İlham Əliyev və xanımına Hadrutun turizm inkişaf konsepsiyası barədə məlumat verilib - VİDEO

 Mayın 5-də Hadrut qəsəbəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya Hadrut qəsəbəsinin turizm inkişaf konsepsiyası barədə məlumat verilib. 

Bizim.Media xəbər verir ki, dövlət başçısına və birinci xanıma Hadrutda turizmin inkişaf etdirilməsi üçün Dövlət Turizm Agentliyi tərəfindən ilk növbədə qəsəbənin tarixi hissəsində mərkəzi məhəllənin bərpasının və abadlaşdırılmasının nəzərdə tutulduğu bildirilib. 

Qeyd olunub ki, Hadrutun tarixi hissəsində bərpa və konservasiya işləri çərçivəsində ilkin dövrdə Qafqaz Albaniyasının tarixi-mədəni irsinə aid məbədin, onun yanındakı üç tikilinin bərpası, həmin ərazinin abadlaşdırılması planlaşdırılır.

Məhz bu hissədə bərpa və konservasiya işləri gələcəkdə Hadrutda aparılacaq tarixi tikililərin bərpa işləri üçün ilkin təcrübə olacaq və digər işlər bu təcrübəyə əsaslanaraq aparılacaq. 

Məlumat verilib ki, bu xristian məbədi Hadrutun tarixi hissəsinin əsas memarlıq abidəsidir. Qafqaz Albaniyası dövründə həmin məbəd müxtəlif dövrlərdə bir neçə dəfə bərpa edilib. Məbəd sonuncu dəfə 1621-ci ildə bərpa olunub.

Bu məbədin divarlarında daha qədim dövrdə tikilmiş abidənin daşlarından istifadə edilib. Buna görə də Qafqaz Albaniyası dövrünə aid məbəd və onun ətrafında Dövlət Turizm Agentliyi tərəfindən bərpa və abadlaşdırma işləri görülməzdən əvvəl burada elmi-tədqiqat və arxeoloji qazıntıların aparılması nəzərdə tutulur. Çünki işğal dövründə Hadrutda olan bir sıra abidələr kimi, bu məbədin də tarixi mənşəyinə ermənilər tərəfindən müdaxilələr edilib. 
Yerli əhəmiyyətli memarlıq abidəsi kimi rəsmi olaraq dövlət mühafizəsinə götürülən məbəd kompleksinin ərazisində onlarla qəbir daşı yerləşir. Bununla əlaqədar ərazinin arxeoloji cəhətdən tədqiq edilməsinə ehtiyac yaranıb. 

Azərbaycan Prezidentinə və birinci xanıma Turizm Məlumat Mərkəzi barədə də məlumat verilib. 

Qeyd olunub ki, Hadrutun mərkəzi hissəsində yerləşən tarixi mülkün bərpa edilərək Turizm Məlumat Mərkəzi kimi fəaliyyət göstərməsi nəzərdə tutulur. Mərkəzdə Hadruta gələn ilk turist qruplarına qəsəbə və ətraf kəndlərdəki turizm obyektləri haqqında məlumat veriləcək. Turizm Məlumat Mərkəzi iki hissədən ibarət olacaq. Birinci hissə turistlərin qəbulu sahəsi, ikinci hissə isə turizm işçiləri üçün ofis kimi nəzərdə tutulur. 
 

Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Coni məşhur olmadan əvvəl nə edirdi?

Coni məşhur olmadan əvvəl nə edirdi?

ABŞ Çini dövlət qurumlarına kiberhücumlarda İTTİHAM ETDİ

ABŞ Çini dövlət qurumlarına kiberhücumlarda İTTİHAM ETDİ

“Apple” yeni məhsullarının təqdimat TARİXİNİ açıqladı

“Apple” yeni məhsullarının təqdimat TARİXİNİ açıqladı

Wi-Fi insanları telefonsuz belə tanıya bilir

Wi-Fi insanları telefonsuz belə tanıya bilir

58 yaşında tələbə oldu: Ən çox nəvələri sevindi - VİDEO

58 yaşında tələbə oldu: Ən çox nəvələri sevindi - VİDEO

Balakəndə "Mercedes" radar dirəyinə çırpıldı - VİDEO

Balakəndə "Mercedes" radar dirəyinə çırpıldı - VİDEO

Hörmüz boğazı sabahdan açılır? - Qəribabadidən açıqlama

Hörmüz boğazı sabahdan açılır? - Qəribabadidən açıqlama

Almaniyada malyariyaya yoluxan daha bir nəfər dünyasını dəyişdi

Almaniyada malyariyaya yoluxan daha bir nəfər dünyasını dəyişdi

Bu rayonun 8 mindən çox abonenti işıqsız qalacaq

Bu rayonun 8 mindən çox abonenti işıqsız qalacaq

İran Hörmüz boğazında Hindistana məxsus tankeri saxladı

İran Hörmüz boğazında Hindistana məxsus tankeri saxladı

Gömrük generalının adından dələduzluq - DETALLAR

Gömrük generalının adından dələduzluq - DETALLAR

Pakistan ABŞ-İran danışıqları üçün yeni TƏKLİF VERDİ

Pakistan ABŞ-İran danışıqları üçün yeni TƏKLİF VERDİ

Azərbaycan XİN Nepal və Çinə başsağlığı verdi - FOTO

Azərbaycan XİN Nepal və Çinə başsağlığı verdi - FOTO

Bu gecədən Xətai rayonunda yol BAĞLANIR

Bu gecədən Xətai rayonunda yol BAĞLANIR

DİQQƏT: Hərbi möhlətlər bu halda ləğv ediləcək

DİQQƏT: Hərbi möhlətlər bu halda ləğv ediləcək

“Sabah” futbol klubu Prezident İlham Əliyevə TƏŞƏKKÜR ETDİ

“Sabah” futbol klubu Prezident İlham Əliyevə TƏŞƏKKÜR ETDİ

Sahibə Qafarova Serbiyaya səfər edəcək

Sahibə Qafarova Serbiyaya səfər edəcək

Gəncədə qazi 36 yaşında vəfat etdi

Gəncədə qazi 36 yaşında vəfat etdi

Tələbə ola bilməyən gənclər üçün alternativ yollar və məsləhətlər - VİDEO

Tələbə ola bilməyən gənclər üçün alternativ yollar və məsləhətlər - VİDEO

"Evdə Tək 2" filminin ulduzu Tim Karri vəfat etdi

"Evdə Tək 2" filminin ulduzu Tim Karri vəfat etdi

“Meta” 18 milyard dollar cərimə ödəyəcək

“Meta” 18 milyard dollar cərimə ödəyəcək

Bakıda dəhşətli qətl törədildi

Bakıda dəhşətli qətl törədildi

Avropa çempionatı: Qadın voleybolçularımız Belçikaya uduzdu

Avropa çempionatı: Qadın voleybolçularımız Belçikaya uduzdu

Robert Köçəryanın həbsi ilə bağlı vəsatətə baxılacaq

Robert Köçəryanın həbsi ilə bağlı vəsatətə baxılacaq

End of content

No more pages to load

RADİO