NATO-nun sabiq şefi erməni diasporunun OYUNCAĞI ROLUNDA – Rasmussenin məqsədi NƏDİR?

NATO-nun keçmiş baş katib Anders Foq Rasmussenin Ermənistana səfəri bir sıra şübhəli məqamları ortaya çıxarıb. Çünki, bu səfər sona qədər gizli saxlanılırdı. 

Lakin sabiq baş katibin Ermənistana səfəri yerli KİV tərəfindən geniş işıqlandırıldı. Və verdiyi açıqlamalarda Rasmussen həm iki ölkə arasında sülhün vacibliyindən danışdı, həm də Qarabağın statusunun müəyyən edilməsi vacibliyini dilə gətirdi. 

Rasmussenin ikibaşlı bəyanatları onu göstərir ki, onun səfəri erməni diasporunun hazırladığı siyasi şoudur. Və bu səfərin təşkilində əsas məqsəd diasporun boş dayanmadığnı, Ermənistanın maraqlarının beynəlxalq aləmdə “uğurla” müdafiə edildiyini göstərməkdir. 

Təbii ki, hazırda işsiz olan Rasmussen də İrəvana elə belə yox, yaxşı rüşvət müqabilində gəlib.

Bunu aparıcı KİV-lər də etiraf edir. Məsələn, dünyaca nüfuzlu “Euronews” nəşrində NATO-nun sabiq sədri Anders Foq Rasmussenin pul qarşılığında Ermənistan lehinə lobbiçilik etdiyi ilə bağlı ayrıca bir məqalə dərc edilib.

Məsələ ilə bağlı Bizim.Media ilə fikirlərini bölüşən politoloq Cümşüd Nuriyev bildirib ki, NATO-nun keçmiş başçısı və qurumun gələcək addımlarından xəbərdar biri kimi Rasmussenin Ermənistana gəlməsi və iki ölkə arasında münaqişənin həlli istiqamətində fikir söyləməsi yolverilməz haldır:

“Özünə hörmət edən siyasətçi belə səfərlərdən qabaq ən azından qurumun hazırkı rəhbəri ilə razılaşmalıdır. Görünən odur ki, belə bir razılaşma ortada yoxdur. Deməli, Ramussen aldığı külli miqdarda rüşvətin qarşılığında Ermənistana gəlib. Və onu danışdıran da həm aldığı pul, həm də ki, erməni diasporunun yeni layihəsinə ayaq verməsidir. Ermənilərin heç zaman dövləti olmayıb. Erməniləri hər zaman kilsə idarə edib. Kilsə də ermənilərdən pul yığmaq üçün hər zaman Qarabağ kimi həssas məsələlərlə bağlı çağırışlar edib. 44 günlük müharibədən sonra kilsənin gəlirləri kəskin azalıb. Ona görə də ermənilər yeni layihələr fikirləşirlər. Belə layihələrdən biri də Rasmussen kimilərin Ermənistana gətirilməsidir”.

Cümşüd Nuriyev təəssüflə qeyd  edib ki, Azərbaycanla Ermənistan arasında sülhdən danışan Rasmussen həm də Avropanın Ermənistanı silahlandırmasını vacib hesab edir:

“Əgər o Rusiya ilə Ermənistan münasibətlərini gərginləşdirmək məqsədi ilə gəlibsə, onda başqa cür danışmalıydı. Ən azı Ermənistanın KTMT-dən çıxması məsələsini sürətləndirməli idi. Ona görə də Rasmussenin həm gəlişi, həm çıxışları xoş hal deyil. Yaxşı olardı ki, XİN NATO-ya müraciət  edərdi. Çünki, Azərbaycan NATO ilə Şərq tərəfdaşlıq layihəsi üzrə əməkdaşlıq edən 6 ölkədən biridir. Və Azərbaycanın Aİ ilə çox yaxşı münasibətləri var. Artıq 10 Aİ üzvü ilə Azərbaycanın ikitərəfli, normal münasibətləri var. Ona görə də Rasmussenin səfəri həm də bu münasibətlərə kölgə salır”. 

Politoloq Rasmussenin Qarabağın statusundan danışmasına da münasibət bildirib:

“Siyasətdə bu boyda ikiüzlülük, riyakarlıq olmur. Rasmussenin bu səfəri birbaşa pula xidmət edir. Çox təəssüf ki, Azərbaycan-Ermənistan münasibətləri bəzi üzdəniraqların siyasətdə sınaq meydanına çevrilib. Qərbin hər yerindən duran gədəsi bu məsələyə burun soxur, münasibət bildirir. Halbuki, bu problem iki dövlət arasında olan bir məsələdir. Ona görə də Rasmussenin bu səfəri sırf təxribat xarakteri daşıyır”.   

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bakıda qəribə oğurluq: Fəvvarənin dəmirlərini söküb apardı

Bakıda qəribə oğurluq: Fəvvarənin dəmirlərini söküb apardı

Ukraynada dron hücumunda yaralanan azərbaycanlı tələbə VƏFAT ETDİ

Ukraynada dron hücumunda yaralanan azərbaycanlı tələbə VƏFAT ETDİ

İrandan Səudiyyə Ərəbistanına xəbərdarlıq: “Başqalarından təhlükəsizlik dilənməyin”

İrandan Səudiyyə Ərəbistanına xəbərdarlıq: “Başqalarından təhlükəsizlik dilənməyin”

Uşağa qulluğa görə müavinət - Kimlərə nə qədər ödənilir?

Uşağa qulluğa görə müavinət - Kimlərə nə qədər ödənilir?

Sosial şəbəkədə nalayiq ifadələr işlədən QADIN SAXLANILDI

Sosial şəbəkədə nalayiq ifadələr işlədən QADIN SAXLANILDI

Bu dəfə təbiətə 83 min manatdan çox ziyan vuruldu

Bu dəfə təbiətə 83 min manatdan çox ziyan vuruldu

"Həyat yoldaşın istəmirsə, oxuma, nə məcburdur" – VİDEO

"Həyat yoldaşın istəmirsə, oxuma, nə məcburdur" – VİDEO

Azərbaycanda faydalı qazıntı yatağı hərraca ÇIXARILDI

Azərbaycanda faydalı qazıntı yatağı hərraca ÇIXARILDI

Ölkədə bu məhsulların satışı dayandırıldı – Xəbərdarlıq

Ölkədə bu məhsulların satışı dayandırıldı – Xəbərdarlıq

Media və Yayım Şurasına əlavə hüquq və vəzifələr verildi

Media və Yayım Şurasına əlavə hüquq və vəzifələr verildi

Kiberpolis xarici saytlara hücumlar təşkil edən şəxsləri saxladı -VİDEO

Kiberpolis xarici saytlara hücumlar təşkil edən şəxsləri saxladı -VİDEO

Prokurorluq Tovuzdakı qətllə bağlı MƏLUMAT YAYDI

Prokurorluq Tovuzdakı qətllə bağlı MƏLUMAT YAYDI

Naxçıvanda avtobuslarda nağdsız ödəniş sisteminə keçid edilir

Naxçıvanda avtobuslarda nağdsız ödəniş sisteminə keçid edilir

Göyçayda kənd sakinlərinin su PROBLEMİ: Rəngi və qoxusu kəskin dəyişib – FOTO

Göyçayda kənd sakinlərinin su PROBLEMİ: Rəngi və qoxusu kəskin dəyişib – FOTO

Azərbaycanda dəmir yolu ilə sərnişin daşımaları 17% ARTIB

Azərbaycanda dəmir yolu ilə sərnişin daşımaları 17% ARTIB

Konor Makqreqor oktaqona qayıdır

Konor Makqreqor oktaqona qayıdır

Bu universitet tələbələrə xüsusi təqaüd ayırdı – ayda 200 AZN

Bu universitet tələbələrə xüsusi təqaüd ayırdı – ayda 200 AZN

Dəniz sularında görünməyən təhlükə! Həkimlər XƏBƏRDARLIQ edir

Dəniz sularında görünməyən təhlükə! Həkimlər XƏBƏRDARLIQ edir

Kömək etmək adı ilə bankomatdan pul çıxarmaq istəyən təqaüdçüləri aldadırmış - FOTO

Kömək etmək adı ilə bankomatdan pul çıxarmaq istəyən təqaüdçüləri aldadırmış - FOTO

Ülviyyə İlyasova fəhləyə borclu qalıb?

Ülviyyə İlyasova fəhləyə borclu qalıb?

Ceki Çan Bakıda çəkiliş zamanı qolunu zədələdi – VİDEO

Ceki Çan Bakıda çəkiliş zamanı qolunu zədələdi – VİDEO

Səfərbərlik Xidmətinin sabiq vəzifəli şəxslərinin məhkəməsi BAŞLAYIR

Səfərbərlik Xidmətinin sabiq vəzifəli şəxslərinin məhkəməsi BAŞLAYIR

Seymur Məmmədovun əməliyyat etdiyi daha bir qadın həyatını itirdi

Seymur Məmmədovun əməliyyat etdiyi daha bir qadın həyatını itirdi

Azərbaycanda ən çox çörək və ət yeyən bölgələr -SİYAHI

Azərbaycanda ən çox çörək və ət yeyən bölgələr -SİYAHI

End of content

No more pages to load

RADİO