Oleq Matveyçevin Azərbaycana qarşı təxribatçı bəyanatına rus siyasətçilərdən SƏRT CAVAB - EKSKLÜZİV

Rusiya Dövlət Dumasının İnformasiya siyasəti komitəsinin sədri Oleq Matveyçev Azərbaycana qarşı təxribatçı bəyanatlarına rusiyalı politoloqlar sərt cavab veriblər.

Oleq Matveyçev bildirib ki, Cənubi Qafqazda sülhün Azərbaycan, Türkiyə və Qərbi qane etmədiyini iddia edir.

"Ona görə də, onlar əllərindən gələni edəcəklər ki, münaqişəni təxribat etsinlər. Haradasa, əldə olunan hansısa razılaşmaları icra etməyəcəklər, haradasa hansısa insidentlər törədəcəklər ki, ya Ermənistan, ya da Rusiya sazişdən çıxsın. Belə olan halda, vəziyyət müharibə statusuna qayıdır və onlar irəliyə gedirlər və müharibə aparırlar”.

Mövzu ilə bağlı Bizim.Media-ya danışan Avrasiya Problemləri Monitorinq Mərkəzinin direktoru Aslan Rubayev bildirib ki, deputatın açıqlaması onun şəxsi yanaşmasıdır və Moskvanın mövqeyini əsla ifadə etmir.
 

MÖVZU İLƏ BAĞLI:

Rusiyalı deputatdan Azərbaycanla bağlı ABSURD AÇIQLAMA – Kreml nədən narahatdır?


“Bir çox insanlar, siyasətçilər fərqli fikirlərə malik olurlar. Media da onların fikirlərini tirajlayır. Lakin deyə bilərəm ki, Oleq Matveyçevin fikirləri qətiyyən rəsmi Moskvanın fikirləri demək deyil. Deyə bilərəm ki, Rusiya Prezidenti adından yalnız Rusiyanın Xarici İşlər Nazirliyi danışa bilər. Belə olarsa, bu, ölkənin rəsmi mövqeyi olmuş olacaq”, - deyə A.Rubayev əlavə edib.

Siyasi Araşdırmalar İnstitutunun direktoru, rusiyalı politoloq Sergey Markov isə bildirib ki, Oleq Matveyçev Erməni lobbisindən qidalanan onlarla şəxsdən biridir və onun Azərbaycan və Türkiyəni hədəf alan bəyanatı ciddi qəbul edilməməlidir. 

“Oleq Matveyçevin nöqteyi-nəzərindən desək, Rusiyada onun kimi bir çoxları mövcuddur. Rusiyada Erməni lobbisi çox güclü inkşaf edib.

Hansı ki, o lobbi Türkiyə və Azərbaycana qarşı hərəkətdədir. Bu cür hərəkətlər daha çox media subyektlərində görsənir. Hansı ki, bəzilərinə onlara (red. media) rəhbərlik edir. Onlar bu təbliğatda Azərbaycanın işğal olunmuş torpaqları üçün savaşmasını yox, Turkiyənin həyata keçirdiyi ciddi plan kimi qələmə verirlər. Yəni onların fikrincə Türkiyə Cənubi Qafqazdan Rusiyanı çıxarmaq istəyir və orada özünə kök salmaq niyyətindədir. Bu gedişatda erməni lobbisi Rusiyanı Türkiyə ilə konfliktə çəkmək istəyir. Bununla demək istəyirlər ki, Rusiya Ermənistanın tərəfində olmalıdır.

Həmçinin indi bir çoxları elə fikirləşir ki, Azərbaycan hazırda çox güclü bir ölkədir və bu zaman o Qarabağ məsələsini hərbi yolla həll etməyə çalışacaq və hərbi münaqişəyə doğru can atır. Ermənistan isə Azərbaycana baxanda zəif ölkədir və münaqişədən yayınmağa çalışır. Lakin bu, belə deyil”, - deyə S.Markov qeyd edib.

Markov əlavə edib ki, hazırda Türkiyə və Rusiyanın çox müsbət tərəfdaşlıq münasibətləri var. Məhz Oleq Matveyçev kimilərinin təxribatçı bəyanatları Türkiyə-Rusiya münasibətlərinə zərbə vurmağa hesablanıb.

“Rusiya ilə Türkiyənin arasını vurmağa çalışırlar. Ancaq Rusiya ilə Türkiyə çox gözəl strateji tərəfdaşlardı. Bu tərəfdaşlıq Putinlə Ərdoğan arasında çox gözəl şəkildə davam etdirilir. Tərəfdaşlıq çərçivəsində Türkiyə üzərindən Rusiya ona qarşı qoyulan sanksiyalardan da biraz yayına, uzaq ola bilir. İki ölkə çalışır ki, heç kəsdən asılı olmasınlar.  Bu baxış nöqtəsi Rusiya prezidenti tərəfindən ikiəlli dəstəklənir.

Ancaq deyərdim ki, bu fikirlər mediada yetərincə işıqlandırılmır. Bu dostuqlara, yoldaşlıqlara bir çox qüvvələr tərəfindən maneələr törədilir və imkan verilmir.  Azərbaycan, Rusiya və Türkiyə arasındakı yoldaşlığa məncə ictimai baxımdan daha ətraflı baxılmalı, diqqət yetirilməlidir”, - deyə S.Markov əlavə edib.

Tehran Orucoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bakıda qəribə oğurluq: Fəvvarənin dəmirlərini söküb apardı

Bakıda qəribə oğurluq: Fəvvarənin dəmirlərini söküb apardı

Ukraynada dron hücumunda yaralanan azərbaycanlı tələbə VƏFAT ETDİ

Ukraynada dron hücumunda yaralanan azərbaycanlı tələbə VƏFAT ETDİ

İrandan Səudiyyə Ərəbistanına xəbərdarlıq: “Başqalarından təhlükəsizlik dilənməyin”

İrandan Səudiyyə Ərəbistanına xəbərdarlıq: “Başqalarından təhlükəsizlik dilənməyin”

Uşağa qulluğa görə müavinət - Kimlərə nə qədər ödənilir?

Uşağa qulluğa görə müavinət - Kimlərə nə qədər ödənilir?

Sosial şəbəkədə nalayiq ifadələr işlədən QADIN SAXLANILDI

Sosial şəbəkədə nalayiq ifadələr işlədən QADIN SAXLANILDI

Bu dəfə təbiətə 83 min manatdan çox ziyan vuruldu

Bu dəfə təbiətə 83 min manatdan çox ziyan vuruldu

"Həyat yoldaşın istəmirsə, oxuma, nə məcburdur" – VİDEO

"Həyat yoldaşın istəmirsə, oxuma, nə məcburdur" – VİDEO

Azərbaycanda faydalı qazıntı yatağı hərraca ÇIXARILDI

Azərbaycanda faydalı qazıntı yatağı hərraca ÇIXARILDI

Ölkədə bu məhsulların satışı dayandırıldı – Xəbərdarlıq

Ölkədə bu məhsulların satışı dayandırıldı – Xəbərdarlıq

Media və Yayım Şurasına əlavə hüquq və vəzifələr verildi

Media və Yayım Şurasına əlavə hüquq və vəzifələr verildi

Kiberpolis xarici saytlara hücumlar təşkil edən şəxsləri saxladı -VİDEO

Kiberpolis xarici saytlara hücumlar təşkil edən şəxsləri saxladı -VİDEO

Prokurorluq Tovuzdakı qətllə bağlı MƏLUMAT YAYDI

Prokurorluq Tovuzdakı qətllə bağlı MƏLUMAT YAYDI

Naxçıvanda avtobuslarda nağdsız ödəniş sisteminə keçid edilir

Naxçıvanda avtobuslarda nağdsız ödəniş sisteminə keçid edilir

Göyçayda kənd sakinlərinin su PROBLEMİ: Rəngi və qoxusu kəskin dəyişib – FOTO

Göyçayda kənd sakinlərinin su PROBLEMİ: Rəngi və qoxusu kəskin dəyişib – FOTO

Azərbaycanda dəmir yolu ilə sərnişin daşımaları 17% ARTIB

Azərbaycanda dəmir yolu ilə sərnişin daşımaları 17% ARTIB

Konor Makqreqor oktaqona qayıdır

Konor Makqreqor oktaqona qayıdır

Bu universitet tələbələrə xüsusi təqaüd ayırdı – ayda 200 AZN

Bu universitet tələbələrə xüsusi təqaüd ayırdı – ayda 200 AZN

Dəniz sularında görünməyən təhlükə! Həkimlər XƏBƏRDARLIQ edir

Dəniz sularında görünməyən təhlükə! Həkimlər XƏBƏRDARLIQ edir

Kömək etmək adı ilə bankomatdan pul çıxarmaq istəyən təqaüdçüləri aldadırmış - FOTO

Kömək etmək adı ilə bankomatdan pul çıxarmaq istəyən təqaüdçüləri aldadırmış - FOTO

Ülviyyə İlyasova fəhləyə borclu qalıb?

Ülviyyə İlyasova fəhləyə borclu qalıb?

Ceki Çan Bakıda çəkiliş zamanı qolunu zədələdi – VİDEO

Ceki Çan Bakıda çəkiliş zamanı qolunu zədələdi – VİDEO

Səfərbərlik Xidmətinin sabiq vəzifəli şəxslərinin məhkəməsi BAŞLAYIR

Səfərbərlik Xidmətinin sabiq vəzifəli şəxslərinin məhkəməsi BAŞLAYIR

Seymur Məmmədovun əməliyyat etdiyi daha bir qadın həyatını itirdi

Seymur Məmmədovun əməliyyat etdiyi daha bir qadın həyatını itirdi

Azərbaycanda ən çox çörək və ət yeyən bölgələr -SİYAHI

Azərbaycanda ən çox çörək və ət yeyən bölgələr -SİYAHI

End of content

No more pages to load

RADİO