İlham Əliyev İtaliyanın xarici işlər nazirinin müavinini qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 3-də İtaliya Respublikasının xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin müavini Edmondo Çiriellini qəbul edib.

Bizim.Media xəbər verir ki, dövlətimizin başçısı Azərbaycan-İtaliya ikitərəfli münasibətlərinin uğurla inkişaf etdiyini deyərək, bu baxımdan qarşılıqlı səfərlərin əhəmiyyətini vurğulayıb və cari ilin əvvəlindən indiyədək, İtaliyanın 3 nazirinin, həmçinin bu gün nazir müavinin ölkəmizə səfərinin əlaqələrimizin çox yüksək səviyyədə olmasının göstəricisi kimi dəyərləndirib.

Prezident İlham Əliyev ölkələrimiz arasında münasibətlərin strateji tərəfdaşlıq müstəvisində inkişaf etdiyini qeyd edərək, əlaqələrimizin böyük hissəsinin energetika sahəsi ilə bağlı olduğunu deyib, hazırda Avropanın enerji təhlükəsizliyi istiqamətində atılan addımların Azərbaycan-İtaliya əməkdaşlığını daha da gücləndirdiyini vurğulayıb.
Dövlətimizin başçısı, eyni zamanda, İtaliyanın Azərbaycanın birinci ticarət tərəfdaşı olduğunu xatırladaraq, ticarət dövriyyəsinin əsas hissəsinin Azərbaycanın neft-qaz ixracını təşkil etdiyini deyib və bu baxımdan əməkdaşlığımızın strukturunun genişləndirilməsi ilə bağlı əlavə addımların atılmasının zəruriliyini qeyd edib.

Prezident İlham Əliyev Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması və sülh gündəliyi haqqında məlumat verərək ölkəmizin İkinci Qarabağ müharibəsindən dərhal sonra Ermənistanla sülh müqaviləsinin imzalanması ilə bağlı təkliflərlə çıxış etdiyini diqqətə çatdırıb.
Azərbaycan Prezidenti Edmondo Çiriellinin ölkəmizə səfərinin məhsuldar olacağına əminliyini bildirib.

Azərbaycan-İtaliya əlaqələrinin minilliklərlə yaşı olduğunu qeyd edən Edmondo Çirielli münasibətlərimizin kökünün hətta antik dövrlərə gedib çatdığını vurğulayıb.

Azərbaycanın İtaliya üçün çox önəmli ölkə olduğunu deyən qonaq Cənubi Qafqazda sabitlik baxımından ölkəmizin strateji əhəmiyyətini qeyd edib, Azərbaycanın regionda müstəqil və suveren siyasət apardığını vurğulayıb. İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin müavini siyasi əlaqələrlə yanaşı, iqtisadi sahədə əməkdaşlığın da xüsusi əhəmiyyət kəsb etdiyini bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Korovinin qızının toyuna “Bakılı oğlanlar”dan kimlər gəldi? - VİDEO

Korovinin qızının toyuna “Bakılı oğlanlar”dan kimlər gəldi? - VİDEO

Qurban Qurbanovun cəzalandırdığı Elvin və Abbas tribunadan matça baxdılar - FOTO

Qurban Qurbanovun cəzalandırdığı Elvin və Abbas tribunadan matça baxdılar - FOTO

Kiyevdəki atışma TERROR AKTI kimi qiymətləndirildi

Kiyevdəki atışma TERROR AKTI kimi qiymətləndirildi

Ceyhun Bayramovdan İran-ABŞ atəşkəsinə REAKSİYA

Ceyhun Bayramovdan İran-ABŞ atəşkəsinə REAKSİYA

Vado Korovin toyda qızı ilə belə RƏQS ETDİ - VİDEO

Vado Korovin toyda qızı ilə belə RƏQS ETDİ - VİDEO

Hörmüz boğazı İranın nəzarəti altındadır

Hörmüz boğazı İranın nəzarəti altındadır

Tramp MÜŞAVİRƏ KEÇİRİR: Hörmüz boğazındakı vəziyyətə görə...

Tramp MÜŞAVİRƏ KEÇİRİR: Hörmüz boğazındakı vəziyyətə görə...

Kəmaləddin Heydərov ilk dəfə yeni müavinlərlə bir arada – FOTO

Kəmaləddin Heydərov ilk dəfə yeni müavinlərlə bir arada – FOTO

Hörmüz boğazı NƏ VAXTADƏK bağlı qalacaq?

Hörmüz boğazı NƏ VAXTADƏK bağlı qalacaq?

İsrail: Bir neçə "Hizbullah" döyüşçüsü öldürülüb

İsrail: Bir neçə "Hizbullah" döyüşçüsü öldürülüb

Tramp: İran bir az mehribanlaşıb

Tramp: İran bir az mehribanlaşıb

Sumqayıtda futbol oynayan gənc dünyasını dəyişdi

Sumqayıtda futbol oynayan gənc dünyasını dəyişdi

Vado Korovin qızına təntənəli TOY ETDİ - VİDEO

Vado Korovin qızına təntənəli TOY ETDİ - VİDEO

Nazir türkmənistanlı həmkarı Rəşid Meredov ilə görüşüb

Nazir türkmənistanlı həmkarı Rəşid Meredov ilə görüşüb

Hörmüz boğazından yalnız BU GƏMİLƏRİN keçməsinə üstünlük veriləcək

Hörmüz boğazından yalnız BU GƏMİLƏRİN keçməsinə üstünlük veriləcək

ABŞ-da TORNADO: şəhərlər darmadağın olub

ABŞ-da TORNADO: şəhərlər darmadağın olub

Azərbaycanla Ermənistan arasında sülh prosesini müzakirə etdilər – FOTO

Azərbaycanla Ermənistan arasında sülh prosesini müzakirə etdilər – FOTO

Millimiz Andorranı məğlub etdi

Millimiz Andorranı məğlub etdi

Kiyevdə atışma zamanı ölənlərin sayı 6-ya çatıb

Kiyevdə atışma zamanı ölənlərin sayı 6-ya çatıb

Emindən böyük jest: Bütün qonorarını onlara bağışladı

Emindən böyük jest: Bütün qonorarını onlara bağışladı

“Qarabağ” yenə “Sabah”a uduzdu - VİDEO

“Qarabağ” yenə “Sabah”a uduzdu - VİDEO

Nazir Yaxın Şərqi onunla da müzakirə etdi - FOTO

Nazir Yaxın Şərqi onunla da müzakirə etdi - FOTO

"Teşkilat"ın izləyicilərinə pis xəbər

"Teşkilat"ın izləyicilərinə pis xəbər

Mixail Zabelin yenidən Azərbaycanın Rus İcmasının sədri seçilib - FOTO

Mixail Zabelin yenidən Azərbaycanın Rus İcmasının sədri seçilib - FOTO

End of content

No more pages to load

RADİO