Fərhad Məmmədov: Almaniya Cənubi Qafqaz regionunda fəallaşır

Bu günlərdə Cənubi Qafqaz Araşdırmalar Mərkəzinin rəhbəri Fərhad Məmmədov Almaniyada səfərdə olub və burada bir sıra tədbirlərdə iştirak edib. 

Bizim.Media xəbər verir ki, 1news.az nəşri Fərhad Məmmədovla səfərin məqsədi, Almaniyanın Cənubi Qafqazda davamlı sülhün bərqərar olmasına töhfəsi barədə danışıb.
 

MÖVZU İLƏ BAĞLI:

Almaniyanın Azərbaycana sərmayə qoyuluşlarında potensial daha böyükdür - AÇIQLAMA


- Bu yaxınlarda Almaniyada erməni ekspertlə birgə Bundestaqda keçirilən tədbirlərdə iştirak etmisiniz. Səfərinizin səbəbi nə idi?

- Cənubi Qafqaz Araşdırmalar Mərkəzi Almaniyanın “Hertie School” ilə birgə Gürcüstanın “Restart Initiative” QHT-nin layihəsində iştirak edir. Bu layihə çərçivəsində vətəndaş cəmiyyəti nümayəndələri ilə Azərbaycan və Ermənistan ekspertləri arasında əməkdaşlıq mövzularında dialoq aparılır, onilliklər ərzində dinc yanaşı yaşamaya yönəlmiş sülhməramlı layihələr həyata keçirilir. Lakin 2020-ci il müharibəsindən sonra bu layihələr mahiyyətini dəyişdi, çünki sülh müqaviləsinin imzalanması ehtimalı xeyli artdı. 

Gürcüstanın “Restart Initiative”  və Almaniyanın “Hertie School” arasında dialoqla yanaşı, Almaniya Bundestaqında Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması mövzusunda müzakirə təşkil edilib. Tədbirdə Bundestaqın deputatları, Almaniyadakı siyasi partiyaların və aparıcı fondların nümayəndələri iştirak ediblər. Bununla yanaşı, Almaniya Xarici İşlər Nazirliyində Azərbaycan və Ermənistan ekspertləri ilə görüşlər və Bundestaqın Xarici Əlaqələr Komitəsinin rəhbəri ilə ayrıca görüş keçirilib. 

- Bir ay ərzində Azərbaycan və Ermənistan liderləri Berlinə səfər etdilər və bununla yanaşı, Bundestaqda bu mövzuda konfrans keçirildi. Almaniyanın Cənubi Qafqazda fəallaşdığını deyə bilərik? Bu, nə ilə bağlıdır?

- Bəli, bu ifadə ilə razılaşa bilərik. Berlində qeyd olunan səfərlər və tədbirlərlə yanaşı, eyni günlərdə Almaniyanın müxtəlif tədqiqat institutlarının nümayəndə heyətləri Bakıda və İrəvanda olublar. Hiss olunur ki, Almaniya həm fərdi, həm də Aİ institutları vasitəsilə regionda fəallaşır.

- Aİ-nin Ermənistandakı missiyasının rəhbəri həm də Almaniyanın nümayəndəsidir...

- Bəli doğrudur. Ənənəvi olaraq Almaniya xarici siyasətdə fəallıq göstərmir. Lakin Böyük Britaniyanın Aİ-dən çıxmasından və Fransanın BMT Təhlükəsizlik Şurasındakı mövqeyindən sui-istifadə etməsindən sonra Almaniya Aİ-nin xarici siyasətində fəallaşıb.

Rusiyanın Ukraynaya təcavüzündən və mövcud vəziyyətdən sonra ənənəvi olaraq aktiv xarici siyasət mövqeyi tutmayan ölkələr beynəlxalq platformalarda daha fəal iştirak etməyə başladılar və Almaniya belə fəaliyyətə nümunədir. Buna Almaniyanın malik olduğu iqtisadi baza da əlavə edilməlidir.

Vəziyyət elə inkişaf edib ki, Cənubi Qafqaz regionunun özünün geosiyasi əhəmiyyəti Avropa ölkələri ilə Mərkəzi Asiya ölkələri arasındakı münasibətlərin üzərinə qoyulur, çünki Mərkəzi Asiyaya sanksiyalarla məhdudlaşmayan yeganə yol, Cənubi Qafqaz regionundan keçən yoldur. Cənubi Qafqaz regionunda sülhün və sabitliyin bərqərar olmasına isə çoxşaxəli kontekstdə baxılır.

- Müzakirələrdə erməni tərəfinin səsləndirdiyi əsas tezislər hansı olub? Bəs Almaniyanın Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması mövzusuna münasibəti necədir? 

- Ermənistan tərəfi ənənəvi olaraq Bakı ilə Qarabağ erməniləri arasında dialoq prosesində beynəlxalq iştiraka, yəni prosesin beynəlmiləlləşməsinə ümid edirdi. “Azərbaycanın birbaşa Ermənistana təcavüzü” tezisi də fəal şəkildə gündəmə gətirildi. Bizim tərəfimizdən Almaniyanın qanunvericilik və icra hakimiyyəti orqanlarının nümayəndələrinə məlumat verilib ki, Ermənistanın baş naziri deyil, Azərbaycan prezidenti sülh müqaviləsi və ya nəzarət-buraxılış məntəqələrinin yaradılması ilə bağlı təşəbbüslər irəli sürür. Azərbaycanın bütün təklifləri beynəlxalq hüququn prinsiplərinə əsaslanır və Ermənistan silahlı qüvvələrinin Qarabağda olması və Ermənistan rəhbərliyinin Zəngəzur dəhlizi boyunca üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək istəməməsi sülhə əngəl törədir.

Almaniya nümayəndələri regionla bağlı mövqelərini öz milli maraqlarına uyğun formalaşdırırlar. Ənənəvi olaraq, Almaniya dövlətlərin ərazi bütövlüyü prinsipini dəstəkləyir və bu, Azərbaycan Prezidentinin Almaniyaya səfərində öz əksini tapıb. Almaniyanın Aİ-ni normallaşma prosesinə cəlb etməsi də vacibdir və görüşlərimizdə Fransanın dağıdıcı təsirinin Aİ Şurasının sədri Şarl Mişelin təşəbbüslərinə zərbə vurduğu qeyd olunub.

- Ermənistanın vətəndaş cəmiyyətinin nümayəndələri ilə dialoqlar necə baş tutub?Müzakirələrdə əsas müzakirə olunan mövzular hansı olub?

- “Hertie School” ilə “Restart Initiative”in  layihəsi sülh müqaviləsi imzalandıqdan sonra Azərbaycan və Ermənistan arasında mümkün əməkdaşlığın bir neçə formatını əhatə edir: kommunikasiyaların açılması, su ehtiyatlarından istifadə, enerji təhlükəsizliyi, sərhədyanı rayonların inkişafı. Yəni ekspertlər səviyyəsində dinc yanaşı yaşamanın hansı faydaları ola biləcəyini və insanların yeni vəziyyətdən necə yararlana biləcəyini anlamaq imkanı yaradılır.

Bu dialoqlar həm də bir-birinin potensialı ilə tanış olmaq, sülh müqaviləsi imzalandıqdan sonra münasibətləri bərpa etmək üçün hansı resurs və nə qədər maliyyə tələb olunacağını anlamaq imkanı yaradır. Bu cür layihələrin sponsorlarının bunu bilməsi vacibdir. Çünki sülh müqaviləsi imzalanandan sonra konkret layihələrin stimullaşdırılması haqqında təsəvvür yaranmalıdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

UEFA İnfantinonun namizədliyini dəstəkləməyəcək

UEFA İnfantinonun namizədliyini dəstəkləməyəcək

Dostluqda etibarsız hesab edilən BÜRCLƏR

Dostluqda etibarsız hesab edilən BÜRCLƏR

MİQ müsahibəsində hansı suallar verilir? - Namizəd AÇIQLADI

MİQ müsahibəsində hansı suallar verilir? - Namizəd AÇIQLADI

"Diplom xəstəliyindən qurtulmaq lazımdır" — İqtisadçı ən gəlirli peşələri açıqladı

"Diplom xəstəliyindən qurtulmaq lazımdır" — İqtisadçı ən gəlirli peşələri açıqladı

Azərbaycanda tərcüməçi müəmmalı şəkildə dünyasını dəyişdi

Azərbaycanda tərcüməçi müəmmalı şəkildə dünyasını dəyişdi

"Qarabağ" daha bir transferini elan etdi - FOTO

"Qarabağ" daha bir transferini elan etdi - FOTO

Ermənistanda üç nazirliyin adının dəyişdirilməsi təsdiqləndi

Ermənistanda üç nazirliyin adının dəyişdirilməsi təsdiqləndi

Dron hücumundan sağ çıxan dənizçi Bakıda ölü tapıldı - FOTO

Dron hücumundan sağ çıxan dənizçi Bakıda ölü tapıldı - FOTO

600-dən çox balla ali məktəbə qəbul ola bilməyələrin səhvi harada olub? - VİDEO

600-dən çox balla ali məktəbə qəbul ola bilməyələrin səhvi harada olub? - VİDEO

Maksim Qalkinin Bakıda – FOTO

Maksim Qalkinin Bakıda – FOTO

"Qarabağ" Konfrans Liqası ilə vidalaşdı

"Qarabağ" Konfrans Liqası ilə vidalaşdı

"Qarabağ" nigeriyalı hücumçu heyətinə qatdı - FOTO

"Qarabağ" nigeriyalı hücumçu heyətinə qatdı - FOTO

Bakıda EŞQ DRAMI: sevgilisini öldürən kişinin meyiti tapıldı – VİDEO

Bakıda EŞQ DRAMI: sevgilisini öldürən kişinin meyiti tapıldı – VİDEO

Alyaskada kiçik mühərrikli təyyarə dənizə düşdü – Ölənlər var

Alyaskada kiçik mühərrikli təyyarə dənizə düşdü – Ölənlər var

Tramp Rusiyanın NATO ölkələrinə hücum etməyəcəyindən əmindir

Tramp Rusiyanın NATO ölkələrinə hücum etməyəcəyindən əmindir

“Sabah”ın baş məşqçisi yüksək reytinqli şahmatçı imiş – FOTO

“Sabah”ın baş məşqçisi yüksək reytinqli şahmatçı imiş – FOTO

Norveç Kralı V Harald xəstəxanaya yerləşdirildi – Vəziyyəti ağırdır

Norveç Kralı V Harald xəstəxanaya yerləşdirildi – Vəziyyəti ağırdır

Tramp Kanada ilə sərhəddəki Ontario gölünün adını DƏYİŞDİ - VİDEO

Tramp Kanada ilə sərhəddəki Ontario gölünün adını DƏYİŞDİ - VİDEO

Sabah güclü maqnit qasırğası olacaq

Sabah güclü maqnit qasırğası olacaq

Tanınmış polkovnik-leytenant VƏFAT ETDİ

Tanınmış polkovnik-leytenant VƏFAT ETDİ

Bülbüloğlunun arvadı, qızı, oğlu ordaydı: danışdıqları dil...

Bülbüloğlunun arvadı, qızı, oğlu ordaydı: danışdıqları dil...

“Lamborghini” məhdud sayda lüks uşaq arabası buraxdı - FOTO

“Lamborghini” məhdud sayda lüks uşaq arabası buraxdı - FOTO

Britaniyada qağayı kabusu: Ölkəyə milyonlarla funt sterliq zərər vururlar

Britaniyada qağayı kabusu: Ölkəyə milyonlarla funt sterliq zərər vururlar

"Sabah"ın Çempionlar Liqasındakı bütün rəqibləri BƏLLİ OLDU

"Sabah"ın Çempionlar Liqasındakı bütün rəqibləri BƏLLİ OLDU

End of content

No more pages to load

RADİO