İkiüzlülüyün SON HƏDDİ – Paşinyan İrəvanda sülhdən, Praqada müharibədən DANIŞIR

Gözlər ABŞ-da aparılan danışıqlara dikildiyi bir vaxtda erməni baş nazirin bir-birinə zidd açıqlamaları bir daha sübut edir ki, Ermənistan sülh razılaşmasından hələ çox uzaqdır. 

Paşinyan bir gün əvvəl deyir ki, mən iyunun 1-də Azərbaycanla sülh sazişi imzalamağa hazıram. Sabahısı günsə o həyasızcasına ölkəmizin Azərbaycan-Ermənistan sərhədində nəzarət-buraxılış məntəqəsi təsis etməsinin son məqsədi Qarabağda etnik təmizləmə siyasətinə xidmət etdiyini deyir. 

2 gündə 2 fərqli və bir-birinə uyuşmayan bəyanatlar Ermənistanın səmimi olmadığını, danışıqlara ancaq fon yaratmaq üçün getdiklərini təsdiqləyir. 

Məsələ ilə bağlı Bizim.Media-ya danışan politoloq Amid Əliyev deyir bildirib ki, Ermənistan Baş nazirinin Çexiya səfəri zamanı yenidən gündəmi qarşıdıracaq fikirlər söyləməsi ilk öncə daxili auditoriyanın sakitləşdirilməsinə yönəlib:
 

MÖVZU İLƏ BAĞLI:

Paşinyan YOLA GƏLİR: Sülh sazişi bu tarixdə imzalana bilər


“Belə ki, son 5 gündə keçirilən Vaşinqton görüşlərində Ermənistan diplomatiyasının məğlub vəziyyətə düşməsi, eləcə də məhz Qərb tərəfindən hazırlanmış sülh sazişinin masaya gətirilmə cəhdinin Rusiya tərfindən həzm edilməməsi daxildə Paşinyana qarşı narazılıqların artması ilə müşahidə olunur. Burada əsas qüvvələr kimi Paşinyandan narazı olan müxalifət və Rusiyayönümlü siyasi qüvvələr çıxış edir. Bunu Xanakəndində Rusiyanın “RBK” kanalına msahibə verən Vardanyanın çıxışında da görmək olar”.

Politoloqun fikrincə Paşinyan tərəfindən Laçın yolunda quraşdırlmış nəzarət-buraxılış məntəqəsinin Xankəndi və ətraf ərazilərdəki ermənilərin soyqırımına hesablanması fikrini söyləməsinin reallıqla heç bir əlaqəsi yoxdur:

“Birincisi, bu Azərbaycanın suveren və legitim hüququdur. Azərbaycan öz ərazisində Ermənistanla dövlət sərhədində nəzarət-buraxılış məntəqəsi qurur ki, bu da beynəlxalq hüquqa tam şəkildə uyğundur. Bu təcrübə bütün qonşu dövlətlər arasında mövcuddur.

İkincisi, bu nəzarət-buraxılış məntəqəsi belə humanitar məqsədlər üçün açıqdır. Ermənistanın və eləcə də onun havadarlarını narahat edən əsas məqam odur ki, artıq onlar bu yoldan qanusuz silahların daşınmasını və ya arzuolunmayan şəxslərin əraziyə keçidini təmin edə bilməyəcəklər. Sonda da bundan Azərbaycana qarşı təzyiq vasitəsi kimi istifadə oluna bilinməyəcək.

Üçüncüsü, keçən 30 il ərzində Azərbaycan heç bir zaman mülki əhaliyə qarşı silah işlətməyib, soyqırımı və ya məcburi köçürmə siyasəti həyata keçirməyib. Belə bir hal və sübut da yoxdur. Halbuki, Ermənistan hər zaman bu kartlardan yersiz və zamansız olaraq Azərbaycana qarşı istifadə edib. Amma özü 250 min azərbaycanlını Ermənistandan deportasiya olunması faktını və 1 milyona yaxın azərbaycanlının məcburi şəkildə qaçqın vəziyyətinə düşməsini unudub.

Bütün bu hallar Ermənistanın real iç üzünü bir daha göstərmiş olur. ABŞ-da sülh danışıqlarının keçirildiyi bir zamanda belə çıxışlar Ermənistanın bu proseslərə hələ tam şəkildə hazır olmadığını göstərir. Eyni zamanda, bu proseslər Ermənistan üçün məğlubiyyətin rəsmiləşməsi kimi qiymətləndirildiyi üçün daha da ağrılı keçir. Nəzərə alaq ki, qarşıda bu danışıqlarla bağlı Ermənistanı daha da çətin sınaqlar gözləyir”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Coni məşhur olmadan əvvəl nə edirdi?

Coni məşhur olmadan əvvəl nə edirdi?

ABŞ Çini dövlət qurumlarına kiberhücumlarda İTTİHAM ETDİ

ABŞ Çini dövlət qurumlarına kiberhücumlarda İTTİHAM ETDİ

“Apple” yeni məhsullarının təqdimat TARİXİNİ açıqladı

“Apple” yeni məhsullarının təqdimat TARİXİNİ açıqladı

Wi-Fi insanları telefonsuz belə tanıya bilir

Wi-Fi insanları telefonsuz belə tanıya bilir

58 yaşında tələbə oldu: Ən çox nəvələri sevindi - VİDEO

58 yaşında tələbə oldu: Ən çox nəvələri sevindi - VİDEO

Balakəndə "Mercedes" radar dirəyinə çırpıldı - VİDEO

Balakəndə "Mercedes" radar dirəyinə çırpıldı - VİDEO

Hörmüz boğazı sabahdan açılır? - Qəribabadidən açıqlama

Hörmüz boğazı sabahdan açılır? - Qəribabadidən açıqlama

Almaniyada malyariyaya yoluxan daha bir nəfər dünyasını dəyişdi

Almaniyada malyariyaya yoluxan daha bir nəfər dünyasını dəyişdi

Bu rayonun 8 mindən çox abonenti işıqsız qalacaq

Bu rayonun 8 mindən çox abonenti işıqsız qalacaq

İran Hörmüz boğazında Hindistana məxsus tankeri saxladı

İran Hörmüz boğazında Hindistana məxsus tankeri saxladı

Gömrük generalının adından dələduzluq - DETALLAR

Gömrük generalının adından dələduzluq - DETALLAR

Pakistan ABŞ-İran danışıqları üçün yeni TƏKLİF VERDİ

Pakistan ABŞ-İran danışıqları üçün yeni TƏKLİF VERDİ

Azərbaycan XİN Nepal və Çinə başsağlığı verdi - FOTO

Azərbaycan XİN Nepal və Çinə başsağlığı verdi - FOTO

Bu gecədən Xətai rayonunda yol BAĞLANIR

Bu gecədən Xətai rayonunda yol BAĞLANIR

DİQQƏT: Hərbi möhlətlər bu halda ləğv ediləcək

DİQQƏT: Hərbi möhlətlər bu halda ləğv ediləcək

“Sabah” futbol klubu Prezident İlham Əliyevə TƏŞƏKKÜR ETDİ

“Sabah” futbol klubu Prezident İlham Əliyevə TƏŞƏKKÜR ETDİ

Sahibə Qafarova Serbiyaya səfər edəcək

Sahibə Qafarova Serbiyaya səfər edəcək

Gəncədə qazi 36 yaşında vəfat etdi

Gəncədə qazi 36 yaşında vəfat etdi

Tələbə ola bilməyən gənclər üçün alternativ yollar və məsləhətlər - VİDEO

Tələbə ola bilməyən gənclər üçün alternativ yollar və məsləhətlər - VİDEO

"Evdə Tək 2" filminin ulduzu Tim Karri vəfat etdi

"Evdə Tək 2" filminin ulduzu Tim Karri vəfat etdi

“Meta” 18 milyard dollar cərimə ödəyəcək

“Meta” 18 milyard dollar cərimə ödəyəcək

Bakıda dəhşətli qətl törədildi

Bakıda dəhşətli qətl törədildi

Avropa çempionatı: Qadın voleybolçularımız Belçikaya uduzdu

Avropa çempionatı: Qadın voleybolçularımız Belçikaya uduzdu

Robert Köçəryanın həbsi ilə bağlı vəsatətə baxılacaq

Robert Köçəryanın həbsi ilə bağlı vəsatətə baxılacaq

End of content

No more pages to load

RADİO