Moskvanın Bakı və Tehran arasında VASİTƏÇİLİK PLANI – Rusiya nədən narahatdır?

Rusiya xarici işlər naziri Sergey Lavrov iranlı həmkarı Hüseyn Əmir Abdullahianla görüşdə Tehran-Bakı gərginliyinin müvəqqəti xarakter daşıyacağına ümid etdiyini bildirib: 

“Ümid edirik ki, Bakı-Tehran münasibətlərindəki hazırkı gərginlik müvəqqəti xarakter daşıyır”.

Rusiya XİN başçısı Bakı-Tehran münasibətlərindəki gərginliyin tezliklə aradan qalxacağını da söyləyib: 

“Bu, Rusiya, İran və Azərbaycanın iştirakı ilə üçtərəfli əməkdaşlığın inkişafına yardım edəcək. Biz öz dostlarımıza mövcud problemlərin həllində kömək etməyə hazırıq”, - o deyib.

Bu açıqlamadan göründüyü kimi, Moskva indiki vəziyyətdə İranla Azərbaycan arasında gərginliyin olmasında elə də maraqlı deyil. Çünki belə vəziyyətin mövcudluğu onun Cənubi Qafqaz siyasətinə ziddir. 

Bu fonda görünən odur ki, Kreml Bakı ilə Tehran arasında yaşanan problemlərin həllinə kömək etmək adı ilə onlar arasında vasitəçiliyə ümid edir. 

Bəs, Moskvanın Tehran və Bakı arasında vasitəçi kimi çıxış etməsi realdırmı?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında politoloq İlqar Vəlizadə bildirib ki, İran Azərbaycana qarşı siyasətində korrektlər etməyincə, Rusiyanın Tehranla Bakı arasında münasibətlərdə vasitəçilik niyyəti də heç bir nəticə verməyəcək: 

“Bunun üçün ilk növbədə İran tərəfi Azərbaycana qarşı cari siyasətində müəyyən korrektlər etməlidir ki, kommunikasiya mümkün olsun. Yəni, münasibətlərin normallaşması üçün ilk növbədə İran ölkəmizə qarşı mövqeyini dəyişməlidir. Bu baş verməsə, kommunikasiyadan danışmaq yersizdir. 
Keçən həftə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu da yaxın gələcəkdə Bakı, Ankara və Tehran arasında üçtərəfli görüşün mümkünlüyünü bəyan edib. Lavrov isə bu görüş barədə heç nə deməyib. Bu da ondan xəbər verir ki, qonşu ölkələr İranla Azərbaycan arasında yaşanan gərginlikdən narahatdır. Ona görə də gərginliyi tənzimləmək istəyirlər”. 

İlqar Vəlizadə qeyd edib ki, Moskva Şimal-Cənub dəhlizi layihəsinin baş tutmasına çalışdığından İranla Azərbaycan arasında yaşanan gərginlikdən “narahat” olub:

“Rusiya açıq şəkildə bildirir ki, şimal-cənub layihəsinin reallaşması onların marağındadır. Ancaq Bakı ilə Tehran arasındakı gərginlik həmin layihənin reallaşmasına maneə yaradır. Bu fonda da Moskva iki ölkə arasında gərginliyin azalmasında maraqlı olduğunu göstərir. Belə olan halda, şimal qonşumuz Bakı və Tehran arasında münasibətlərin normallaşması üçün cəhdlər göstərir.
Lakin bu cəhdlər kifayət deyil. Çünki tərəflərin mövqeləri kifayət qədər fərqlidir. Bu zaman daha çox İranın mövqeyi sezilir. Tehran düşünür ki, Azərbaycan-İsrail münasibətləri birbaşa və bilavasitə İranın maraqlarına ziddir. Lakin İsraildə olan Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov bir daha bəyan edib ki, Bakı ilə Təl-Əviv arasındakı münasibətlər heç bir üçüncü dövlətə qarşı yönəlməyib”.

Rüfət Sultan, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

"Qarabağ" daha bir transferini elan etdi - FOTO

"Qarabağ" daha bir transferini elan etdi - FOTO

Ermənistanda üç nazirliyin adının dəyişdirilməsi təsdiqləndi

Ermənistanda üç nazirliyin adının dəyişdirilməsi təsdiqləndi

Dron hücumundan sağ çıxan dənizçi Bakıda ölü tapıldı - FOTO

Dron hücumundan sağ çıxan dənizçi Bakıda ölü tapıldı - FOTO

600-dən çox balla ali məktəbə qəbul ola bilməyələrin səhvi harada olub? - VİDEO

600-dən çox balla ali məktəbə qəbul ola bilməyələrin səhvi harada olub? - VİDEO

Maksim Qalkinin Bakıda – FOTO

Maksim Qalkinin Bakıda – FOTO

"Qarabağ" Konfrans Liqası ilə vidalaşdı

"Qarabağ" Konfrans Liqası ilə vidalaşdı

"Qarabağ" nigeriyalı hücumçu heyətinə qatdı - FOTO

"Qarabağ" nigeriyalı hücumçu heyətinə qatdı - FOTO

Bakıda EŞQ DRAMI: sevgilisini öldürən kişinin meyiti tapıldı – VİDEO

Bakıda EŞQ DRAMI: sevgilisini öldürən kişinin meyiti tapıldı – VİDEO

Alyaskada kiçik mühərrikli təyyarə dənizə düşdü – Ölənlər var

Alyaskada kiçik mühərrikli təyyarə dənizə düşdü – Ölənlər var

Tramp Rusiyanın NATO ölkələrinə hücum etməyəcəyindən əmindir

Tramp Rusiyanın NATO ölkələrinə hücum etməyəcəyindən əmindir

“Sabah”ın baş məşqçisi yüksək reytinqli şahmatçı imiş – FOTO

“Sabah”ın baş məşqçisi yüksək reytinqli şahmatçı imiş – FOTO

Norveç Kralı V Harald xəstəxanaya yerləşdirildi – Vəziyyəti ağırdır

Norveç Kralı V Harald xəstəxanaya yerləşdirildi – Vəziyyəti ağırdır

Tramp Kanada ilə sərhəddəki Ontario gölünün adını DƏYİŞDİ - VİDEO

Tramp Kanada ilə sərhəddəki Ontario gölünün adını DƏYİŞDİ - VİDEO

Sabah güclü maqnit qasırğası olacaq

Sabah güclü maqnit qasırğası olacaq

Tanınmış polkovnik-leytenant VƏFAT ETDİ

Tanınmış polkovnik-leytenant VƏFAT ETDİ

Bülbüloğlunun arvadı, qızı, oğlu ordaydı: danışdıqları dil...

Bülbüloğlunun arvadı, qızı, oğlu ordaydı: danışdıqları dil...

“Lamborghini” məhdud sayda lüks uşaq arabası buraxdı - FOTO

“Lamborghini” məhdud sayda lüks uşaq arabası buraxdı - FOTO

Britaniyada qağayı kabusu: Ölkəyə milyonlarla funt sterliq zərər vururlar

Britaniyada qağayı kabusu: Ölkəyə milyonlarla funt sterliq zərər vururlar

"Sabah"ın Çempionlar Liqasındakı bütün rəqibləri BƏLLİ OLDU

"Sabah"ın Çempionlar Liqasındakı bütün rəqibləri BƏLLİ OLDU

Zelenskinin keçəcəyi yolda 40-dan çox polis postu quruldu

Zelenskinin keçəcəyi yolda 40-dan çox polis postu quruldu

Yalçın Rəfiyev İƏT-in Ciddədə keçirilən fövqəladə iclasında iştirak etdi - FOTO

Yalçın Rəfiyev İƏT-in Ciddədə keçirilən fövqəladə iclasında iştirak etdi - FOTO

Polşada ərazisində nüvə silahı yerləşdirmək İSTƏMİR

Polşada ərazisində nüvə silahı yerləşdirmək İSTƏMİR

Bakıda yeni mənzil almaq istəyənlərə PİS XƏBƏR

Bakıda yeni mənzil almaq istəyənlərə PİS XƏBƏR

Dilarə Əliyevanın Bodrum tətili - FOTOLAR

Dilarə Əliyevanın Bodrum tətili - FOTOLAR

End of content

No more pages to load

RADİO