Qasımovla MÜSAHİBƏ

"Amerikada bir ay konsert verdik, bizə 100 dollar pul verdilər" - Alim Qasımovla MÜSAHİBƏ

Azərbaycanda 20 ildə bu məktəblərin sayı azalıb – STATİSTİKA

Azərbaycanda 20 ildə bu məktəblərin sayı azalıb – STATİSTİKA

Milli Məclisin İnsan hüquqları komitəsində payız sessiyasının ilk iclası keçirildi – FOTO

Milli Məclisin İnsan hüquqları komitəsində payız sessiyasının ilk iclası keçirildi – FOTO

Bakı-Ələt-Astara yolundakı yanğın söndürüldü

Bakı-Ələt-Astara yolundakı yanğın söndürüldü

Şahmat Olimpiadasında Azərbaycanın kişi komandası qələbə qazandı

Şahmat Olimpiadasında Azərbaycanın kişi komandası qələbə qazandı

Bakının bu ərazisində zəhərli ilanlar peyda oldu – FOTO

Bakının bu ərazisində zəhərli ilanlar peyda oldu – FOTO

Tacir Şahmalıoğlu əməliyyat olundu

Tacir Şahmalıoğlu əməliyyat olundu

Bakıda məktəb bağlandı: "Əvvəllər həmin bina çay evi kimi fəaliyyət göstərib"

Bakıda məktəb bağlandı: "Əvvəllər həmin bina çay evi kimi fəaliyyət göstərib"

Döyüldükdən sonra dünyasını dəyişən yeniyetmə ilə bağlı TƏBİB-dən MƏLUMAT

Döyüldükdən sonra dünyasını dəyişən yeniyetmə ilə bağlı TƏBİB-dən MƏLUMAT

End of content

No more pages to load

RADİO