DSX-nin postunun qoyulması ermənilərin Laçın yolundan istifadəsini məhdudlaşdırmır

Dövlət Sərhəd Xidmətinin (DSX) bölmələri tərəfindən ölkəmizin suveren ərazilərində, Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurulması yoldan Qarabağda yaşayan mülki ermənilərin istifadəsini məhdudlaşdırmır.

Bizim.Media xəbər verir ki, DSX-nin postunun qoyulması, əksinə qanuni və tənzimlənən gediş-gəliş üçün şərait yaradır.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycan Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurdu


Azərbaycan tərəfindən Laçın-Xankəndi yolunda nəzarət-buraxılış məntəqəsinin qurulması ölkəmizin suveren hüququ və suverenliyinin növbəti təsdiqidir. Ermənistan birtərəfli qaydada Laçın-Xankəndi yolunun üzərində post qurduğundan Azərbaycan da adekvat addım atmalı idi.

Bu barədə Rusiya sülhməramlı kontingenti və Rusiya-Türkiyə Monitorinq Mərkəzinin komandanlıqlarına da məlumat verilib.

Məntəqənin qurulmasından sonra sonrakı mərhələdə Qarabağda yaşayan ermənilər Azərbaycan hakimiyyətinin təklifini qəbul edərək reinteqrasiya məsələləri üzrə təmaslara başlamalıdırlar. Nə qədər tez bu proses başlayarsa, yerli erməni əhalisinin həyat tərzi bir o qədər yaxşılaşar. Rusiya Sülhməramlı Kontingenti bu prosesə maneə olmamalı, sabitliyin qorunmasına xidmət etməlidir.

Qeyd edək ki, ötən ilin dekabrın 12-dən etibarən etiraz aksiyasının başlanması ilə Xankəndi-Laçın yolunda nəzarət de-fakto Azərbaycan tərəfdən həyata keçirilirdi.

10 noyabr 2020-ci il Üçtərəfli bəyanatının müddəalarına zidd olaraq, Ermənistan və qanunsuz erməni hərbi birləşmələri yoldan hərbi məqsədlər, o cümlədən minaların daşınması üçün istifadə edirdilər. Azərbaycanın talan olunan təbii sərvətləri də bu yolla daşınırdı. Bu səbəbdən hazırda sülhməramlıların yerləşdiyi Azərbaycan ərazilərində 10 min nəfərdən artıq şəxsi heyəti olan ordu yaradıldı.

Xankəndi-Laçın yolunda 133 günlük etiraz aksiyası dövründə Ermənistan tərəfindən mina terroru və diversiyalalar mütəmadi olaraq törədilib.

Ekoaktivistlər etiraza başlayanda da erməni təbliğatçıları deyirdilər ki, guya humanitar fəlakət yaradılır.

Ermənilərin Laçın yolundan sui-istifadə etməsi halında mülki insanlarımızın həyatı üçün hər zaman təhlükələr ola bilərdi. Vəziyyətin bu formada davam etməsi Azərbaycan xalqı və dövləti üçün qəbuledilməz idi.

Dövlətin öz suveren ərazilərini qanunsuz müdaxilələrdən qoruması və sərhəd-keçid məntəqələrində nəzarəti təmin etməsi onun suveren və ayrılmaz hüququdur.

Beynəlxalq ictimaiyyət bu hüququn ifadəsinə hörmətlə yanaşır.

Məlumat üçün bildirək ki, Praqa və Soçi sənədləri ilə Ermənistan rəhbərliyi Azərbaycan ərazi bütövlüyünü və suverenliyini tanıyıb. Bu günlərdə parlamentdə çıxışı zamanı Nikol Paşinyan bunu bir daha təsdiq edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bakıda qəribə oğurluq: Fəvvarənin dəmirlərini söküb apardı

Bakıda qəribə oğurluq: Fəvvarənin dəmirlərini söküb apardı

Ukraynada dron hücumunda yaralanan azərbaycanlı tələbə VƏFAT ETDİ

Ukraynada dron hücumunda yaralanan azərbaycanlı tələbə VƏFAT ETDİ

İrandan Səudiyyə Ərəbistanına xəbərdarlıq: “Başqalarından təhlükəsizlik dilənməyin”

İrandan Səudiyyə Ərəbistanına xəbərdarlıq: “Başqalarından təhlükəsizlik dilənməyin”

Uşağa qulluğa görə müavinət - Kimlərə nə qədər ödənilir?

Uşağa qulluğa görə müavinət - Kimlərə nə qədər ödənilir?

Sosial şəbəkədə nalayiq ifadələr işlədən QADIN SAXLANILDI

Sosial şəbəkədə nalayiq ifadələr işlədən QADIN SAXLANILDI

Bu dəfə təbiətə 83 min manatdan çox ziyan vuruldu

Bu dəfə təbiətə 83 min manatdan çox ziyan vuruldu

"Həyat yoldaşın istəmirsə, oxuma, nə məcburdur" – VİDEO

"Həyat yoldaşın istəmirsə, oxuma, nə məcburdur" – VİDEO

Azərbaycanda faydalı qazıntı yatağı hərraca ÇIXARILDI

Azərbaycanda faydalı qazıntı yatağı hərraca ÇIXARILDI

Ölkədə bu məhsulların satışı dayandırıldı – Xəbərdarlıq

Ölkədə bu məhsulların satışı dayandırıldı – Xəbərdarlıq

Media və Yayım Şurasına əlavə hüquq və vəzifələr verildi

Media və Yayım Şurasına əlavə hüquq və vəzifələr verildi

Kiberpolis xarici saytlara hücumlar təşkil edən şəxsləri saxladı -VİDEO

Kiberpolis xarici saytlara hücumlar təşkil edən şəxsləri saxladı -VİDEO

Prokurorluq Tovuzdakı qətllə bağlı MƏLUMAT YAYDI

Prokurorluq Tovuzdakı qətllə bağlı MƏLUMAT YAYDI

Naxçıvanda avtobuslarda nağdsız ödəniş sisteminə keçid edilir

Naxçıvanda avtobuslarda nağdsız ödəniş sisteminə keçid edilir

Göyçayda kənd sakinlərinin su PROBLEMİ: Rəngi və qoxusu kəskin dəyişib – FOTO

Göyçayda kənd sakinlərinin su PROBLEMİ: Rəngi və qoxusu kəskin dəyişib – FOTO

Azərbaycanda dəmir yolu ilə sərnişin daşımaları 17% ARTIB

Azərbaycanda dəmir yolu ilə sərnişin daşımaları 17% ARTIB

Konor Makqreqor oktaqona qayıdır

Konor Makqreqor oktaqona qayıdır

Bu universitet tələbələrə xüsusi təqaüd ayırdı – ayda 200 AZN

Bu universitet tələbələrə xüsusi təqaüd ayırdı – ayda 200 AZN

Dəniz sularında görünməyən təhlükə! Həkimlər XƏBƏRDARLIQ edir

Dəniz sularında görünməyən təhlükə! Həkimlər XƏBƏRDARLIQ edir

Kömək etmək adı ilə bankomatdan pul çıxarmaq istəyən təqaüdçüləri aldadırmış - FOTO

Kömək etmək adı ilə bankomatdan pul çıxarmaq istəyən təqaüdçüləri aldadırmış - FOTO

Ülviyyə İlyasova fəhləyə borclu qalıb?

Ülviyyə İlyasova fəhləyə borclu qalıb?

Ceki Çan Bakıda çəkiliş zamanı qolunu zədələdi – VİDEO

Ceki Çan Bakıda çəkiliş zamanı qolunu zədələdi – VİDEO

Səfərbərlik Xidmətinin sabiq vəzifəli şəxslərinin məhkəməsi BAŞLAYIR

Səfərbərlik Xidmətinin sabiq vəzifəli şəxslərinin məhkəməsi BAŞLAYIR

Seymur Məmmədovun əməliyyat etdiyi daha bir qadın həyatını itirdi

Seymur Məmmədovun əməliyyat etdiyi daha bir qadın həyatını itirdi

Azərbaycanda ən çox çörək və ət yeyən bölgələr -SİYAHI

Azərbaycanda ən çox çörək və ət yeyən bölgələr -SİYAHI

End of content

No more pages to load

RADİO