Ceyhun Bayramov fələstinli həmkarını Ermənistanın təxribatları barədə MƏLUMATLANDIRDI 

Martın 30-da xarici işlər naziri Ceyhun Bayramov Fələstinə rəsmi səfəri çərçivəsində Fələstin Dövlətinin xarici işlər və xaricdə yaşayan fələstinlilər üzrə naziri Riyad Əl-Maliki ilə görüşüb.

XİN-dən Bizim.Media-ya verilən xəbərə görə, görüşdə, Azərbaycan və Fələstin arasında mövcud ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyində duran aktual məsələlər, o cümlədən regional vəziyyət müzakirə olunub. 

Nazir Ceyhun Bayramov, iki ölkə arasında dostluq, həmrəylik və qarşılıqlı hörmətə əsaslanan münasibətlərin inkişafında Azərbaycan və Fələstin arasında yüksək səviyyəli qarşılıqlı səfərlərin, o cümlədən siyasi dialoqun mövcudluğunun əhəmiyyətli rol oynadığını söyləyib. 
Azərbaycan və Fələstin arasında ikitərəfli əsasda müxtəlif, o cümlədən siyasi, iqtisadi, mədəni, humanitar, təhsil, turizm və digər sahələr üzrə səmərəli əməkdaşlıq gündəliyinin, çoxtərəfli əsasda isə Birləşmiş Millətlər Təşkilatı (BMT), Qoşulmama Hərəkatı (QH), İslam Əməkdaşlıq Təşkilatı (İƏT) və digər beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyin mövcudluğu məmnunluqla qeyd edilib.

Bu xüsusda, Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikasının Fələstin Dövlətinin Ramallah şəhərində Təmsilçilik Ofisinin təsis olunması ilə bağlı Sərəncamının iki ölkə arasında münasibətlərin daha da genişlənməsində mühüm rol oynayacağına dair inam ifadə olunub. 

Azərbaycanın beynəlxalq sülh, təhlükəsizlik və sabitliyə hədə olan, bölgədə ciddi humanitar böhrana səbəb olan Fələstin-İsrail münaqişəsinin sülh yolu ilə, beynəlxalq hüquq normaları, o cümlədən BMT Təhlükəsizlik Şurasının qətnamələrinə müvafiq şəkildə iki dövlət modeli əsasında həllini dəstəklədiyi vurğulanıb. 
Post-münaqişə dövründə regional vəziyyət barədə qarşı tərəfi ətraflı məlumatlandıran nazir Ceyhun Bayramov, Azərbaycan tərəfindən bölgədə sülh və təhlükəsizliyin bərqərar edilməsi, o cümlədən Ermənistan ilə sülh gündəliyinin irəli aparılması istiqamətində göstərilən səylərin davamlı olaraq Ermənistanın təxribatları ilə üzləşməsinə baxmayaraq Azərbaycanın bu sahədə fəaliyyətini davam etdirməkdə qərarlı olduğunu bildirib. 

Nazir Riyad Əl-Maliki, Azərbaycan və Fələstin arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyinin perspektivlərindən bəhs edərək, münasibətlərin daha da inkişaf etdirilməsi istiqamətində səylərin genişləndirilməsinin vacibliyini vurğulayıb.
Bu xüsusda, iki dövlət arasında keçirilmiş siyasi məsləhətləşmələrin mövcud siyasi dialoqa böyük töhfə verdiyi qeyd olunub. Ölkəmizin Fələstinə humanitar dəstəyi yüksək qiymətləndirilib, bu sahədə dəstəyin artırılmasının vacibliyi qeyd olunub. Azərbaycanın Fələstin tələbələri üçün ayrılan təhsil təqaüdü yüksək qiymətləndirilib. 

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

"Qarabağ" daha bir transferini elan etdi - FOTO

"Qarabağ" daha bir transferini elan etdi - FOTO

Ermənistanda üç nazirliyin adının dəyişdirilməsi təsdiqləndi

Ermənistanda üç nazirliyin adının dəyişdirilməsi təsdiqləndi

Dron hücumundan sağ çıxan dənizçi Bakıda ölü tapıldı - FOTO

Dron hücumundan sağ çıxan dənizçi Bakıda ölü tapıldı - FOTO

600-dən çox balla ali məktəbə qəbul ola bilməyələrin səhvi harada olub? - VİDEO

600-dən çox balla ali məktəbə qəbul ola bilməyələrin səhvi harada olub? - VİDEO

Maksim Qalkinin Bakıda – FOTO

Maksim Qalkinin Bakıda – FOTO

"Qarabağ" Konfrans Liqası ilə vidalaşdı

"Qarabağ" Konfrans Liqası ilə vidalaşdı

"Qarabağ" nigeriyalı hücumçu heyətinə qatdı - FOTO

"Qarabağ" nigeriyalı hücumçu heyətinə qatdı - FOTO

Bakıda EŞQ DRAMI: sevgilisini öldürən kişinin meyiti tapıldı – VİDEO

Bakıda EŞQ DRAMI: sevgilisini öldürən kişinin meyiti tapıldı – VİDEO

Alyaskada kiçik mühərrikli təyyarə dənizə düşdü – Ölənlər var

Alyaskada kiçik mühərrikli təyyarə dənizə düşdü – Ölənlər var

Tramp Rusiyanın NATO ölkələrinə hücum etməyəcəyindən əmindir

Tramp Rusiyanın NATO ölkələrinə hücum etməyəcəyindən əmindir

“Sabah”ın baş məşqçisi yüksək reytinqli şahmatçı imiş – FOTO

“Sabah”ın baş məşqçisi yüksək reytinqli şahmatçı imiş – FOTO

Norveç Kralı V Harald xəstəxanaya yerləşdirildi – Vəziyyəti ağırdır

Norveç Kralı V Harald xəstəxanaya yerləşdirildi – Vəziyyəti ağırdır

Tramp Kanada ilə sərhəddəki Ontario gölünün adını DƏYİŞDİ - VİDEO

Tramp Kanada ilə sərhəddəki Ontario gölünün adını DƏYİŞDİ - VİDEO

Sabah güclü maqnit qasırğası olacaq

Sabah güclü maqnit qasırğası olacaq

Tanınmış polkovnik-leytenant VƏFAT ETDİ

Tanınmış polkovnik-leytenant VƏFAT ETDİ

Bülbüloğlunun arvadı, qızı, oğlu ordaydı: danışdıqları dil...

Bülbüloğlunun arvadı, qızı, oğlu ordaydı: danışdıqları dil...

“Lamborghini” məhdud sayda lüks uşaq arabası buraxdı - FOTO

“Lamborghini” məhdud sayda lüks uşaq arabası buraxdı - FOTO

Britaniyada qağayı kabusu: Ölkəyə milyonlarla funt sterliq zərər vururlar

Britaniyada qağayı kabusu: Ölkəyə milyonlarla funt sterliq zərər vururlar

"Sabah"ın Çempionlar Liqasındakı bütün rəqibləri BƏLLİ OLDU

"Sabah"ın Çempionlar Liqasındakı bütün rəqibləri BƏLLİ OLDU

Zelenskinin keçəcəyi yolda 40-dan çox polis postu quruldu

Zelenskinin keçəcəyi yolda 40-dan çox polis postu quruldu

Yalçın Rəfiyev İƏT-in Ciddədə keçirilən fövqəladə iclasında iştirak etdi - FOTO

Yalçın Rəfiyev İƏT-in Ciddədə keçirilən fövqəladə iclasında iştirak etdi - FOTO

Polşada ərazisində nüvə silahı yerləşdirmək İSTƏMİR

Polşada ərazisində nüvə silahı yerləşdirmək İSTƏMİR

Bakıda yeni mənzil almaq istəyənlərə PİS XƏBƏR

Bakıda yeni mənzil almaq istəyənlərə PİS XƏBƏR

Dilarə Əliyevanın Bodrum tətili - FOTOLAR

Dilarə Əliyevanın Bodrum tətili - FOTOLAR

End of content

No more pages to load

RADİO