Ceyhun Bayramov ABŞ rəsmisini Ermənistanın son təxribatları barədə məlumatlandırdı

Martın 27-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovla Amerika Birləşmiş Ştatları Dövlət Katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid arasında telefon danışığı olub. Ceyhun Bayramov ABŞ Dövlət katibinin köməkçisi ilə Azərbaycan-Ermənistan arasında sülh prosesini müzakirə edib. 

Bu barədə Bizim.Media-ya Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumat verilib. 

Bildirilib ki, telefon danışığı zamanı tərəflər iki ölkə arasında ikitərəfli əməkdaşlıq gündəliyində duran aktual məsələləri, bölgədə cari vəziyyəti, eləcə də Azərbaycan-Ermənistan arasında sülh prosesini müzakirə ediblər. 
Ceyhun Bayramov bölgədə mövcud olan ən son vəziyyət, o cümlədən Azərbaycanın suveren ərazilərinə şəxsi heyət və hərbi sursat daşımaqda davam edən Ermənistanın son təxribatları və ölkəmiz tərəfindən bu təxribatlara qarşı güc tətbiq etmədən atılan addımlar barədə məlumat verib.  

Azərbaycan ərazilərində qeyri-qanuni fəaliyyətin qarşısının alınması məqsədilə Laçın yolunun başlanğıcında Azərbaycanla Ermənistan arasında sərhəd-keçid nəzarət məntəqəsinin yaradılmasının əhəmiyyəti bir daha qeyd olunub. Nazir həmçinin sülh sazişi üzrə danışıqlara maneçilik törədən Ermənistanın qeyri-konstruktiv yanaşmalarını diqqətə çatdıraraq, Azərbaycanın sülh sazişi üzrə danışıqlara hər an başlamağa hazır olduğunu vurğulayıb. 

Karen Donfrid öz növbəsində Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılmasının regional sülh və inkişaf üçün vacibliyini vurğulayıb. Son vaxtlar bölgədə gərginləşən vəziyyətdən narahatlıq ifadə edilərək bütün anlaşılmazlıqların danışıqlar yolu ilə həllinə çağırış edilib. ABŞ tərəfinin prosesə dəstək verməyə hazır olduğu bildirilib. 
Nazir Ceyhun Bayramov telefon danışığının sonunda yaxın vaxtlarda hazırkı vəzifəsini tərk edəcək Karen Donfridə gələcək fəaliyyətində uğurlar arzu edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Apreldə həyatları dəyişəcək BÜRCLƏR

Apreldə həyatları dəyişəcək BÜRCLƏR

Azərbaycan Almaniyaya nə qədər neft ixrac edib? - RƏQƏMLƏR

Azərbaycan Almaniyaya nə qədər neft ixrac edib? - RƏQƏMLƏR

Korovinin qızının toyuna “Bakılı oğlanlar”dan kimlər gəldi? - VİDEO

Korovinin qızının toyuna “Bakılı oğlanlar”dan kimlər gəldi? - VİDEO

Qurban Qurbanovun cəzalandırdığı Elvin və Abbas tribunadan matça baxdılar - FOTO

Qurban Qurbanovun cəzalandırdığı Elvin və Abbas tribunadan matça baxdılar - FOTO

Kiyevdəki atışma TERROR AKTI kimi qiymətləndirildi

Kiyevdəki atışma TERROR AKTI kimi qiymətləndirildi

Ceyhun Bayramovdan İran-ABŞ atəşkəsinə REAKSİYA

Ceyhun Bayramovdan İran-ABŞ atəşkəsinə REAKSİYA

Vado Korovin toyda qızı ilə belə RƏQS ETDİ - VİDEO

Vado Korovin toyda qızı ilə belə RƏQS ETDİ - VİDEO

Hörmüz boğazı İranın nəzarəti altındadır

Hörmüz boğazı İranın nəzarəti altındadır

Tramp MÜŞAVİRƏ KEÇİRİR: Hörmüz boğazındakı vəziyyətə görə...

Tramp MÜŞAVİRƏ KEÇİRİR: Hörmüz boğazındakı vəziyyətə görə...

Kəmaləddin Heydərov ilk dəfə yeni müavinlərlə bir arada – FOTO

Kəmaləddin Heydərov ilk dəfə yeni müavinlərlə bir arada – FOTO

Hörmüz boğazı NƏ VAXTADƏK bağlı qalacaq?

Hörmüz boğazı NƏ VAXTADƏK bağlı qalacaq?

İsrail: Bir neçə "Hizbullah" döyüşçüsü öldürülüb

İsrail: Bir neçə "Hizbullah" döyüşçüsü öldürülüb

Tramp: İran bir az mehribanlaşıb

Tramp: İran bir az mehribanlaşıb

Sumqayıtda futbol oynayan gənc dünyasını dəyişdi

Sumqayıtda futbol oynayan gənc dünyasını dəyişdi

Vado Korovin qızına təntənəli TOY ETDİ - VİDEO

Vado Korovin qızına təntənəli TOY ETDİ - VİDEO

Nazir türkmənistanlı həmkarı Rəşid Meredov ilə görüşüb

Nazir türkmənistanlı həmkarı Rəşid Meredov ilə görüşüb

Hörmüz boğazından yalnız BU GƏMİLƏRİN keçməsinə üstünlük veriləcək

Hörmüz boğazından yalnız BU GƏMİLƏRİN keçməsinə üstünlük veriləcək

ABŞ-da TORNADO: şəhərlər darmadağın olub

ABŞ-da TORNADO: şəhərlər darmadağın olub

Azərbaycanla Ermənistan arasında sülh prosesini müzakirə etdilər – FOTO

Azərbaycanla Ermənistan arasında sülh prosesini müzakirə etdilər – FOTO

Millimiz Andorranı məğlub etdi

Millimiz Andorranı məğlub etdi

Kiyevdə atışma zamanı ölənlərin sayı 6-ya çatıb

Kiyevdə atışma zamanı ölənlərin sayı 6-ya çatıb

Emindən böyük jest: Bütün qonorarını onlara bağışladı

Emindən böyük jest: Bütün qonorarını onlara bağışladı

“Qarabağ” yenə “Sabah”a uduzdu - VİDEO

“Qarabağ” yenə “Sabah”a uduzdu - VİDEO

Nazir Yaxın Şərqi onunla da müzakirə etdi - FOTO

Nazir Yaxın Şərqi onunla da müzakirə etdi - FOTO

End of content

No more pages to load

RADİO