Əminə Ərdoğan zəlzələdə Azərbaycanın dəstəyini yüksək qiymətləndirib - FOTO

Türkiyə Respublikasının Birinci Xanımı Əminə Ərdoğan ölkəsində baş vermiş zəlzələ ilə əlaqədar Azərbaycan dövlətinin və xalqının dəstəyini yüksək qiymətləndirib, göstərilən yardımlara görə təşəkkürünü ifadə edib.

Bu barədə Bizim.Media-ya Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
 

MÖVZU İLƏ BAĞLI:

Sahibə Qafarova erməni spikerinin yalanlarını ifşa etdi


Bildirilib ki, martın 29-da Milli Məclisin sədri Sahibə Qafarova Amerika Birləşmiş Ştatlarına səfəri çərçivəsində Türkiyə Respublikasının Birinci Xanımı Əminə Ərdoğanla görüşüb.

Sahibə Qafarova Əminə Ərdoğanla görüşdən və Türkiyənin Birinci Xanımının təşəbbüsü ilə Birləşmiş Millətlər Təşkilatında keçirilən yüksək səviyyəli tədbirdə iştirakdan məmnunluğunu ifadə edib.

Söhbətdə Milli Məclisin sədri müasir dövrdə ətraf mühitin mühafizəsinin ən böyük qlobal çağırışlardan biri olduğunu deyib. O, Əminə Ərdoğanın 2017-ci ildə irəli sürdüyü “Sıfır tullantı” təşəbbüsünün 2022-ci ilin dekabrında BMT Baş Assambleyasının qətnaməsi şəklində qlobal səviyyədə dəstəkləndiyini söyləyərək, bunun dünyanın qorunması və gələcək nəsillərə daha yaxşı şəkildə ötürülməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildirib, Azərbaycanın da həmin qətnamə layihəsinə dəstək verdiyini qeyd edib.

Spiker Özbəkistanın Səmərqənd şəhərində keçirilən Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşü çərçivəsində Əminə Ərdoğanla görüşdə Azərbaycanın Birinci Vitse-prezidenti Mehriban Əliyevanın “Ümumi evimiz olan Dünya üçün Sıfır Tullantı üzrə Qlobal öhdəliyə dair Bəyannamə”ni imzaladığını vurğulayıb.

Sahibə Qafarova Türkiyədə fevralın 6-da baş vermiş və on minlərlə insanın həyatına son qoymuş dəhşətli zəlzələ ilə əlaqədar həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına bir daha dərin hüznlə başsağlığı verib, yaralananlara tezliklə şəfa diləyib. O, Türkiyənin Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi altında bu zəlzələnin ağır nəticələrini uğurla və tezliklə aradan qaldıracağına əminliyini söyləyib.

Milli Məclisin sədri Azərbaycan və Türkiyənin həm sevincli, həm də kədərli günlərdə daim bir-birinin yanında olduğunu, bu faciənin nəticələrinin aradan qaldırılmasında da xalqımızın və dövlətimizin öz səylərini əsirgəmədiyini qeyd edib və Heydər Əliyev Fondunun yardım kampaniyasında yaxından iştirak etdiyini bildirib. Eyni zamanda, Sahibə Qafarova, Milli Məclisin də öz imkanları daxilində fəlakət zonasına humanitar yardım göndərdiyini deyib.

Görüş zamanı Prezident İlham Əliyevin öz dəstəyini nümayiş etdirmək üçün Türkiyəyə səfəri, Azərbaycan Prezidentinin təşəbbüsü ilə martın 16-da Ankarada Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının “Fəlakət - Fövqəladə halların idarə edilməsi və humanitar yardım” mövzusunda Fövqəladə Zirvə Görüşünün keçirildiyi vurğulanıb.

Sahibə Qafarova ölkələrimiz arasında münasibətlərin möhkəmlənməsində parlamentlərin rolundan danışıb. O, Azərbaycan Milli Məclisi və Türkiyə Böyük Millət Məclisi arasında səmərəli əməkdaşlığın uğurla inkişaf etdiyini söyləyib. Spiker, bu baxımdan parlament sədrlərinin, parlament nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin vacibliyindən bəhs edib, deputatlarımızın mötəbər beynəlxalq qurumlarda bir-birinin mövqeyini dəstəklədiklərini bildirib.

Türkiyə Respublikasının Birinci Xanımı Əminə Ərdoğan ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin uğurla inkişaf etdiyini vurğulayıb.

Əminə Ərdoğan ölkəsində baş vermiş zəlzələ ilə əlaqədar Azərbaycan dövlətinin və xalqının dəstəyini yüksək qiymətləndirib, göstərilən yardımlara görə təşəkkürünü ifadə edib.

Türkiyənin Birinci Xanımı “Sıfır tullantı” təşəbbüsü ilə bağlı Birləşmiş Millətlər Təşkilatında keçirilən tədbirdə Azərbaycanın yüksək səviyyədə təmsil edildiyini təqdirəlayiq hesab edib. O, bu təşəbbüsün ətraf mühitin qorunmasında, qlobal ekoloji problemlərin həllində əhəmiyyətindən danışıb.

Türkiyə və Azərbaycan rəsmilərinin ikitərəfli və beynəlxalq səviyyədə görüşlərinin əlaqələrimizin daha da güclənməsi baxımından önəmli olduğunu deyən Əminə Ərdoğan Azərbaycan dövlətinə və xalqına sülh, əmin-amanlıq və rifah arzulayıb.








Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

"Qarabağ" daha bir transferini elan etdi - FOTO

"Qarabağ" daha bir transferini elan etdi - FOTO

Ermənistanda üç nazirliyin adının dəyişdirilməsi təsdiqləndi

Ermənistanda üç nazirliyin adının dəyişdirilməsi təsdiqləndi

Dron hücumundan sağ çıxan dənizçi Bakıda ölü tapıldı - FOTO

Dron hücumundan sağ çıxan dənizçi Bakıda ölü tapıldı - FOTO

600-dən çox balla ali məktəbə qəbul ola bilməyələrin səhvi harada olub? - VİDEO

600-dən çox balla ali məktəbə qəbul ola bilməyələrin səhvi harada olub? - VİDEO

Maksim Qalkinin Bakıda – FOTO

Maksim Qalkinin Bakıda – FOTO

"Qarabağ" Konfrans Liqası ilə vidalaşdı

"Qarabağ" Konfrans Liqası ilə vidalaşdı

"Qarabağ" nigeriyalı hücumçu heyətinə qatdı - FOTO

"Qarabağ" nigeriyalı hücumçu heyətinə qatdı - FOTO

Bakıda EŞQ DRAMI: sevgilisini öldürən kişinin meyiti tapıldı – VİDEO

Bakıda EŞQ DRAMI: sevgilisini öldürən kişinin meyiti tapıldı – VİDEO

Alyaskada kiçik mühərrikli təyyarə dənizə düşdü – Ölənlər var

Alyaskada kiçik mühərrikli təyyarə dənizə düşdü – Ölənlər var

Tramp Rusiyanın NATO ölkələrinə hücum etməyəcəyindən əmindir

Tramp Rusiyanın NATO ölkələrinə hücum etməyəcəyindən əmindir

“Sabah”ın baş məşqçisi yüksək reytinqli şahmatçı imiş – FOTO

“Sabah”ın baş məşqçisi yüksək reytinqli şahmatçı imiş – FOTO

Norveç Kralı V Harald xəstəxanaya yerləşdirildi – Vəziyyəti ağırdır

Norveç Kralı V Harald xəstəxanaya yerləşdirildi – Vəziyyəti ağırdır

Tramp Kanada ilə sərhəddəki Ontario gölünün adını DƏYİŞDİ - VİDEO

Tramp Kanada ilə sərhəddəki Ontario gölünün adını DƏYİŞDİ - VİDEO

Sabah güclü maqnit qasırğası olacaq

Sabah güclü maqnit qasırğası olacaq

Tanınmış polkovnik-leytenant VƏFAT ETDİ

Tanınmış polkovnik-leytenant VƏFAT ETDİ

Bülbüloğlunun arvadı, qızı, oğlu ordaydı: danışdıqları dil...

Bülbüloğlunun arvadı, qızı, oğlu ordaydı: danışdıqları dil...

“Lamborghini” məhdud sayda lüks uşaq arabası buraxdı - FOTO

“Lamborghini” məhdud sayda lüks uşaq arabası buraxdı - FOTO

Britaniyada qağayı kabusu: Ölkəyə milyonlarla funt sterliq zərər vururlar

Britaniyada qağayı kabusu: Ölkəyə milyonlarla funt sterliq zərər vururlar

"Sabah"ın Çempionlar Liqasındakı bütün rəqibləri BƏLLİ OLDU

"Sabah"ın Çempionlar Liqasındakı bütün rəqibləri BƏLLİ OLDU

Zelenskinin keçəcəyi yolda 40-dan çox polis postu quruldu

Zelenskinin keçəcəyi yolda 40-dan çox polis postu quruldu

Yalçın Rəfiyev İƏT-in Ciddədə keçirilən fövqəladə iclasında iştirak etdi - FOTO

Yalçın Rəfiyev İƏT-in Ciddədə keçirilən fövqəladə iclasında iştirak etdi - FOTO

Polşada ərazisində nüvə silahı yerləşdirmək İSTƏMİR

Polşada ərazisində nüvə silahı yerləşdirmək İSTƏMİR

Bakıda yeni mənzil almaq istəyənlərə PİS XƏBƏR

Bakıda yeni mənzil almaq istəyənlərə PİS XƏBƏR

Dilarə Əliyevanın Bodrum tətili - FOTOLAR

Dilarə Əliyevanın Bodrum tətili - FOTOLAR

End of content

No more pages to load

RADİO