Ayxan Hacızadədən Paşinyana CAVAB: “Tamamilə əsassız və qəbuledilməzdir"

"Ermənistanın baş naziri Nikol Paşinyanın aprelin 13-də hökumət iclasında çıxışı zamanı Laçın istiqamətində baş vermiş son təxribatda məsuliyyəti Azərbaycan tərəfinin üzərinə atması, Azərbaycanı Praqa və Soçi görüşləri çərçivəsində üzərinə götürdüyü öhdəlikləri pozmaqda təqsirləndirməsi tamamilə əsassızdır və qəbuledilməzdir". 

Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Ermənistanın baş naziri Nikol Paşinyanın səsləndirdiyi iddiaları şərh edərkən bildirib. 

Onun sözlərinə görə, Avropa İttifaqının bir gün əvvəlki bəyanatına istinad edən baş nazirin delimitasiya üçün 1991-ci il sərhəd xəttinin əsas götürülməsi ideyasını təkrarlaması bir sıra qərəzli məqamları ehtiva edir:
"Nikol Paşinyana xatırlatmaq istərdik ki, Ermənistan tərəfindən Azərbaycana qarşı başladılan işğal siyasəti nəticəsində 1990-cı ildə Kərki və Bağanis Ayrım kəndləri işğal edilib. Bununla yanaşı, Ermənistanın üçtərəfli bəyanata zidd olaraq, Azərbaycan ərazilərindən hələ də erməni silahlı qüvvələrini çıxarmaması, 8 Azərbaycan kəndini işğal altında saxlaması məlumdur. Bu xüsusda, baş nazir ilk öncə 1991-ci il sərhədləri dedikdə nə nəzərdə tutulduğu məsələsinə aydınlıq gətirməlidir. Ermənistanın Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı iddiaları davam etdirməsi və bu ərazilərdən qüvvələrini geri çəkməməsi Praqa və Soçi razılıqlarının ciddi şəkildə pozulmasının və Ermənistanın sülh prosesində maraqlı olmamasının bariz nümunəsidir". 

A.Hacızadə deyib ki, Ermənistanın Azərbaycanda həyata keçirdiyi təxribatlara və qeyri-qanuni fəaliyyətlərə son qoymaq məqsədilə Laçın yolunun başlanğıcında sərhəd nəzarət-keçid məntəqəsinin yaradılması barədə Azərbaycanın təklifinə müsbət cavab vermək əvəzinə, Ermənistan tərəfi Beynəlxalq Ədalət Məhkəməsinin Laçın yolu ilə bağlı qərarını da təhrif etməkdən çəkinmir:
"Qeyd edək ki, Azərbaycan hökumətinin Laçın yolunda baş verən etirazların təşkilatçısı olduğu iddiası məhkəmə tərəfindən rədd edilib, “yolun bağlandığı” və “ərazinin blokadada” saxlandığı barədə iddiaların heç bir əsası yoxdur. Ermənistan tərəfini əsassız bəyanatlar vermək əvəzinə, ötən ilin dekabr ayından bəri imtina etdikləri sülh sazişi üzrə danışıqlara geri qayıtmağı, kommunikasiyaların açılması, qüvvələrini Azərbaycan ərazilərindən tam çıxarılması daxil olmaqla üçtərəfli bəyanatdan irəli gələn öhdəliklərə riayət etməyi, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı addımlardan çəkinməyi tələb edirik". 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Şəbnəm Tovuzlunun yeni görünüşü diqqət çəkdi— FOTOLAR

Şəbnəm Tovuzlunun yeni görünüşü diqqət çəkdi— FOTOLAR

Tibbə hazırlaşanların nəzərinə: Bu ixtisas üzrə keçid balları ARTIB

Tibbə hazırlaşanların nəzərinə: Bu ixtisas üzrə keçid balları ARTIB

Ruslar Azərbaycana axışır – səbəb nədir?

Ruslar Azərbaycana axışır – səbəb nədir?

Daha bir məşhur şirkət Azərbaycanda vergi ödəyəcək

Daha bir məşhur şirkət Azərbaycanda vergi ödəyəcək

Məşhur musiqi qrupu dağıldı

Məşhur musiqi qrupu dağıldı

“Bosniya qəssabı” Ratko Mladiç ÖLDÜ

“Bosniya qəssabı” Ratko Mladiç ÖLDÜ

Sabah 6300-dən çox abonentin qazı kəsiləcək

Sabah 6300-dən çox abonentin qazı kəsiləcək

Xaçmazda doğuldu, Çempionlar Liqasında vurduğu qolla tarix yazdı – FOTO/VİDEO

Xaçmazda doğuldu, Çempionlar Liqasında vurduğu qolla tarix yazdı – FOTO/VİDEO

Dövlət Komitəsində Gürcüstan nümayəndə heyəti ilə görüş keçirildi – FOTO

Dövlət Komitəsində Gürcüstan nümayəndə heyəti ilə görüş keçirildi – FOTO

Balıq ovunda qadağan olunmuş alətlərin siyahısı MÜƏYYƏNLƏŞDİRİLƏCƏK

Balıq ovunda qadağan olunmuş alətlərin siyahısı MÜƏYYƏNLƏŞDİRİLƏCƏK

"Qarabağ"dan bir gündə üç TRANSFER

"Qarabağ"dan bir gündə üç TRANSFER

Moskvadakı səfirliyimizin qonaq evinin qarşısındakı təxribatın ANBAAN VİDEOSU

Moskvadakı səfirliyimizin qonaq evinin qarşısındakı təxribatın ANBAAN VİDEOSU

Sabah ilin son Ay tutulması baş verəcək

Sabah ilin son Ay tutulması baş verəcək

Qarğıdalını adi suda bişirməyin: Daha şirin və yumşaq olması üçün sadə üsul

Qarğıdalını adi suda bişirməyin: Daha şirin və yumşaq olması üçün sadə üsul

Şəmkirdə yataqxana binasının eyvanı uçdu – VİDEO

Şəmkirdə yataqxana binasının eyvanı uçdu – VİDEO

Bakı metrosunun iş rejimi DƏYİŞİR

Bakı metrosunun iş rejimi DƏYİŞİR

Rusiyadakı səfirliyimizin qonaq evinin qarşısındakı təxribata rəsmi Bakıdan SƏRT REAKSİYA

Rusiyadakı səfirliyimizin qonaq evinin qarşısındakı təxribata rəsmi Bakıdan SƏRT REAKSİYA

Prezident “Sabah” futbol klubuna 5 milyon manat ayırdı - SƏRƏNCAM

Prezident “Sabah” futbol klubuna 5 milyon manat ayırdı - SƏRƏNCAM

Azad olunmuş ərazilərdə ən çox uşaq Ağdamda DOĞULUB

Azad olunmuş ərazilərdə ən çox uşaq Ağdamda DOĞULUB

Bakıda evli qadını şantaj edən şəxs HƏBS OLUNDU

Bakıda evli qadını şantaj edən şəxs HƏBS OLUNDU

Hava Limanında narkotiklə tutuldu, evində də axtarış aparıldı – FOTO

Hava Limanında narkotiklə tutuldu, evində də axtarış aparıldı – FOTO

Keçisini axtararkən qızıl tapdı, minlərlə insan oraya axın etdi- Video

Keçisini axtararkən qızıl tapdı, minlərlə insan oraya axın etdi- Video

Güclü yağışlar Səudiyyə Ərəbistanında daşqınlara səbəb oldu - VİDEO

Güclü yağışlar Səudiyyə Ərəbistanında daşqınlara səbəb oldu - VİDEO

Sabirabadın 10 kəndində qaz kəsiləcək

Sabirabadın 10 kəndində qaz kəsiləcək

End of content

No more pages to load

RADİO