Ceyhun Bayramov: “Fələstin və Azərbaycan arasında əlaqələr tarixi köklərə əsaslanır”

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Fələstinə rəsmi səfəri çərçivəsində Fələstin Dövlətinin Baş naziri Mohammed Ştayyeh ilə görüşüb. 

Bu barədə Bizim.Media-ya Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib. 

Görüşdə Azərbaycan və Fələstin arasında müxtəlif sahələrdə ikitərəfli əməkdaşlıq gündəliyi, çoxtərəfli platformalarda qarşılıqlı fəaliyyət məsələləri, eləcə də regional vəziyyət müzakirə olunub. 

İki xalq arasında əlaqələrin tarixi köklərə əsaslandığını, xalqlarımızın möhkəm dostluq münasibətlərinin olduğunu qeyd edən nazir Ceyhun Bayramov, Azərbaycan və Fələstin arasında müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi perspektivlərindən danışıb.
Fələstinin Ramallah şəhərində Azərbaycan Respublikasının Təmsilçilik Ofisinin açılmasının mövcud münasibətlərin inkişafı üçün yeni imkanlar yaradacağına əminlik ifadə olunub. 

C.Bayramov Azərbaycanın Fələstin məsələsinə münasibətdə daim həmrəylik nümayiş etdirdiyini qeyd edərək, ölkəmizin BMT-nin müvafiq qətnamə və qərarlarına uyğun olaraq Fələstin məsələsinin iki dövlət prinsipi əsasında həllini dəstəklədiyini və bu mövqenin beynəlxalq təşkilatlar çərçivəsində birmənalı şəkildə ifadə olunduğunu vurğulayıb. 

Nazir Ermənistanın 30 il ərzində işğalçılıq siyasəti və əməlləri, 44 günlük Vətən müharibəsindən sonra bölgədə yaranmış yeni vəziyyət, sülh gündəliyinin reallaşması istiqamətində tərəfimizdən görülən tədbirlər, bərpa-quruculuq tədbirləri barədə qarşı tərəfə məlumat verib. Ermənistan tərəfinin üzərinə götürdüyü öhdəliklərə zidd təxribatları və sülhün təmin edilməsi istiqamətində çətinliklər yaratması, azad olunmuş ərazilərdə insanların həyatına birbaşa təhlükə olan mina təhdidi barədə faktlar diqqətə çatdırılıb. 

Fələstin Dövlətinin Baş naziri Mohammed Ştayyeh ölkəsinin Azərbaycan ilə əməkdaşlığı daha da genişləndirməkdə maraqlı olduğunu bildirib.

O, ölkəmizin Fələstinə göstərdiyi humanitar yardıma və Fələstin məsələsinə ayırdığı diqqət və beynəlxalq təşkilatlar çərçivəsində verdiyi dəstəyə görə Azərbaycan hökumətinə təşəkkürünü bildirib. Baş nazir İsrail-Fələstin münaqişəsi çərçivəsində yaşanan çətinliklər barədə ətraflı məlumat verib. 

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

"Qarabağ" daha bir transferini elan etdi - FOTO

"Qarabağ" daha bir transferini elan etdi - FOTO

Ermənistanda üç nazirliyin adının dəyişdirilməsi təsdiqləndi

Ermənistanda üç nazirliyin adının dəyişdirilməsi təsdiqləndi

Dron hücumundan sağ çıxan dənizçi Bakıda ölü tapıldı - FOTO

Dron hücumundan sağ çıxan dənizçi Bakıda ölü tapıldı - FOTO

600-dən çox balla ali məktəbə qəbul ola bilməyələrin səhvi harada olub? - VİDEO

600-dən çox balla ali məktəbə qəbul ola bilməyələrin səhvi harada olub? - VİDEO

Maksim Qalkinin Bakıda – FOTO

Maksim Qalkinin Bakıda – FOTO

"Qarabağ" Konfrans Liqası ilə vidalaşdı

"Qarabağ" Konfrans Liqası ilə vidalaşdı

"Qarabağ" nigeriyalı hücumçu heyətinə qatdı - FOTO

"Qarabağ" nigeriyalı hücumçu heyətinə qatdı - FOTO

Bakıda EŞQ DRAMI: sevgilisini öldürən kişinin meyiti tapıldı – VİDEO

Bakıda EŞQ DRAMI: sevgilisini öldürən kişinin meyiti tapıldı – VİDEO

Alyaskada kiçik mühərrikli təyyarə dənizə düşdü – Ölənlər var

Alyaskada kiçik mühərrikli təyyarə dənizə düşdü – Ölənlər var

Tramp Rusiyanın NATO ölkələrinə hücum etməyəcəyindən əmindir

Tramp Rusiyanın NATO ölkələrinə hücum etməyəcəyindən əmindir

“Sabah”ın baş məşqçisi yüksək reytinqli şahmatçı imiş – FOTO

“Sabah”ın baş məşqçisi yüksək reytinqli şahmatçı imiş – FOTO

Norveç Kralı V Harald xəstəxanaya yerləşdirildi – Vəziyyəti ağırdır

Norveç Kralı V Harald xəstəxanaya yerləşdirildi – Vəziyyəti ağırdır

Tramp Kanada ilə sərhəddəki Ontario gölünün adını DƏYİŞDİ - VİDEO

Tramp Kanada ilə sərhəddəki Ontario gölünün adını DƏYİŞDİ - VİDEO

Sabah güclü maqnit qasırğası olacaq

Sabah güclü maqnit qasırğası olacaq

Tanınmış polkovnik-leytenant VƏFAT ETDİ

Tanınmış polkovnik-leytenant VƏFAT ETDİ

Bülbüloğlunun arvadı, qızı, oğlu ordaydı: danışdıqları dil...

Bülbüloğlunun arvadı, qızı, oğlu ordaydı: danışdıqları dil...

“Lamborghini” məhdud sayda lüks uşaq arabası buraxdı - FOTO

“Lamborghini” məhdud sayda lüks uşaq arabası buraxdı - FOTO

Britaniyada qağayı kabusu: Ölkəyə milyonlarla funt sterliq zərər vururlar

Britaniyada qağayı kabusu: Ölkəyə milyonlarla funt sterliq zərər vururlar

"Sabah"ın Çempionlar Liqasındakı bütün rəqibləri BƏLLİ OLDU

"Sabah"ın Çempionlar Liqasındakı bütün rəqibləri BƏLLİ OLDU

Zelenskinin keçəcəyi yolda 40-dan çox polis postu quruldu

Zelenskinin keçəcəyi yolda 40-dan çox polis postu quruldu

Yalçın Rəfiyev İƏT-in Ciddədə keçirilən fövqəladə iclasında iştirak etdi - FOTO

Yalçın Rəfiyev İƏT-in Ciddədə keçirilən fövqəladə iclasında iştirak etdi - FOTO

Polşada ərazisində nüvə silahı yerləşdirmək İSTƏMİR

Polşada ərazisində nüvə silahı yerləşdirmək İSTƏMİR

Bakıda yeni mənzil almaq istəyənlərə PİS XƏBƏR

Bakıda yeni mənzil almaq istəyənlərə PİS XƏBƏR

Dilarə Əliyevanın Bodrum tətili - FOTOLAR

Dilarə Əliyevanın Bodrum tətili - FOTOLAR

End of content

No more pages to load

RADİO