Milli Məclisin sədr müavini Fəxri konsulla görüşüb - FOTO 

Aprelin 20-də Milli Məclisin sədr müavini, parlamentin Gənclər və idman komitəsinin sədri Adil Əliyev Milli Məclisdə Azərbaycan Respublikasının Almaniyanın Baden-Vürttemberq Federal torpağında (Ştuttqart) Fəxri konsulu Otto Hauzerin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. 

Bizim.Media xəbər verir ki, qonaqları salamlayan Adil Əliyev Azərbaycan-Almaniya münasibətlərindən, ökələrimiz arasındakı dostluq əlaqələrindən bəhs edərək, iki ölkə arasında artan ticarət dövriyəsinin hər iki ölkənin maraqlarına uyğun olduğunu qeyd edib.  

O bildirib ki, Prezident İlham Əliyevin Avropa İttifaqı ölkələri ilə, xüsusilə də Avropanın ən inkişaf etmiş ölkəsi olan Almaniya ilə səmimi dostluq münasibətlərinə əsaslanan qarşılıqlı əməkdaşlığı intensivləşdirməsi respublikamızın etibarlı tərəfdaş kimi mövqeyinin daha da möhkəmlənməsinə səbəb olub.

Azərbaycan-Almaniya münasibətləri son illərdə siyasi-iqtisadi mahiyyət kəsb etməklə yanaşı, humantiar, sosial, elm, təhsil, səhiyyə, idman, turizm, infrastruktur sahələrini də əhatə edərək, əməkdaşlığın dinamizmini daha da sürətləndirib.
Dövlət başçısının cari il martın 13-14-də Almaniyaya işgüzar səfəri iki ölkə arasında münasibətlərin daha da gücləndirilməsinə və əməkdaşlığın genişləndirilməsinə mühüm töhfə verib.  

Vurğulanıb ki, Azərbaycan Avropada enerji təhlükəsizliyinin təminatında mühüm rol oynayan və Qərb ölkələrinin neft və qaz məhsullarına olan tələbatını yüksək səviyyədə təmin edən etibarlı tərəfdaşdır. 

Adil Əliyev Otto Hauzerə bölgədə post-münaqişə dövründə yaranmış vəziyyət barədə də məlumat verib, Ermənistanın hələ də sülh müqaviləsini imzalamadığını, bu prosesə əngəllər yaratdığını diqqətə çatdırıb. 

Söhbət zamanı vitse-spiker Azərbaycan Respublikasının Baden-Vürttemberq Federal torpağında (Ştuttqart) Fəxri konsulu Otto Hauzerin fəaliyyət göstərdiyi 12 ilə yaxın müddət ərzində Azərbaycanla-Almaniya arasında əlaqələrin inkişafına verdiyi töhfələri yüksək qiymətləndirib. 

Görüş üçün minnətdarlığını ifadə edən Otto Hauzer, Fəxri konsul olaraq missiyasının başa çatdığını və Azərbaycanla əməkdaşlıqdan məmnunluğunu ifadə edib.

O, bundan sonra da ölkəmizlə sıx əlaqədə olacağını və hər zaman Azərbaycana haqq işində dəstək olmağa davam edəcəyini bildirib. 

Görüşdə digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb. 






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bakıda qəribə oğurluq: Fəvvarənin dəmirlərini söküb apardı

Bakıda qəribə oğurluq: Fəvvarənin dəmirlərini söküb apardı

Ukraynada dron hücumunda yaralanan azərbaycanlı tələbə VƏFAT ETDİ

Ukraynada dron hücumunda yaralanan azərbaycanlı tələbə VƏFAT ETDİ

İrandan Səudiyyə Ərəbistanına xəbərdarlıq: “Başqalarından təhlükəsizlik dilənməyin”

İrandan Səudiyyə Ərəbistanına xəbərdarlıq: “Başqalarından təhlükəsizlik dilənməyin”

Uşağa qulluğa görə müavinət - Kimlərə nə qədər ödənilir?

Uşağa qulluğa görə müavinət - Kimlərə nə qədər ödənilir?

Sosial şəbəkədə nalayiq ifadələr işlədən QADIN SAXLANILDI

Sosial şəbəkədə nalayiq ifadələr işlədən QADIN SAXLANILDI

Bu dəfə təbiətə 83 min manatdan çox ziyan vuruldu

Bu dəfə təbiətə 83 min manatdan çox ziyan vuruldu

"Həyat yoldaşın istəmirsə, oxuma, nə məcburdur" – VİDEO

"Həyat yoldaşın istəmirsə, oxuma, nə məcburdur" – VİDEO

Azərbaycanda faydalı qazıntı yatağı hərraca ÇIXARILDI

Azərbaycanda faydalı qazıntı yatağı hərraca ÇIXARILDI

Ölkədə bu məhsulların satışı dayandırıldı – Xəbərdarlıq

Ölkədə bu məhsulların satışı dayandırıldı – Xəbərdarlıq

Media və Yayım Şurasına əlavə hüquq və vəzifələr verildi

Media və Yayım Şurasına əlavə hüquq və vəzifələr verildi

Kiberpolis xarici saytlara hücumlar təşkil edən şəxsləri saxladı -VİDEO

Kiberpolis xarici saytlara hücumlar təşkil edən şəxsləri saxladı -VİDEO

Prokurorluq Tovuzdakı qətllə bağlı MƏLUMAT YAYDI

Prokurorluq Tovuzdakı qətllə bağlı MƏLUMAT YAYDI

Naxçıvanda avtobuslarda nağdsız ödəniş sisteminə keçid edilir

Naxçıvanda avtobuslarda nağdsız ödəniş sisteminə keçid edilir

Göyçayda kənd sakinlərinin su PROBLEMİ: Rəngi və qoxusu kəskin dəyişib – FOTO

Göyçayda kənd sakinlərinin su PROBLEMİ: Rəngi və qoxusu kəskin dəyişib – FOTO

Azərbaycanda dəmir yolu ilə sərnişin daşımaları 17% ARTIB

Azərbaycanda dəmir yolu ilə sərnişin daşımaları 17% ARTIB

Konor Makqreqor oktaqona qayıdır

Konor Makqreqor oktaqona qayıdır

Bu universitet tələbələrə xüsusi təqaüd ayırdı – ayda 200 AZN

Bu universitet tələbələrə xüsusi təqaüd ayırdı – ayda 200 AZN

Dəniz sularında görünməyən təhlükə! Həkimlər XƏBƏRDARLIQ edir

Dəniz sularında görünməyən təhlükə! Həkimlər XƏBƏRDARLIQ edir

Kömək etmək adı ilə bankomatdan pul çıxarmaq istəyən təqaüdçüləri aldadırmış - FOTO

Kömək etmək adı ilə bankomatdan pul çıxarmaq istəyən təqaüdçüləri aldadırmış - FOTO

Ülviyyə İlyasova fəhləyə borclu qalıb?

Ülviyyə İlyasova fəhləyə borclu qalıb?

Ceki Çan Bakıda çəkiliş zamanı qolunu zədələdi – VİDEO

Ceki Çan Bakıda çəkiliş zamanı qolunu zədələdi – VİDEO

Səfərbərlik Xidmətinin sabiq vəzifəli şəxslərinin məhkəməsi BAŞLAYIR

Səfərbərlik Xidmətinin sabiq vəzifəli şəxslərinin məhkəməsi BAŞLAYIR

Seymur Məmmədovun əməliyyat etdiyi daha bir qadın həyatını itirdi

Seymur Məmmədovun əməliyyat etdiyi daha bir qadın həyatını itirdi

Azərbaycanda ən çox çörək və ət yeyən bölgələr -SİYAHI

Azərbaycanda ən çox çörək və ət yeyən bölgələr -SİYAHI

End of content

No more pages to load

RADİO