“Erməni tərəfinə kəşfiyyat məlumatlarını Qırmızı Xaç Komitəsi ötürür” - POLİTOLOQ 

Fransanın Xarici işlər naziri Katrin Kolonnanın aprelin əvvəlində Azərbaycana və Ermənistana səfəri gözlənilir. Bu barədə nazir Fransa senatında çıxışı zamanı deyib. 

“Kolonnanın Ermənistana səfər məqsədi aydındır. Ermənistana dəstək vermək və yeni direktivləri təqdim etmək. Azərbaycana səfərin məqsədi isə birbaşa Laçın yolu ilə bağlıdır. Belə ki, xanım Kolonna hesab edir ki, bu barədə Bakıya hansısa təzyiq edə biləcək və Laçın yolundakı humanitar aksiya dayanacaq”. 

Bu sözləri Bizim.Media-ya açıqlamasında politoloq Amid Əliyev deyib. 

Onun sözlərinə görə, əslində Laçın yolunda başlanmış aksiya humanitar məqsədlidir və başlandığı gündən bu günə qədər dəfələrlə bu bəyan edilib: 

“Təxminən 5000 ədəd nəqliyyat vasitəsi bu zaman kəsiyində Laçın yolundan keçib. K.Kalonnanın dediyi kimi, Xankəndi və ətraf ərazilərdə ərzaq qıtlığı var və guya ki, orada yaşayan ermənilər humanitar fəlakətlə üzləşiblər. Bu ifadələrin heç biri faktlara əsaslanmır. Birincisi ərzaq qıtlığı yoxdur, Rusiya SMQ mütəmadi olaraq əraziyə humanitar yardımlar daşıyır, bu azmış kimi bu yola alternativ yollar vasitəsi ilə də əraziyə yanacaq və silah da daşınırdı. Lakin Azərbaycan ordusunun iki gün əvvəl həyata keçirdiyi tədbirlər nəticəsində bu məsələ də aradan qalxdı. Fransa xarici işlər nazirinin bu məsələni yenidən gündəliyə gətirməsi isə heç bir müsbət nəticə verməyəcək. İkincisi, Fransa yaxşı olardı ki, Ermənistana 10 noyabr bəyanatının maddələrinə əməl etməsi üçün təzyiq göstərərdi və sülh sazişinin imzalanmasını təmin edərdi”. 
Politoloq bildirir ki, fransız nazirin səfəri Ermənistandakı mülkü missiyanın fəaliyyətinə də baxışı nəzərdə tutur. 

“Çox güman ki, son hadisələr fonunda bəzi yeni göstərişlər erməni siyasi hakimiyyətinə verilə bilər. Bunlarla yanaşı nazir senatda çıxışı zamanı Xankəndində fəaliyyət göstərən Qırmızı Xaç Komitəsinin də adını çəkib və vurğulayıb ki, məhz bu təşkilatın köməyi ilə ərazidəki ermənilərə yardımlar edilir. Qırmızı Xaç Komitəsi öz funksiyalarından başqa sırf ermənipərəst mövqe nümayiş etdirir. I Qarabağ müharibəsində itkin düşmüş 4000 yaxın azərbaycanlının taleyi barədə məlumat verməkdənsə, ərazilərin minalardan təmizlənməsində aktivlik nümayiş etdirməkdənsə, kəşfiyyat məlumatlarını erməni hərbçilərinə ötürür.

Yaxşı olardı ki, nazir Azərbaycana səfər etməmişdən öncə bu məsələləri bir daha nəzərdən keçirsin.

Ermənilərin qayğısına qalmaqdansa, Korsikada yaşayan insanların hüquqlarının təmin olunması, müstəmləkə siyasətindən əl çəkmək və son pensiya islahatları ilə qəzəblənmiş Fransa vətəndaşlarının etirazları haqqında fikirləşsin. Ümumiyyətlə isə xanım Kolonnanın bütün arqument və fikirlərinə qarşı Azərbaycanda yetəri qədər faktlar və cavablar var. Fransadan fərqli olaraq Azərbaycan məsələləri həll edir”, - deyə politoloq bildirib.

Ziya Hikmətoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

UEFA İnfantinonun namizədliyini dəstəkləməyəcək

UEFA İnfantinonun namizədliyini dəstəkləməyəcək

Dostluqda etibarsız hesab edilən BÜRCLƏR

Dostluqda etibarsız hesab edilən BÜRCLƏR

MİQ müsahibəsində hansı suallar verilir? - Namizəd AÇIQLADI

MİQ müsahibəsində hansı suallar verilir? - Namizəd AÇIQLADI

"Diplom xəstəliyindən qurtulmaq lazımdır" — İqtisadçı ən gəlirli peşələri açıqladı

"Diplom xəstəliyindən qurtulmaq lazımdır" — İqtisadçı ən gəlirli peşələri açıqladı

Azərbaycanda tərcüməçi müəmmalı şəkildə dünyasını dəyişdi

Azərbaycanda tərcüməçi müəmmalı şəkildə dünyasını dəyişdi

"Qarabağ" daha bir transferini elan etdi - FOTO

"Qarabağ" daha bir transferini elan etdi - FOTO

Ermənistanda üç nazirliyin adının dəyişdirilməsi təsdiqləndi

Ermənistanda üç nazirliyin adının dəyişdirilməsi təsdiqləndi

Dron hücumundan sağ çıxan dənizçi Bakıda ölü tapıldı - FOTO

Dron hücumundan sağ çıxan dənizçi Bakıda ölü tapıldı - FOTO

600-dən çox balla ali məktəbə qəbul ola bilməyələrin səhvi harada olub? - VİDEO

600-dən çox balla ali məktəbə qəbul ola bilməyələrin səhvi harada olub? - VİDEO

Maksim Qalkinin Bakıda – FOTO

Maksim Qalkinin Bakıda – FOTO

"Qarabağ" Konfrans Liqası ilə vidalaşdı

"Qarabağ" Konfrans Liqası ilə vidalaşdı

"Qarabağ" nigeriyalı hücumçu heyətinə qatdı - FOTO

"Qarabağ" nigeriyalı hücumçu heyətinə qatdı - FOTO

Bakıda EŞQ DRAMI: sevgilisini öldürən kişinin meyiti tapıldı – VİDEO

Bakıda EŞQ DRAMI: sevgilisini öldürən kişinin meyiti tapıldı – VİDEO

Alyaskada kiçik mühərrikli təyyarə dənizə düşdü – Ölənlər var

Alyaskada kiçik mühərrikli təyyarə dənizə düşdü – Ölənlər var

Tramp Rusiyanın NATO ölkələrinə hücum etməyəcəyindən əmindir

Tramp Rusiyanın NATO ölkələrinə hücum etməyəcəyindən əmindir

“Sabah”ın baş məşqçisi yüksək reytinqli şahmatçı imiş – FOTO

“Sabah”ın baş məşqçisi yüksək reytinqli şahmatçı imiş – FOTO

Norveç Kralı V Harald xəstəxanaya yerləşdirildi – Vəziyyəti ağırdır

Norveç Kralı V Harald xəstəxanaya yerləşdirildi – Vəziyyəti ağırdır

Tramp Kanada ilə sərhəddəki Ontario gölünün adını DƏYİŞDİ - VİDEO

Tramp Kanada ilə sərhəddəki Ontario gölünün adını DƏYİŞDİ - VİDEO

Sabah güclü maqnit qasırğası olacaq

Sabah güclü maqnit qasırğası olacaq

Tanınmış polkovnik-leytenant VƏFAT ETDİ

Tanınmış polkovnik-leytenant VƏFAT ETDİ

Bülbüloğlunun arvadı, qızı, oğlu ordaydı: danışdıqları dil...

Bülbüloğlunun arvadı, qızı, oğlu ordaydı: danışdıqları dil...

“Lamborghini” məhdud sayda lüks uşaq arabası buraxdı - FOTO

“Lamborghini” məhdud sayda lüks uşaq arabası buraxdı - FOTO

Britaniyada qağayı kabusu: Ölkəyə milyonlarla funt sterliq zərər vururlar

Britaniyada qağayı kabusu: Ölkəyə milyonlarla funt sterliq zərər vururlar

"Sabah"ın Çempionlar Liqasındakı bütün rəqibləri BƏLLİ OLDU

"Sabah"ın Çempionlar Liqasındakı bütün rəqibləri BƏLLİ OLDU

End of content

No more pages to load

RADİO