Sahibə Qafarova erməni spikerin yalanlarını İFŞA ETDİ

Milli Məclisin sədri Sahibə Qafarova aprelin 14-də Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində keçirilən MDB-yə üzv dövlətlərin Parlamentlərarası Assambleyasının 55-ci plenar iclasının yekunlarına həsr olunmuş brifinqdə Ermənistan parlamenti sədrinin ölkəmiz haqqında yalan və əsassız iddialarına cavab verib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Bizim.Media-ya verilən xəbərə görə, spiker bildirib ki, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin 30 illik işğalı zamanı meşələrimizi və qoruqlarımızı məhv edən, təbii sərvətlərimizi qanunsuz istismar edən, torpaq və çayları çirkləndirən bir ölkənin nümayəndəsi kimi Ermənistan parlamenti sədrinin Azərbaycanın suveren ərazilərində hər hansı "ekoloji narahatlıqlar" barədə danışmağa mənəvi haqqı yoxdur.

Milli Məclisin sədri qeyd edib ki, Ermənistan tərəfi nədənsə Beynəlxalq Məhkəmənin əsassız saydığı və Ermənistanın Azərbaycan hökuməti tərəfindən Laçın yolunda etirazların təşkili və dəstəklənməsinə dair, eləcə də Ermənistandan təbii qaz tədarükünün və digər ictimai xidmətlərin göstərilməsinin dayandırılması ilə bağlı iddialarını tamamilə rədd etdiyi barədə susur.

Məhkəmənin qərarı, həmçinin Laçın yolundan qeyri-qanuni hərbi və iqtisadi məqsədlər üçün istifadənin yolverilməzliyi ilə bağlı Azərbaycanın mövqeyi ilə də uyğundur.

Sahibə Qafarova brifinqdə deyib ki, Azərbaycanın erməni vətəndaşlarına qarşı hansısa “terror” iddialarının absurdluğu ondan ibarətdir ki, bu iddialar 30 illik işğal dövründə etnik təmizləmə və kütləvi qətllər törətmiş, 1 milyona yaxın azərbaycanlını öz doğma yurdlarından zorla qovaraq, Azərbaycana məxsus bütün tarixi və dini abidələri vəhşicəsinə məhv edən bir ölkənin nümayəndəsi tərəfindən irəli sürülür.

Sahibə Qafarova həmçinin vurğulayıb ki, Azərbaycanın Ermənistanın suveren ərazisini işğal etməsi ilə bağlı iddialar tamamilə əsassızdır.

Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin 20 faizini 30 il işğal altında saxlamış və Qazax rayonunun 7 kəndini və Naxçıvan Muxtar Respublikasının Kərki kəndini hələ də işğal altında saxlayan ölkə olaraq Ermənistan danışıqlar masasına qayıtmalı və sülh müqaviləsi, eləcə də Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası üzərində işi davam etdirməlidir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Şəbnəm Tovuzlunun yeni görünüşü diqqət çəkdi— FOTOLAR

Şəbnəm Tovuzlunun yeni görünüşü diqqət çəkdi— FOTOLAR

Tibbə hazırlaşanların nəzərinə: Bu ixtisas üzrə keçid balları ARTIB

Tibbə hazırlaşanların nəzərinə: Bu ixtisas üzrə keçid balları ARTIB

Ruslar Azərbaycana axışır – səbəb nədir?

Ruslar Azərbaycana axışır – səbəb nədir?

Daha bir məşhur şirkət Azərbaycanda vergi ödəyəcək

Daha bir məşhur şirkət Azərbaycanda vergi ödəyəcək

Məşhur musiqi qrupu dağıldı

Məşhur musiqi qrupu dağıldı

“Bosniya qəssabı” Ratko Mladiç ÖLDÜ

“Bosniya qəssabı” Ratko Mladiç ÖLDÜ

Sabah 6300-dən çox abonentin qazı kəsiləcək

Sabah 6300-dən çox abonentin qazı kəsiləcək

Xaçmazda doğuldu, Çempionlar Liqasında vurduğu qolla tarix yazdı – FOTO/VİDEO

Xaçmazda doğuldu, Çempionlar Liqasında vurduğu qolla tarix yazdı – FOTO/VİDEO

Dövlət Komitəsində Gürcüstan nümayəndə heyəti ilə görüş keçirildi – FOTO

Dövlət Komitəsində Gürcüstan nümayəndə heyəti ilə görüş keçirildi – FOTO

Balıq ovunda qadağan olunmuş alətlərin siyahısı MÜƏYYƏNLƏŞDİRİLƏCƏK

Balıq ovunda qadağan olunmuş alətlərin siyahısı MÜƏYYƏNLƏŞDİRİLƏCƏK

"Qarabağ"dan bir gündə üç TRANSFER

"Qarabağ"dan bir gündə üç TRANSFER

Moskvadakı səfirliyimizin qonaq evinin qarşısındakı təxribatın ANBAAN VİDEOSU

Moskvadakı səfirliyimizin qonaq evinin qarşısındakı təxribatın ANBAAN VİDEOSU

Sabah ilin son Ay tutulması baş verəcək

Sabah ilin son Ay tutulması baş verəcək

Qarğıdalını adi suda bişirməyin: Daha şirin və yumşaq olması üçün sadə üsul

Qarğıdalını adi suda bişirməyin: Daha şirin və yumşaq olması üçün sadə üsul

Şəmkirdə yataqxana binasının eyvanı uçdu – VİDEO

Şəmkirdə yataqxana binasının eyvanı uçdu – VİDEO

Bakı metrosunun iş rejimi DƏYİŞİR

Bakı metrosunun iş rejimi DƏYİŞİR

Rusiyadakı səfirliyimizin qonaq evinin qarşısındakı təxribata rəsmi Bakıdan SƏRT REAKSİYA

Rusiyadakı səfirliyimizin qonaq evinin qarşısındakı təxribata rəsmi Bakıdan SƏRT REAKSİYA

Prezident “Sabah” futbol klubuna 5 milyon manat ayırdı - SƏRƏNCAM

Prezident “Sabah” futbol klubuna 5 milyon manat ayırdı - SƏRƏNCAM

Azad olunmuş ərazilərdə ən çox uşaq Ağdamda DOĞULUB

Azad olunmuş ərazilərdə ən çox uşaq Ağdamda DOĞULUB

Bakıda evli qadını şantaj edən şəxs HƏBS OLUNDU

Bakıda evli qadını şantaj edən şəxs HƏBS OLUNDU

Hava Limanında narkotiklə tutuldu, evində də axtarış aparıldı – FOTO

Hava Limanında narkotiklə tutuldu, evində də axtarış aparıldı – FOTO

Keçisini axtararkən qızıl tapdı, minlərlə insan oraya axın etdi- Video

Keçisini axtararkən qızıl tapdı, minlərlə insan oraya axın etdi- Video

Güclü yağışlar Səudiyyə Ərəbistanında daşqınlara səbəb oldu - VİDEO

Güclü yağışlar Səudiyyə Ərəbistanında daşqınlara səbəb oldu - VİDEO

Sabirabadın 10 kəndində qaz kəsiləcək

Sabirabadın 10 kəndində qaz kəsiləcək

End of content

No more pages to load

RADİO