Arestoviç: “Azərbaycan ordusu güclüdür, İranın öhdəsindən gəlməyə qadirdir” - VİDEO

“İranlıların silahlarını nümayiş etdirmələri hələ o demək deyil ki, onlar bundan istifadə etməyə çalışacaqlar”.

Bizim.Media xəbər verir ki, bu sözləri Ukrayna Prezident Ofisinin keçmiş müşaviri Aleksey Arestoviç "UKRLİFE" televiziyasına müsahibəsində bildirib.

O, digər məsələlərlə yanaşı, Azərbaycan sərhədində yaranmış gərginliklə bağlı da fikirlərini bildirib.

“Ermənistan və İran məhsul mübadiləsindən çox asılıdırlar, İran isə bunun üzərindən böyük pullar və imkanlar əldə edir. Əgər Azərbaycan və Türkiyə Zəngəzur dəhlizini inşa etsələr, o zaman Bakı və Ankara şərti olaraq əsas nəqliyyat arteriyasına çevriləcəklər.

İran arteriyası isə bu halda nəinki zəifləyəcək, hətta deyərdim ki, bu arteriya kəsiləcək. Bu isə qəti şəkildə İranın maraqlarına uyğun deyil”, - deyə o, qeyd edib.

Arestoviçin sözlərinə görə, Azərbaycan tərəfi öz proqramını ardıcıl şəkildə həyata keçirir.

“Şərq təmkini ilə, yavaş-yavaş, səliqəli şəkildə bu proqramı reallaşdırırlar və kompleks məsələləri ardıcıl şəkildə həll edirlər. Düşünürəm ki, problemləri həll etmək yollarını Azərbaycandan öyrənmək lazımdır – ardıcıl və məqsədyönlü...”  - deyə o vurğulayıb.
Keçmiş müşavir Azərbaycanla İran arasında müharibə ehtimalının zəif olduğunu deyib.

“Düzünü desəm, mənim üçün Azərbaycan və İran arasında müharibə əməliyyatlarını təsəvvür etmək çətindir. Çünki bu məsələyə dərhal Türkiyə qarışacaq. Azərbaycan Ordusu özlüyündə çox güclü və hazırlıqlıdır. Və İranın öhdəsindən gəlmək iqtidarındadır, xüsusilə də Türkiyə qarışarsa.

Amma hesab edirəm ki, hazırda bütün baş verənlər təhdidlər səviyyəsindədir, çünki reallıqda tərəflər toqquşmalarda maraqlı deyillər. Buna görə də bəlkə, eskalasiya, hərbi insidentlər baş verə bilər, amma birbaşa hərbi toqquşmalar ehtimalı azdır”, - deyə bildirib.

“Məsələ burasındadır ki, Ermənistanın Azərbaycan tərəfinin addımlarına qarşı hər hansı strategiyası yoxdur. Onlar yalnız KTMT-nin çağırılması, Rusiyaya müraciət kimi tədbirlərə əl ata bilərlər. Lakin Rusiya özü üçün də bu dəhlizin inşasında maraqlıdır.

Bu halda Ermənistana dəstək kimi İrana arxalanmaq qalır. Amma Ermənistan üçün mühüm olan bu nəqliyyat arteriyası İranın həyati əhəmiyyətli maraqları sırasında deyil. Ona görə də çətin ki, bu məsələ müharibə ilə nəticələnsin. Çünki İran bu halda daha çətin vəziyyətə düşəcək.

İranlılar tanklarla irəli-geri gedəcək, Azərbaycanı və Türkiyəni qorxutmağa çalışacaqlar, amma problem ondadır ki, bu iki ölkə qorxmur. Deyərdim, yəqin, özləri də hətta istəyirlər ki, İran “hərəkət etsin” və dərhal onun cavabını versinlər”, - deyə Aleksey Arestoviç əlavə edib.

“Ancaq unutmaq olmaz ki, vaxtilə Azərbaycanın tərkib hissəsi olan Güney Azərbaycanda çox sayda azərbaycanlı yaşayır, hətta deyərdim, onların sayı on milyonlarladır. Bununla bağlı 18-28 milyon və fərqli rəqəmlər səsləndirirlər, amma bu, İran üçün olduqca böyük rəqəmlərdir.
Bəs onlar Azərbaycan Ordusu ilə döyüşmək cəhdinə necə reaksiya verəcəklər? Axı onlar bir xalqdır. Bundan sonra İranın özündə daxili problemlər baş qaldıra bilər. Odur ki, iranlıların silahlarını nümayiş etdirmələri hələ o demək deyil ki, onlar bundan istifadə etməyə çalışacaqlar”, - deyə Arestoviç fikrini tamamlayıb.
 

Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

"Qarabağ" Konfrans Liqası ilə vidalaşdı

"Qarabağ" Konfrans Liqası ilə vidalaşdı

"Qarabağ" nigeriyalı hücumçu heyətinə qatdı - FOTO

"Qarabağ" nigeriyalı hücumçu heyətinə qatdı - FOTO

Bakıda EŞQ DRAMI: sevgilisini öldürən kişinin meyiti tapıldı – VİDEO

Bakıda EŞQ DRAMI: sevgilisini öldürən kişinin meyiti tapıldı – VİDEO

Alyaskada kiçik mühərrikli təyyarə dənizə düşdü – Ölənlər var

Alyaskada kiçik mühərrikli təyyarə dənizə düşdü – Ölənlər var

Tramp Rusiyanın NATO ölkələrinə hücum etməyəcəyindən əmindir

Tramp Rusiyanın NATO ölkələrinə hücum etməyəcəyindən əmindir

“Sabah”ın baş məşqçisi yüksək reytinqli şahmatçı imiş – FOTO

“Sabah”ın baş məşqçisi yüksək reytinqli şahmatçı imiş – FOTO

Norveç Kralı V Harald xəstəxanaya yerləşdirildi – Vəziyyəti ağırdır

Norveç Kralı V Harald xəstəxanaya yerləşdirildi – Vəziyyəti ağırdır

Tramp Kanada ilə sərhəddəki Ontario gölünün adını DƏYİŞDİ - VİDEO

Tramp Kanada ilə sərhəddəki Ontario gölünün adını DƏYİŞDİ - VİDEO

Sabah güclü maqnit qasırğası olacaq

Sabah güclü maqnit qasırğası olacaq

Tanınmış polkovnik-leytenant VƏFAT ETDİ

Tanınmış polkovnik-leytenant VƏFAT ETDİ

Bülbüloğlunun arvadı, qızı, oğlu ordaydı: danışdıqları dil...

Bülbüloğlunun arvadı, qızı, oğlu ordaydı: danışdıqları dil...

“Lamborghini” məhdud sayda lüks uşaq arabası buraxdı - FOTO

“Lamborghini” məhdud sayda lüks uşaq arabası buraxdı - FOTO

Britaniyada qağayı kabusu: Ölkəyə milyonlarla funt sterliq zərər vururlar

Britaniyada qağayı kabusu: Ölkəyə milyonlarla funt sterliq zərər vururlar

"Sabah"ın Çempionlar Liqasındakı bütün rəqibləri BƏLLİ OLDU

"Sabah"ın Çempionlar Liqasındakı bütün rəqibləri BƏLLİ OLDU

Zelenskinin keçəcəyi yolda 40-dan çox polis postu quruldu

Zelenskinin keçəcəyi yolda 40-dan çox polis postu quruldu

Yalçın Rəfiyev İƏT-in Ciddədə keçirilən fövqəladə iclasında iştirak etdi - FOTO

Yalçın Rəfiyev İƏT-in Ciddədə keçirilən fövqəladə iclasında iştirak etdi - FOTO

Polşada ərazisində nüvə silahı yerləşdirmək İSTƏMİR

Polşada ərazisində nüvə silahı yerləşdirmək İSTƏMİR

Bakıda yeni mənzil almaq istəyənlərə PİS XƏBƏR

Bakıda yeni mənzil almaq istəyənlərə PİS XƏBƏR

Dilarə Əliyevanın Bodrum tətili - FOTOLAR

Dilarə Əliyevanın Bodrum tətili - FOTOLAR

Azərbaycanlı kriminal avtoritet müəmmalı şəkildə öldü - FOTO

Azərbaycanlı kriminal avtoritet müəmmalı şəkildə öldü - FOTO

İranın səfiri Çexiya XİN-ə çağırıldı

İranın səfiri Çexiya XİN-ə çağırıldı

Yeni təmayül tədris modelli məktəblərin ali məktəbə qəbul nəticələri açıqlandı

Yeni təmayül tədris modelli məktəblərin ali məktəbə qəbul nəticələri açıqlandı

"Qarabağ" - "Tvente" oyunu 15 dəqiqə gec başladı - FOTO - CANLI

"Qarabağ" - "Tvente" oyunu 15 dəqiqə gec başladı - FOTO - CANLI

600-dən çox bal toplayan 30 abituriyent qəbul olunmadı

600-dən çox bal toplayan 30 abituriyent qəbul olunmadı

End of content

No more pages to load

RADİO