Tibbə hazırlaşanların nəzərinə: Bu ixtisas üzrə keçid balları ARTIB

2026-cı ildə ali təhsil müəssisələrinin IV ixtisas qrupu üzrə qəbul nəticələrində tibb və səhiyyə yönümlü ixtisasların keçid ballarında əsasən artım qeydə alınıb.

Bizim.Media xəbər verir ki, Modern.az saytı Dövlət İmtahan Mərkəzinin 2025 və 2026-cı illər üzrə açıqladığı məlumatlar əsasında Tibb, Stomatologiya, Əczaçılıq, Fizioterapiya, İctimai səhiyyə və Tibb bacısı (qardaşı) işi ixtisaslarının keçid ballarını müqayisə edib.

Məlumatlara əsasən, Azərbaycan Tibb Universitetində Tibb ixtisasının keçid balı 2025-ci ildə 624,3 olduğu halda, 2026-cı ildə 638,5 bala yüksəlib. Beləliklə, bu ixtisas üzrə keçid balı bir il ərzində 14,2 bal artıb. Hər iki ildə dövlət sifarişi üzrə keçid balı da eyni göstəricidə formalaşıb.

İngilis dilində tədris olunan Tibb ixtisasında da artım qeydə alınıb. Bu ixtisas üzrə keçid balı 2025-ci ildə 683,7, 2026-cı ildə isə 692,8 bal olub. İllik artım 9,1 bal təşkil edib.

Azərbaycan Tibb Universitetində Stomatologiya ixtisasının keçid balı 2025-ci ildə 615,5 olduğu halda, 2026-cı ildə 627,8 bala çatıb. Bununla da göstərici 12,3 bal yüksəlib.

Fizioterapiya ixtisasında keçid balı 603,4-dən 616,5 bala, İctimai səhiyyədə isə 593-dən 606,6 bala yüksəlib. Artım müvafiq olaraq 13,1 və 13,6 bal təşkil edib.

Əczaçılıq ixtisasında 2025-ci ildə keçid balı 580,6 olub. 2026-cı ildə isə ödənişli əsaslarla keçid balı 586,2, dövlət sifarişi üzrə 587,4 bal təşkil edib. Ötən illə müqayisədə ödənişli əsaslarla göstərici 5,6, dövlət sifarişi üzrə isə 6,8 bal yüksəlib.

Azərbaycan Tibb Universitetində müqayisə olunan ixtisaslar arasında azalma Tibb bacısı (qardaşı) işi üzrə qeydə alınıb. Bu ixtisasın keçid balı 2025-ci ildə 547,8 olduğu halda, 2026-cı ildə 517,6 bala düşüb. Beləliklə, 30,2 ballıq azalma baş verib.

Naxçıvan Dövlət Universitetində də Tibb və Stomatologiya ixtisasları üzrə keçid ballarında artım müşahidə olunub.

Universitetdə Tibb ixtisasının keçid balı 2025-ci ildə 604,1, 2026-cı ildə isə 622,2 bal təşkil edib. Göstərici bir il ərzində 18,1 bal yüksəlib.

İngilis dilində tədris olunan Tibb ixtisasının keçid balı isə 607,3-dən 624,6 bala çatıb. Bu ixtisas üzrə artım 17,3 bal olub.

Naxçıvan Dövlət Universitetində Stomatologiya ixtisası üzrə 2025-ci ildə ödənişli əsaslarla keçid balı 600,4, dövlət sifarişi üzrə isə 600,9 olub. 2026-cı ildə hər iki göstərici 620,6 bal təşkil edib. Beləliklə, ödənişli əsaslarla keçid balı 20,2, dövlət sifarişi üzrə isə 19,7 bal artıb.
 

İctimai səhiyyə ixtisasında da artım qeydə alınıb. 2025-ci ildə 582 olan keçid balı 2026-cı ildə 588,7 bala yüksəlib.

Əczaçılıq ixtisasında isə əks dinamika müşahidə olunub. Naxçıvan Dövlət Universitetində bu ixtisas üzrə keçid balı 2025-ci ildə 566,7 olduğu halda, 2026-cı ildə 508,9 bala enib. Azalma 57,8 bal təşkil edib.

Tibb bacısı (qardaşı) işi ixtisasında da göstərici aşağı düşüb. Keçid balı 2025-ci ildə 482,4-dən 2026-cı ildə 430 bala enib. Fərq 52,4 baldır.

Beləliklə, 2026-cı ildə Tibb və Stomatologiya kimi yüksək keçid balı ilə seçilən ixtisaslarda həm Azərbaycan Tibb Universitetində, həm də Naxçıvan Dövlət Universitetində artım qeydə alınıb.

Azərbaycan Tibb Universitetində Tibb üzrə artım 14,2, Stomatologiyada 12,3 bal olduğu halda, Naxçıvan Dövlət Universitetində bu göstəricilər müvafiq olaraq 18,1 və 20,2 bal təşkil edib.

Müqayisə eyni zamanda göstərir ki, səhiyyə yönümlü ixtisasların hamısında eyni dinamika formalaşmayıb. Əczaçılıq və Tibb bacısı (qardaşı) işi üzrə bəzi universitetlərdə keçid balları aşağı düşsə də, Tibb, Stomatologiya, Fizioterapiya və İctimai səhiyyə ixtisaslarında əsasən yüksəliş qeydə alınıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

600-dən çox bal toplayan 30 abituriyent qəbul olunmadı

600-dən çox bal toplayan 30 abituriyent qəbul olunmadı

Qara dənizdə 15 azərbaycanlının olduğu gəmiyə dronla hücum edildi - VİDEO

Qara dənizdə 15 azərbaycanlının olduğu gəmiyə dronla hücum edildi - VİDEO

Bərdədə ağır qəzada xəsarət alanların durumu açıqlandı

Bərdədə ağır qəzada xəsarət alanların durumu açıqlandı

Millimiz dünya çempionatını 8 medalla başa vurdu

Millimiz dünya çempionatını 8 medalla başa vurdu

İmam Əlinin atı, Koroğlunun qalasının olduğu Səfərəliyev rayonu - Azərbaycanın harasındadır?

İmam Əlinin atı, Koroğlunun qalasının olduğu Səfərəliyev rayonu - Azərbaycanın harasındadır?

Sabah çimərliyə gedənlərə XƏBƏRDARLIQ

Sabah çimərliyə gedənlərə XƏBƏRDARLIQ

Qazaxıstan Qəzzaya qoşun göndərəcək

Qazaxıstan Qəzzaya qoşun göndərəcək

Çingiz Abdullayevdən Polad Bülbüloğluna dəstək - FOTO

Çingiz Abdullayevdən Polad Bülbüloğluna dəstək - FOTO

İcazəsiz Qarabağa keçmək istədi, həbs edildi

İcazəsiz Qarabağa keçmək istədi, həbs edildi

Oğlu birinci sinfə gedəcək, özü isə tələbə oldu

Oğlu birinci sinfə gedəcək, özü isə tələbə oldu

Buğda qiymətləri yüksəldi – Dünya narahatdır

Buğda qiymətləri yüksəldi – Dünya narahatdır

Ceyhun Bayramov Malayziyanın yeni səfirini qəbul etdi - FOTO

Ceyhun Bayramov Malayziyanın yeni səfirini qəbul etdi - FOTO

Hövsanda açıq ərazi YANIR

Hövsanda açıq ərazi YANIR

Sürücülərin NƏZƏRİNƏ: Bakının 5 küçəsində yollar bağlanır

Sürücülərin NƏZƏRİNƏ: Bakının 5 küçəsində yollar bağlanır

İslam Əməkdaşlıq Təşkilatının yeni Baş katibi seçildi

İslam Əməkdaşlıq Təşkilatının yeni Baş katibi seçildi

İsrail ordusu Livana hava zərbələri endirdi - VİDEO

İsrail ordusu Livana hava zərbələri endirdi - VİDEO

Azərbaycanlı iş adamının deputatlığa namizədliyi LƏĞV OLUNDU

Azərbaycanlı iş adamının deputatlığa namizədliyi LƏĞV OLUNDU

Ağ Ev: İranla heç bir danışıq aparılmır

Ağ Ev: İranla heç bir danışıq aparılmır

Dünyada ən çox yeyilən ət bəlli oldu

Dünyada ən çox yeyilən ət bəlli oldu

Rusiyalı müğənni Dima Bilanın nəvələri dünyaya gəlib - FOTO

Rusiyalı müğənni Dima Bilanın nəvələri dünyaya gəlib - FOTO

BDYPİ-dən sürücülərə ciddi xəbərdarlıq - VİDEO

BDYPİ-dən sürücülərə ciddi xəbərdarlıq - VİDEO

Sabah 3 rayonun bir hissəsi qazsız qalacaq

Sabah 3 rayonun bir hissəsi qazsız qalacaq

İspaniyada Tunc dövrünün məşhur xəzinəsi oğurlandı - FOTO

İspaniyada Tunc dövrünün məşhur xəzinəsi oğurlandı - FOTO

Bərdədə AĞIR QƏZA – Yaralılar var

Bərdədə AĞIR QƏZA – Yaralılar var

End of content

No more pages to load

RADİO