Rəsmi Bakıdan Kremlə ETİRAZ NOTASI 

Rusiya Federasiyası Dövlət Dumasının İnformasiya siyasəti, informasiya texnologiyaları və rabitə komitəsinin sədr müavini Oleq Matveyçevin “RUSARMİNFO” erməni xəbər agentliyinin efirində səsləndirdiyi bəyanatları ilə əlaqədar Azərbaycanın Rusiyadakı Səfirliyi tərəfindən Rusiya XİN-ə etiraz notası göndərilib. 

Bu barədə Bizim.Media-ya Azərbaycanın Rusiyadakı Səfirliyindən bildirilib. 
 

MÖVZU İLƏ BAĞLI:

Rusiyalı deputatdan Azərbaycanla bağlı ABSURD AÇIQLAMA – Kreml nədən narahatdır?


“Vahid Rusiya” partiyasından olan deputatın Azərbaycan və Türkiyəyə qarşı fikirləri qəbuledilməz olduğu vurğulanıb, onların regionda sabitliyi pozmağa yönəldiyi və Ermənistan cəmiyyətində revanşist qüvvələrin keçmişdə qalmış münaqişəni yenidən alovlandırmağa təhriki kimi qiymətləndirilib. 

İşğaldan azad edilmiş ərazilərdə fəal şəkildə aparılan yenidənqurma işləri fonunda “Azərbaycan tərəfindən münaqişənin qızışdırılması” ilə bağlı bəyanatların cəfəngiyat olduğu qeyd olunub. 

Bildirilib ki, 30 illik işğalın ağır nəticələrinə baxmayaraq, ilk olaraq Ermənistanla dövlətlərarası münasibətlərin normallaşdırılması prosesinə təşəbbüs göstərən, dövlətlərin ərazi bütövlüyü və suverenlik prinsipləri əsasında sülh müqaviləsinin imzalanmasını nəzərdə tutan sülh gündəliyinin təşviqini davam edən məhz Azərbaycan olub. 

Azərbaycan tərəfi Rusiyanın hakim partiyasının nümayəndəsinin bu cür bəyanatlarının Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən və Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması üçün səylər göstərən Rusiyanın vasitəçiliyinə kölgə saldığını bildirib. Oleq Matveyçev iki ölkə arasında 2022-ci ilin fevralında imzalanmış müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə barədə xəbərsiz ola bilməz və onun bu cür bəyanatları həmin sənədin müddəalarının pozulması deməkdir.

Hakim partiyanın nümayəndəsi olan deputat öz bəyanatlarında məsuliyyətli olmalı və Rusiya Federasiyasının rəsmi mövqeyini rəhbər tutmalıdır. 

Rusiya parlamentində informasiya siyasətinə cavabdeh deputatın Azərbaycana qarşı hücumlar üçün informasiya platforması olan, Rusiyada etnik zəmində millətlərarası düşmənçiliyi qızışdıran erməni saytına müsahibəsi onun sifarişli və imperativ xarakter daşımasından xəbər verir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Prezidentin Türkiyəyə səfərindən ən yaddaqalan anlar – VİDEO

Prezidentin Türkiyəyə səfərindən ən yaddaqalan anlar – VİDEO

Məişət texnikası bahalaşacaq – BU TARİXDƏN

Məişət texnikası bahalaşacaq – BU TARİXDƏN

Hikmət Hacıyev və Mövlud Çavuşoğlu arasında səmimi dialoq – VİDEO

Hikmət Hacıyev və Mövlud Çavuşoğlu arasında səmimi dialoq – VİDEO

Yeni “Ceyms Bond” bu namizədlərdən biri OLACAQ – ADLAR

Yeni “Ceyms Bond” bu namizədlərdən biri OLACAQ – ADLAR

Hikmət Hacıyev Andrea Corao Faria ilə görüşdü – FOTO

Hikmət Hacıyev Andrea Corao Faria ilə görüşdü – FOTO

Güclü küləklə bağlı XƏBƏRDARLIQ

Güclü küləklə bağlı XƏBƏRDARLIQ

İran MN: “Yalnız bu gəmilər Hörmüzdən keçə bilər”

İran MN: “Yalnız bu gəmilər Hörmüzdən keçə bilər”

Bu qurumlar birləşdirildi

Bu qurumlar birləşdirildi

Yeniyetmələri hədəf alan TƏHLÜKƏ – Cinayəti təşviq edən materialların yayılma üsulları və MÜBARİZƏ METODLARI

Yeniyetmələri hədəf alan TƏHLÜKƏ – Cinayəti təşviq edən materialların yayılma üsulları və MÜBARİZƏ METODLARI

İsveç kralı Zelenskinin əlini sıxmaqdan imtina etdi – VİDEO

İsveç kralı Zelenskinin əlini sıxmaqdan imtina etdi – VİDEO

Hamı zərərli olduğunu düşünürdü – Möcüzəvi faydası ÜZƏ ÇIXDI

Hamı zərərli olduğunu düşünürdü – Möcüzəvi faydası ÜZƏ ÇIXDI

İran hava məkanını qismən AÇDI

İran hava məkanını qismən AÇDI

Şəmkir məktəbində YANĞIN – Şagirdlər təxliyə edildi

Şəmkir məktəbində YANĞIN – Şagirdlər təxliyə edildi

Bu insanlara pəhriz saxlamaq qətiyyən olmaz – Həkimdən XƏBƏRDARLIQ

Bu insanlara pəhriz saxlamaq qətiyyən olmaz – Həkimdən XƏBƏRDARLIQ

Azərbaycanın bu ərazilərində torpağın sotu 2 MİLYONDUR

Azərbaycanın bu ərazilərində torpağın sotu 2 MİLYONDUR

Azərbaycan XİN: “İnsanlıq əleyhinə cinayət olan Başlıbel faciəsi unudulmamalıdır” – FOTO

Azərbaycan XİN: “İnsanlıq əleyhinə cinayət olan Başlıbel faciəsi unudulmamalıdır” – FOTO

Premyer Liqada HƏLLEDİCİ GÖRÜŞ – “Qarabağ” “Sabah”la ÜZ-ÜZƏ

Premyer Liqada HƏLLEDİCİ GÖRÜŞ – “Qarabağ” “Sabah”la ÜZ-ÜZƏ

Çin maşınlarının liderlik dövrü BİTDİ: Yerini bu ölkənin avtomobilləri tutacaq

Çin maşınlarının liderlik dövrü BİTDİ: Yerini bu ölkənin avtomobilləri tutacaq

Rayonlara səfərə hazırlaşan sürücülərin DİQQƏTİNƏ

Rayonlara səfərə hazırlaşan sürücülərin DİQQƏTİNƏ

Xaçmazda ən yüksək bal toplayan şagird tanınmış jurnalistin oğlu imiş... – FOTO/VİDEO

Xaçmazda ən yüksək bal toplayan şagird tanınmış jurnalistin oğlu imiş... – FOTO/VİDEO

“Tarqovı”nı tikən şamaxılılar - Əmri kimdən almışdılar? – Bir küçənin HEKAYƏSİ – FOTO

“Tarqovı”nı tikən şamaxılılar - Əmri kimdən almışdılar? – Bir küçənin HEKAYƏSİ – FOTO

“Land Rover” yolun ortasında yandı – VİDEO

“Land Rover” yolun ortasında yandı – VİDEO

Kartından 4800 manat oğurladılar, zəng edərək gülə-gülə ələ saldılar – VİDEO

Kartından 4800 manat oğurladılar, zəng edərək gülə-gülə ələ saldılar – VİDEO

Mehdiabadda AĞIR QƏZA – Sürücü belə xilas edildi – VİDEO

Mehdiabadda AĞIR QƏZA – Sürücü belə xilas edildi – VİDEO

End of content

No more pages to load

RADİO