Xələf Xələfov MDB Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edib

Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov Səmərqənd şəhərində keçirilən Müstəqil Dövlətlər Birliyinin (MDB) Xarici İşlər Nazirlərinin məhdud tərkibdə keçirilən iclasında çıxış edib. 

Bu barədə Bizim.Media-ya Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib. 

Nazir müavini çıxışında ölkəmizin MDB çərçivəsində qarşılıqlı faydalı tərəfdaşlığa və hökumət başçıları, o cümlədən xarici işlər nazirlikləri səviyyəsində məhsuldar qarşılıqlı fəaliyyətin davam etdirilməsinə əhəmiyyət verdiyini diqqətə çatdırıb. 

MDB-nin qarşılıqlı fəaliyyət məsələləri ilə yanaşı, müasir dünyada təhlükəsizlik və yeni çağırış və təhdidlərə qarşı mübarizənin aktual məsələlərinin müzakirə olunduğu siyasi məsləhətləşmələr mexanizmi olduğu çıxış zamanı bildirilib.

Mövcud çətin beynəlxalq şəraitdə MDB ölkələrinin xüsusən təhsil, elm, mədəniyyət, səhiyyə, gənclər və idman sahələrində əməkdaşlığı genişləndirməkdə davam etdirdiyi diqqətə çatdırılıb. 

Nazir müavini daha sonra Azərbaycanın keçmiş münaqişənin nəticələrinin aradan qaldırılması, o cümlədən ölkəmizin regionda sülh və təhlükəsizliyin möhkəmləndirilməsi istiqamətində davam edən səylərindən, Azərbaycan hökuməti tərəfindən işğaldan azad edilmiş ərazilərin genişmiqyaslı bərpası və inkişafı məqsədilə həyata keçirdiyi layihələrdən, erməni əsilli əhalinin reinteqrasiyası prosesindən bəhs edib. 

Azərbaycan tərəfindən atılan müsbət addımların fonunda Ermənistanın əksinə vəziyyəti gərginləşdirməkdə davam etdiyini bildirən nazir müavini qarşı tərəfin müxtəlif təxribat xarakterli hərəkətlərdən istifadə etməklə Azərbaycanın və bütövlükdə beynəlxalq ictimaiyyətin iki ölkə arasında sülhün bərqərar olması və münasibətlərin normallaşdırılması istiqamətində ardıcıl səylərini sarsıtmaq cəhdlərindən söz açıb.

Bu xüsusda, nazir müavini aprelin 11-də Ermənistanın Gorus rayonunun Dığ kəndi istiqamətindən Ermənistan silahlı qüvvələrinin bölmələrinin Azərbaycan Respublikasının Laçın rayonu ərazisindəki Azərbaycan Ordusunun mövqelərini intensiv atəşə tutması nəticəsində Azərbaycan Ordusunun hərbçilərinin şəhid olduğunu və yaralandığını bildirib. 
Nazir müavini beynəlxalq ictimaiyyətin sülh sazişi üzrə danışıqlara dair ciddi çağırışları fonunda Ermənistanın bu kimi təxribatlarının sülh prosesində maraqlı olmadığınının bariz nümunəsi olduğunu iclas iştirakçılarının diqqətinə çatdırıb. 

Çıxışında Laçın yolunun guya Azərbaycan tərəfindən bağlanması ilə bağlı erməni tərəfinin fərziyyələri ilə bağlı məsələyə aydınlıq gətirən nazir müavini Azərbaycanın təbii sərvətlərinin qeyri-qanuni istismarı, bu sərvətlərin Ermənistana daşınması və sırf humanitar məqsədlər üçün nəzərdə tutulmuş Laçın yolundan sui-istifadə hallarının yolverilməz olduğunu vurğulayıb.

Suveren Azərbaycan ərazilərində bu kimi fəaliyyətlərin Azərbaycan dövlətinin təhlükəsizliyinə və bütövlüyünə ciddi təhlükə yaratdığını bildirib. 

Bu xüsusda, nazir müavini Azərbaycanın Ermənistandan 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatının, eləcə də Praqa və Soçi razılaşmalarının bütün müddəalarının, xüsusən də qeyri-qanuni erməni silahlı birləşmələrinin Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərindən çıxarılmasının təmin olunması, habelə nəqliyyat kommunikasiyalarının açılması, dövlət sərhədinin delimitasiyası ilə bağlı danışıqlar prosesinin davam etdirilməsi və iki ölkə arasında münasibətlərin normallaşdırılması istiqamətində real addımlar atmasını gözlədiyini vurğulayıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Şəbnəm Tovuzlunun yeni görünüşü diqqət çəkdi— FOTOLAR

Şəbnəm Tovuzlunun yeni görünüşü diqqət çəkdi— FOTOLAR

Tibbə hazırlaşanların nəzərinə: Bu ixtisas üzrə keçid balları ARTIB

Tibbə hazırlaşanların nəzərinə: Bu ixtisas üzrə keçid balları ARTIB

Ruslar Azərbaycana axışır – səbəb nədir?

Ruslar Azərbaycana axışır – səbəb nədir?

Daha bir məşhur şirkət Azərbaycanda vergi ödəyəcək

Daha bir məşhur şirkət Azərbaycanda vergi ödəyəcək

Məşhur musiqi qrupu dağıldı

Məşhur musiqi qrupu dağıldı

“Bosniya qəssabı” Ratko Mladiç ÖLDÜ

“Bosniya qəssabı” Ratko Mladiç ÖLDÜ

Sabah 6300-dən çox abonentin qazı kəsiləcək

Sabah 6300-dən çox abonentin qazı kəsiləcək

Xaçmazda doğuldu, Çempionlar Liqasında vurduğu qolla tarix yazdı – FOTO/VİDEO

Xaçmazda doğuldu, Çempionlar Liqasında vurduğu qolla tarix yazdı – FOTO/VİDEO

Dövlət Komitəsində Gürcüstan nümayəndə heyəti ilə görüş keçirildi – FOTO

Dövlət Komitəsində Gürcüstan nümayəndə heyəti ilə görüş keçirildi – FOTO

Balıq ovunda qadağan olunmuş alətlərin siyahısı MÜƏYYƏNLƏŞDİRİLƏCƏK

Balıq ovunda qadağan olunmuş alətlərin siyahısı MÜƏYYƏNLƏŞDİRİLƏCƏK

"Qarabağ"dan bir gündə üç TRANSFER

"Qarabağ"dan bir gündə üç TRANSFER

Moskvadakı səfirliyimizin qonaq evinin qarşısındakı təxribatın ANBAAN VİDEOSU

Moskvadakı səfirliyimizin qonaq evinin qarşısındakı təxribatın ANBAAN VİDEOSU

Sabah ilin son Ay tutulması baş verəcək

Sabah ilin son Ay tutulması baş verəcək

Qarğıdalını adi suda bişirməyin: Daha şirin və yumşaq olması üçün sadə üsul

Qarğıdalını adi suda bişirməyin: Daha şirin və yumşaq olması üçün sadə üsul

Şəmkirdə yataqxana binasının eyvanı uçdu – VİDEO

Şəmkirdə yataqxana binasının eyvanı uçdu – VİDEO

Bakı metrosunun iş rejimi DƏYİŞİR

Bakı metrosunun iş rejimi DƏYİŞİR

Rusiyadakı səfirliyimizin qonaq evinin qarşısındakı təxribata rəsmi Bakıdan SƏRT REAKSİYA

Rusiyadakı səfirliyimizin qonaq evinin qarşısındakı təxribata rəsmi Bakıdan SƏRT REAKSİYA

Prezident “Sabah” futbol klubuna 5 milyon manat ayırdı - SƏRƏNCAM

Prezident “Sabah” futbol klubuna 5 milyon manat ayırdı - SƏRƏNCAM

Azad olunmuş ərazilərdə ən çox uşaq Ağdamda DOĞULUB

Azad olunmuş ərazilərdə ən çox uşaq Ağdamda DOĞULUB

Bakıda evli qadını şantaj edən şəxs HƏBS OLUNDU

Bakıda evli qadını şantaj edən şəxs HƏBS OLUNDU

Hava Limanında narkotiklə tutuldu, evində də axtarış aparıldı – FOTO

Hava Limanında narkotiklə tutuldu, evində də axtarış aparıldı – FOTO

Keçisini axtararkən qızıl tapdı, minlərlə insan oraya axın etdi- Video

Keçisini axtararkən qızıl tapdı, minlərlə insan oraya axın etdi- Video

Güclü yağışlar Səudiyyə Ərəbistanında daşqınlara səbəb oldu - VİDEO

Güclü yağışlar Səudiyyə Ərəbistanında daşqınlara səbəb oldu - VİDEO

Sabirabadın 10 kəndində qaz kəsiləcək

Sabirabadın 10 kəndində qaz kəsiləcək

End of content

No more pages to load

RADİO