Xorvatiyada beynəlxalq simpoziumda Azərbaycanın mina problemi MÜZAKİRƏ OLUNUB - FOTO 

Xorvatiyanın Voditsa şəhərində keçirilən minatəmizləmə üzrə 19-cu Beynəlxalq Simpozium çərçivəsində respublikamızın bu ölkədəki səfirliyi, Azərbaycan Respublikası Minatəmizləmə Agentliyi (ANAMA) və Xorvatiya Minatəmizləmə Mərkəzinin birgə təşkilatçılığı ilə “Azərbaycanın minalarla çirklənmə problemi: çağırışlar və həll yolları” mövzusunda tədbir keçirilib. 

Bizim.Media xəbər verir ki, tədbirdə müxtəlif ölkələrin minatəmizləmə qurumları, bu sahədə ixtisaslaşmış qeyri-hökumət və donor təşkilatların nümayəndələri, habelə istehsalçı şirkətlərin təmsilçiləri iştirak edib.

Simpoziumda minatəmizləmə sahəsində qabaqcıl elmi-praktiki nailiyyətlər, davamlı həllər, mina qurbanlarına dəstək kimi mövzular ətrafında fikir mübadiləsi aparılıb. 

Tədbirdə ölkəmizin Xorvatiyadakı fövqəladə və səlahiyyətli səfiri Anar İmanov, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri Vüqar Süleymanov, Azərbaycan Respublikası Prezidentinin Administrasiyanın əməkdaşı, azad edilmiş ərazilərin bərpa və yenidənqurması üzrə Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin Katibliyinin rəhbərinin müavini Sultan Hacıyev çıxış edib, ölkəmizin mina probleminə dair təqdimat nümayiş etdirilib. 

Natiqlər ölkəmizin işğaldan azad edilmiş ərazilərində mövcud mina və partlamamış hərbi sursat problemi, həmin problemin insan həyatına qarşı törətdiyi ciddi təhdid və işğal dövründə viran edilmiş ərazilərin bərpa və yenidənqurulması işlərinə yaratdığı maneələr barədə məlumatı beynəlxalq qurumların diqqətinə çatdırıb, eləcə də bu sahədə beynəlxalq əməkdaşlıq və dəstəyin vacibliyinə toxunub. 

Nümayəndə heyətimiz çıxış edərək cari ayın sonlarında ölkəmizdə keçirilməsi nəzərdə tutulan beynəlxalq humanitar minatəmizləmə konfransının əsas mövzuları olacaq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə yeni humanitar minatəmizləmə üzrə milli Dayanıqlı İnkişaf Məqsədi (DİM), habelə qlobal humanitar minatəmizləmə DİM-inin təsis edilməsi barədə məlumat verib. 
İxtisaslaşmış beynəlxalq şirkətlərin Azərbaycanda humanitar minatəmizləmə fəaliyyətində mümkün iştirakı, qeyri-texniki və texniki tədqiqat əməliyyatlarında innovativ texnologiyaların tətbiqi, mina qurbanlarının sosial-iqtisadi inteqrasiyasının dəstəklənməsi, habelə Azərbaycanın humanitar minatəmizləmə sahəsindəki təcrübəsinin gələcəkdə digər ölkələrdə tətbiq edilməsi kimi suallar ətrafında geniş müzakirələr aparılıb. 








Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Diplom asılılığı cəmiyyəti geriyə aparır – EKSPERT

Diplom asılılığı cəmiyyəti geriyə aparır – EKSPERT

3 BÜRC üçün dönüş dövrü başlayır

3 BÜRC üçün dönüş dövrü başlayır

Elşən Türkiyədə seriala çəkilir – FOTO

Elşən Türkiyədə seriala çəkilir – FOTO

Onlayn formada xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ - VİDEO

Onlayn formada xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ - VİDEO

Halandın qeyri-adi qidalanma proqramı: Gündə 6 min kalori qəbul edir – FOTO

Halandın qeyri-adi qidalanma proqramı: Gündə 6 min kalori qəbul edir – FOTO

BÜRCLƏR bu günə nə deyir?

BÜRCLƏR bu günə nə deyir?

Ruzanna Məmmədova Avropa çempionu oldu

Ruzanna Məmmədova Avropa çempionu oldu

Puqaçova milyonluq mənzilini 1 dollara SATDI

Puqaçova milyonluq mənzilini 1 dollara SATDI

Azərbaycanlıların idarə etdiyi daha bir gəmi vuruldu - VİDEO

Azərbaycanlıların idarə etdiyi daha bir gəmi vuruldu - VİDEO

Şahbaz Şərifdən İrana diplomatik dəstək: “Hazırıq!”

Şahbaz Şərifdən İrana diplomatik dəstək: “Hazırıq!”

İngilis hakimlər niyə Argentinanın oyunlarına təyin olunmur?

İngilis hakimlər niyə Argentinanın oyunlarına təyin olunmur?

Qalibaf: “İran heç vaxt təslim olmayacaq!”

Qalibaf: “İran heç vaxt təslim olmayacaq!”

Azərbaycan Meksika ilə dostluq əlaqələrini möhkəmləndirir - FOTO

Azərbaycan Meksika ilə dostluq əlaqələrini möhkəmləndirir - FOTO

Əraqçi Hörmüz boğazının müzakirəsi üçün Omana gedir

Əraqçi Hörmüz boğazının müzakirəsi üçün Omana gedir

ABŞ İrana qarşı yeni sanksiyalar TƏTBİQ ETDİ

ABŞ İrana qarşı yeni sanksiyalar TƏTBİQ ETDİ

40 il 5 ulduzlu otellərdə pulsuz LÜKS HƏYAT yaşadı

40 il 5 ulduzlu otellərdə pulsuz LÜKS HƏYAT yaşadı

Vuçiç yenə istefa verəcəyi gündən DANIŞDI

Vuçiç yenə istefa verəcəyi gündən DANIŞDI

Turistlər bu ölkədə istidən ölürlər

Turistlər bu ölkədə istidən ölürlər

“Neftçi” Serbiya klubunu məğlub etdi - VİDEO

“Neftçi” Serbiya klubunu məğlub etdi - VİDEO

Ucarda yeniyetmə su arxında boğuldu

Ucarda yeniyetmə su arxında boğuldu

Venesuelada yenidən ZƏLZƏLƏ OLDU

Venesuelada yenidən ZƏLZƏLƏ OLDU

Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

Kapitan millidəki karyerasını başa vurdu

Kapitan millidəki karyerasını başa vurdu

Tramp: "Mənə sui-qəsd olarsa, İranı yer üzündən silin"

Tramp: "Mənə sui-qəsd olarsa, İranı yer üzündən silin"

End of content

No more pages to load

RADİO