Xələf Xələfov Avstriyada hansı məsələləri müzakirə edib? - XİN-dən açıqlama

Xarici İşlər Nazirliyi və Avstriya Respublikası Federal Avropa və Beynəlxalq məsələlər üzrə Nazirliyi arasında növbəti siyasi məsləhətləşmələrin keçirilməsi məqsədilə Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfovun başçılıq etdiyi nümayəndə heyəti Avstriya Respublikasında işgüzar səfərdə olub.

XİN-in Mətbuat xidməti idarəsindən Bizim.Media-ya bildirilib ki, siyasi məsləhətləşmələrdə Avstriya nümayəndə heyətinə bu ölkənin Federal Avropa və Beynəlxalq İşlər Nazirliyinin İkitərəfli məsələlər və Avropa İttifaqının ümumi xarici siyasəti üzrə baş direktoru, siyasi direktor Greqor Kössler rəhbərlik edib.

Məsləhətləşmələr zamanı Azərbaycan-Avstriya münasibətlərinin hazırkı vəziyyəti təhlil olunub və əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparılıb. İki ölkə arasında ticarət və iqtisadi əlaqələr üçün geniş potensial imkanları vurğulanaraq, yüksək səviyyəli qarşılıqlı səfərlərin təşkili, enerji və investisiya sahələrində əməkdaşlığın inkişafı məsələləri müzakirə olunub.

Həmçinin mədəniyyət, elm və təhsil sahələrində əlaqələr müzakirə edilib. Müzakirələr zamanı tərəflər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın genişləndirilməsi imkanlarına toxunulub.

Bölgədə davamlı sülhün bərqərar olunması istiqamətində ölkəmizin səyləri, Ermənistanın qeyri-konstruktiv mövqeyi və davamlı təxribatları, işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən bərpa və quruculuq işləri, əhalinin öz yurdlarına qayıtması istiqamətində icra olunan layihələr, Qarabağın erməni əsilli sakinlərinin Azərbaycanın hüquqi, iqtisadi və sosial mühitinə reinteqrasiyası ilə bağlı atılan addımlar qarşı tərəfin diqqətinə çatdırılıb.

Səfər çərçivəsində, habelə Avstriya Parlamenti Milli Şurasının üçüncü sədri Norbert Hoffer, Avstriya Parlamentinin Avstriya – Cənubi Qafqaz Dostluq Qrupunun üzvləri və Avstriya Respublikasının Federal Əmək və İqtisadiyyat Nazirliyinin İqtisadi Məsələlər, İnnovasiyalar və Beynəlxalq Siyasət üzrə baş direktoru və Azərbaycan Respublikası ilə Avstriya Respublikası arasında iqtisadiyyat, kənd təsərrüfatı, sənaye, texnika və texnologiya sahələrində əməkdaşlıq üzrə Qarışıq Komissiyanın həmsədri Florian Frauşer ilə də görüşlər keçirilib.

Avstriya Parlamenti Milli Şurasının üçüncü sədri Norbert Hofer ilə keçirilmiş görüşdə iki ölkə arasında parlamentlərarası sahədə münasibətlər müzakirə edilib, parlament diplomatiyasının əhəmiyyəti vurğulanıb. Görüş əsnasında qarşı tərəfə Cənubi Qafqaz regionunda sülh gündəliyinin reallaşması istiqamətində səylər və addımlar barədə ətraflı məlumat təqdim edilib.
Avstriya Parlamentinin Cənubi Qafqaz ölkələri ilə Dostluq Qrupunun üzvləri ilə görüşdə parlamentlərarası əməkdaşlığın inkişafı üçün müvafiq dostluq qruplarının fəaliyyətinin əhəmiyyəti vurğulanıb, eləcə də Ermənistan-Azərbaycan arasında münasibətlərin normallaşma prosesi haqqında məlumat təqdim edilib, regiondakı vəziyyət haqqında fikir mübadiləsi aparılıb.

Səfər çərçivəsində nazir müavini X.Xələfovun Avstriya Respublikasının Federal Əmək və İqtisadiyyat Nazirliyinin İqtisadi Məsələlər, İnnovasiyalar və Beynəlxalq Siyasət üzrə baş direktoru, Azərbaycan Respublikası ilə Avstriya Respublikası arasında iqtisadiyyat, kənd təsərrüfatı, sənaye, texnika və texnologiya sahələrində əməkdaşlıq üzrə Qarışıq Komissiyanın həmsədri Florian Frauşer ilə keçirdiyi görüşdə iki ölkə arasında iqtisadi sahədə əməkdaşlığın cari vəziyyəti və perspektivləri, əməkdaşlığın inkişafı üçün Qarışıq Komissiyanın fəaliyyətinin əhəmiyyəti qeyd olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Coni məşhur olmadan əvvəl nə edirdi?

Coni məşhur olmadan əvvəl nə edirdi?

ABŞ Çini dövlət qurumlarına kiberhücumlarda İTTİHAM ETDİ

ABŞ Çini dövlət qurumlarına kiberhücumlarda İTTİHAM ETDİ

“Apple” yeni məhsullarının təqdimat TARİXİNİ açıqladı

“Apple” yeni məhsullarının təqdimat TARİXİNİ açıqladı

Wi-Fi insanları telefonsuz belə tanıya bilir

Wi-Fi insanları telefonsuz belə tanıya bilir

58 yaşında tələbə oldu: Ən çox nəvələri sevindi - VİDEO

58 yaşında tələbə oldu: Ən çox nəvələri sevindi - VİDEO

Balakəndə "Mercedes" radar dirəyinə çırpıldı - VİDEO

Balakəndə "Mercedes" radar dirəyinə çırpıldı - VİDEO

Hörmüz boğazı sabahdan açılır? - Qəribabadidən açıqlama

Hörmüz boğazı sabahdan açılır? - Qəribabadidən açıqlama

Almaniyada malyariyaya yoluxan daha bir nəfər dünyasını dəyişdi

Almaniyada malyariyaya yoluxan daha bir nəfər dünyasını dəyişdi

Bu rayonun 8 mindən çox abonenti işıqsız qalacaq

Bu rayonun 8 mindən çox abonenti işıqsız qalacaq

İran Hörmüz boğazında Hindistana məxsus tankeri saxladı

İran Hörmüz boğazında Hindistana məxsus tankeri saxladı

Gömrük generalının adından dələduzluq - DETALLAR

Gömrük generalının adından dələduzluq - DETALLAR

Pakistan ABŞ-İran danışıqları üçün yeni TƏKLİF VERDİ

Pakistan ABŞ-İran danışıqları üçün yeni TƏKLİF VERDİ

Azərbaycan XİN Nepal və Çinə başsağlığı verdi - FOTO

Azərbaycan XİN Nepal və Çinə başsağlığı verdi - FOTO

Bu gecədən Xətai rayonunda yol BAĞLANIR

Bu gecədən Xətai rayonunda yol BAĞLANIR

DİQQƏT: Hərbi möhlətlər bu halda ləğv ediləcək

DİQQƏT: Hərbi möhlətlər bu halda ləğv ediləcək

“Sabah” futbol klubu Prezident İlham Əliyevə TƏŞƏKKÜR ETDİ

“Sabah” futbol klubu Prezident İlham Əliyevə TƏŞƏKKÜR ETDİ

Sahibə Qafarova Serbiyaya səfər edəcək

Sahibə Qafarova Serbiyaya səfər edəcək

Gəncədə qazi 36 yaşında vəfat etdi

Gəncədə qazi 36 yaşında vəfat etdi

Tələbə ola bilməyən gənclər üçün alternativ yollar və məsləhətlər - VİDEO

Tələbə ola bilməyən gənclər üçün alternativ yollar və məsləhətlər - VİDEO

"Evdə Tək 2" filminin ulduzu Tim Karri vəfat etdi

"Evdə Tək 2" filminin ulduzu Tim Karri vəfat etdi

“Meta” 18 milyard dollar cərimə ödəyəcək

“Meta” 18 milyard dollar cərimə ödəyəcək

Bakıda dəhşətli qətl törədildi

Bakıda dəhşətli qətl törədildi

Avropa çempionatı: Qadın voleybolçularımız Belçikaya uduzdu

Avropa çempionatı: Qadın voleybolçularımız Belçikaya uduzdu

Robert Köçəryanın həbsi ilə bağlı vəsatətə baxılacaq

Robert Köçəryanın həbsi ilə bağlı vəsatətə baxılacaq

End of content

No more pages to load

RADİO