Azərbaycan və İsrail XİN başçılarının geniştərkibli görüşü keçirilib - YENİLƏNİB - FOTO

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan Respublikasına səfəri çərçivəsində İsrail Dövlətinin xarici işlər naziri Eli Kohenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. 

Bizim.Media xəbər verir ki, görüşdə iki ölkə arasında ikitərəfli və çoxtərəfli çərçivədə əməkdaşlığın mövcud səviyyəsindən məmnunluq ifadə olunaraq, ölkəmizin İsrail Dövləti ilə müxtəlif sahələrdə əlaqələrin inkişafına və uğurlu əməkdaşlığın genişləndirilməsinə böyük əhəmiyyət verdiyi diqqətə çatdırılıb. 

Nazirlər çoxşaxəli əməkdaşlıq gündəliyində duran siyasi, iqtisadi, o cümlədən energetika, təhsil və tədqiqat, yüksək texnologiyalar, rəqəmsallaşma, turizm, humanitar və bir çox başqa sahələr daxil olmaqla əməkdaşlığın inkişaf etdirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparıb.

Bu gün Bakıda keçirilən Azərbaycan Hökuməti ilə İsrail Hökuməti arasında Birgə Komissiyanın fəaliyyəti təqdir edilib və münasibətlərin daha da şaxələnməsinə töhfə verəcəyinə əminlik ifadə olunub. 

Azərbaycan ilə İsrail arasında tarixi dostluğa, əməkdaşlığa söykənən əlaqələrin mövcudluğundan söz açan nazir Ceyhun Bayramov iki ölkə arasında qarşılıqlı səfərlərin, o cümlədən təmasların əhəmiyyətindən bəhs edib.

Bu xüsusda, keçirilən görüşlərin və aparılan müzakirələrin tərəfdaşlığımızın daha da dərinləşdirilməsi, habelə ikitərəfli dialoqun daha da inkişaf etdirilməsi baxımından mühüm olduğu diqqətə çatdırılıb. 

Görüşdə ölkəmizin İsraildə səfirliyinin açılmasının son 30 ildə inkişaf edən və yeni keyfiyyət mərhələsinə qədəm qoyan Azərbaycan-İsrail münasibətlərinin gücləndirilməsinə töhfə verəcəyinə əminlik ifadə olunub. 
Tərəflər ikitərəfli münasibətlərin bütün istiqamətləri, habelə beynəlxalq və regional məsələlər üzrə müxtəlif səviyyələrdə siyasi dialoqun bundan sonra da inkişaf etdirilməsinə hazır olduqlarını ifadə ediblər. 

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında müzakirələr aparılıb. 

Səfər çərçivəsində nazirlər tərəfindən “Azərbaycan Hökuməti ilə İsrail Hökuməti arasında 2023-2026-cı illər üçün Təhsil sahəsində əməkdaşlıq proqramı” imzalanıb. 

*** 16:43

Azərbaycan və İsrail XİN rəhbərləri arasında geniş tərkibdə görüş keçirilir.

Bizim.Media xəbər verir ki, Azərbaycanla İsrail arasında müxtəlif sahələrdə əməkdaşlığın gündəliyi ilə bağlı fikir mübadiləsi aparılır.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Milli Kibertəhlükəsizlik Agentliyində yeni- Təyinatlar

Milli Kibertəhlükəsizlik Agentliyində yeni- Təyinatlar

İctimai şəxslərin şəxsi həyatı niyə fəaliyyətlərindən daha çox maraq doğurur?

İctimai şəxslərin şəxsi həyatı niyə fəaliyyətlərindən daha çox maraq doğurur?

Şəbnəm Tovuzlunun yeni görünüşü diqqət çəkdi— FOTOLAR

Şəbnəm Tovuzlunun yeni görünüşü diqqət çəkdi— FOTOLAR

Tibbə hazırlaşanların nəzərinə: Bu ixtisas üzrə keçid balları ARTIB

Tibbə hazırlaşanların nəzərinə: Bu ixtisas üzrə keçid balları ARTIB

Ruslar Azərbaycana axışır – səbəb nədir?

Ruslar Azərbaycana axışır – səbəb nədir?

Daha bir məşhur şirkət Azərbaycanda vergi ödəyəcək

Daha bir məşhur şirkət Azərbaycanda vergi ödəyəcək

Məşhur musiqi qrupu dağıldı

Məşhur musiqi qrupu dağıldı

“Bosniya qəssabı” Ratko Mladiç ÖLDÜ

“Bosniya qəssabı” Ratko Mladiç ÖLDÜ

Sabah 6300-dən çox abonentin qazı kəsiləcək

Sabah 6300-dən çox abonentin qazı kəsiləcək

Xaçmazda doğuldu, Çempionlar Liqasında vurduğu qolla tarix yazdı – FOTO/VİDEO

Xaçmazda doğuldu, Çempionlar Liqasında vurduğu qolla tarix yazdı – FOTO/VİDEO

Dövlət Komitəsində Gürcüstan nümayəndə heyəti ilə görüş keçirildi – FOTO

Dövlət Komitəsində Gürcüstan nümayəndə heyəti ilə görüş keçirildi – FOTO

Balıq ovunda qadağan olunmuş alətlərin siyahısı MÜƏYYƏNLƏŞDİRİLƏCƏK

Balıq ovunda qadağan olunmuş alətlərin siyahısı MÜƏYYƏNLƏŞDİRİLƏCƏK

"Qarabağ"dan bir gündə üç TRANSFER

"Qarabağ"dan bir gündə üç TRANSFER

Moskvadakı səfirliyimizin qonaq evinin qarşısındakı təxribatın ANBAAN VİDEOSU

Moskvadakı səfirliyimizin qonaq evinin qarşısındakı təxribatın ANBAAN VİDEOSU

Sabah ilin son Ay tutulması baş verəcək

Sabah ilin son Ay tutulması baş verəcək

Qarğıdalını adi suda bişirməyin: Daha şirin və yumşaq olması üçün sadə üsul

Qarğıdalını adi suda bişirməyin: Daha şirin və yumşaq olması üçün sadə üsul

Şəmkirdə yataqxana binasının eyvanı uçdu – VİDEO

Şəmkirdə yataqxana binasının eyvanı uçdu – VİDEO

Bakı metrosunun iş rejimi DƏYİŞİR

Bakı metrosunun iş rejimi DƏYİŞİR

Rusiyadakı səfirliyimizin qonaq evinin qarşısındakı təxribata rəsmi Bakıdan SƏRT REAKSİYA

Rusiyadakı səfirliyimizin qonaq evinin qarşısındakı təxribata rəsmi Bakıdan SƏRT REAKSİYA

Prezident “Sabah” futbol klubuna 5 milyon manat ayırdı - SƏRƏNCAM

Prezident “Sabah” futbol klubuna 5 milyon manat ayırdı - SƏRƏNCAM

Azad olunmuş ərazilərdə ən çox uşaq Ağdamda DOĞULUB

Azad olunmuş ərazilərdə ən çox uşaq Ağdamda DOĞULUB

Bakıda evli qadını şantaj edən şəxs HƏBS OLUNDU

Bakıda evli qadını şantaj edən şəxs HƏBS OLUNDU

Hava Limanında narkotiklə tutuldu, evində də axtarış aparıldı – FOTO

Hava Limanında narkotiklə tutuldu, evində də axtarış aparıldı – FOTO

Keçisini axtararkən qızıl tapdı, minlərlə insan oraya axın etdi- Video

Keçisini axtararkən qızıl tapdı, minlərlə insan oraya axın etdi- Video

End of content

No more pages to load

RADİO