Mişel Sison Baydenin hansı tapşırıqları ilə Azərbaycana gəlir? – Tofiq Zülfüqarovun ŞƏRHİ

2 gün sonra ABŞ dövlət katibinin köməkçisi Mişel Sison Azərbaycana səfər edəcək. Bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.

Nəzərə alaq ki, Sisonun bu səfəri post-sovet məkanında ancaq Azərbaycana nəzərdə tutulub. Bu da səfərin əhəmiyyətini xeyli artırır və müzakirə ediləcək məsələləri qabardır. Təbii ki, səfər çərçivəsində ABŞ rəsmisinin Bakıda aparacağı müzakirələri də ehtimal eləmək çox çətin deyil. Çox güman ki, müzakirələr əsasən 4 istiqamətdə olacaq.

Birincisi, İranın Azərbaycana qarşı artan təhdidləri qarşısında ABŞ-ın ölkəmizə verə biləcəyi dəstəkdir. Təsadüfi deyil ki, Antoni Blinken Konqresdəki son çıxışında açıq şəkildə dedi ki, “Azərbaycanın İranla uzun sərhədi var və onu qorumaq lazımdır”.

İkincisi, Ermənistanla Azərbaycan arasında imzalanması ləngidilən sülh sazişidir. Bu saziş nəticəsində Cənubi Qafqaza əbədi sülh gələ bilər və Avrasiyada yeni nəqliyyat dəhlizi yaranar.

Üçüncüsü, Avropa İttifaqının eneji təhlükəsizliyi məsələsidir. Bu məsələ ABŞ üçün də önəmlidir.

Dördüncüsü isə Beynəlxalq təşkilatlarda iki dövlətin vahid mövqedən çıxış etməsi məsələsidir. Dövlət katibinin köməkçisi Sison səfər zamanı Beynəlxalq Miqrasiya Təşkilatının baş direktoru vəzifəsinə ABŞ namizədi Emi Papanın dəstəklənməsini də təşviq edəcək.

Məsələyə sabiq Xarici İşlər naziri Tofiq Zülfüqarov münasibət bildirib. Bizim.Media-ya açıqlamasında o bildirib ki, Azərbaycan ABŞ üçün sınanılmış partnyordur:

“Ələlxüsus, təhlükəsizlik mövzularında. Yada salaq ki, Əfqanıstanda həyata keçirilən anti-terror əməliyyatlarında Azərbaycan ABŞ çox böyük dəstək verdi. Digər məsələlərdə, o cümlədən Aİ-nin enerji təhlükəsizliyi məsələsində hər iki dövlət eyni mövqedən çıxış edib”.

Tofiq Zülfüqarov onu da qeyd edib ki, 44 günlük müharibədə ölkəmizin qazandığı zəfər və ərazi bütövlüyünyn təmin edilməsindən sonra bir çox ölkələrin Azərbaycana münasibəti dəyişdi:

“Onlardan biri də İrandır. Tək bir faktı deyim ki, 10 noyabrdan sonra İran-Azərbaycan sərhədləri hərbi poliqona çevrilib. İran davamlı olaraq sərhədlərimiz yaxınlığında təhdid xarakterli hərbi təlimlər keçirir. Səfirliyimizə edilən hücum, səslənən bəyanatlar göstərdi ki, bu gərginlik artan xətlə gedir. Nəzərə alaq ki, artıq 10 noyabra qədər İranın dünyanın əksər və aparıcı dövlətləri ilə ciddi problemləri vardı. Həm Pakistan və Əfqanıstanla, həm bir sıra Ərəb dövlətləri ilə. Avropa İttifaqı, İsraillə isə barışmaz mövqedədir. Hətta Türkiyə ilə İranın çox soyuq münasibətləri vardı.
 

Təbii ki, İran üçün “düşmən dövlətlər”in başında ABŞ dayanır. Baş verən proseslər fonunda Azərbaycan özünün xarici siyasətində zəruri dəyişiklilər edir. Məhz bu siyasət də Azərbaycanı bəzi dövlətlərə daha da yaxınlaşdırır. Onlardan biri də ABŞ-dır.


Vaşinqtonun hər zaman Azərbaycana qarşı maraqlı yanaşmaları olub. Və son vaxtlar regionda baş verən siyasi proseslər Ağ Evi Azərbaycanla münasibətləri daha da sıxlaşdırmağa vadar edir. Son günlər Dövlət katibinin Azərbaycan Prezidentinə zəngi, onun Konqresdəki bəlli çıxışı və köməkçisinin ölkəmizə gözlənilən səfəri dediklərimizə əyani sübutdur”.

Surxay Atakişiyev, Bizim.Meda

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

UEFA İnfantinonun namizədliyini dəstəkləməyəcək

UEFA İnfantinonun namizədliyini dəstəkləməyəcək

Dostluqda etibarsız hesab edilən BÜRCLƏR

Dostluqda etibarsız hesab edilən BÜRCLƏR

MİQ müsahibəsində hansı suallar verilir? - Namizəd AÇIQLADI

MİQ müsahibəsində hansı suallar verilir? - Namizəd AÇIQLADI

"Diplom xəstəliyindən qurtulmaq lazımdır" — İqtisadçı ən gəlirli peşələri açıqladı

"Diplom xəstəliyindən qurtulmaq lazımdır" — İqtisadçı ən gəlirli peşələri açıqladı

Azərbaycanda tərcüməçi müəmmalı şəkildə dünyasını dəyişdi

Azərbaycanda tərcüməçi müəmmalı şəkildə dünyasını dəyişdi

"Qarabağ" daha bir transferini elan etdi - FOTO

"Qarabağ" daha bir transferini elan etdi - FOTO

Ermənistanda üç nazirliyin adının dəyişdirilməsi təsdiqləndi

Ermənistanda üç nazirliyin adının dəyişdirilməsi təsdiqləndi

Dron hücumundan sağ çıxan dənizçi Bakıda ölü tapıldı - FOTO

Dron hücumundan sağ çıxan dənizçi Bakıda ölü tapıldı - FOTO

600-dən çox balla ali məktəbə qəbul ola bilməyələrin səhvi harada olub? - VİDEO

600-dən çox balla ali məktəbə qəbul ola bilməyələrin səhvi harada olub? - VİDEO

Maksim Qalkinin Bakıda – FOTO

Maksim Qalkinin Bakıda – FOTO

"Qarabağ" Konfrans Liqası ilə vidalaşdı

"Qarabağ" Konfrans Liqası ilə vidalaşdı

"Qarabağ" nigeriyalı hücumçu heyətinə qatdı - FOTO

"Qarabağ" nigeriyalı hücumçu heyətinə qatdı - FOTO

Bakıda EŞQ DRAMI: sevgilisini öldürən kişinin meyiti tapıldı – VİDEO

Bakıda EŞQ DRAMI: sevgilisini öldürən kişinin meyiti tapıldı – VİDEO

Alyaskada kiçik mühərrikli təyyarə dənizə düşdü – Ölənlər var

Alyaskada kiçik mühərrikli təyyarə dənizə düşdü – Ölənlər var

Tramp Rusiyanın NATO ölkələrinə hücum etməyəcəyindən əmindir

Tramp Rusiyanın NATO ölkələrinə hücum etməyəcəyindən əmindir

“Sabah”ın baş məşqçisi yüksək reytinqli şahmatçı imiş – FOTO

“Sabah”ın baş məşqçisi yüksək reytinqli şahmatçı imiş – FOTO

Norveç Kralı V Harald xəstəxanaya yerləşdirildi – Vəziyyəti ağırdır

Norveç Kralı V Harald xəstəxanaya yerləşdirildi – Vəziyyəti ağırdır

Tramp Kanada ilə sərhəddəki Ontario gölünün adını DƏYİŞDİ - VİDEO

Tramp Kanada ilə sərhəddəki Ontario gölünün adını DƏYİŞDİ - VİDEO

Sabah güclü maqnit qasırğası olacaq

Sabah güclü maqnit qasırğası olacaq

Tanınmış polkovnik-leytenant VƏFAT ETDİ

Tanınmış polkovnik-leytenant VƏFAT ETDİ

Bülbüloğlunun arvadı, qızı, oğlu ordaydı: danışdıqları dil...

Bülbüloğlunun arvadı, qızı, oğlu ordaydı: danışdıqları dil...

“Lamborghini” məhdud sayda lüks uşaq arabası buraxdı - FOTO

“Lamborghini” məhdud sayda lüks uşaq arabası buraxdı - FOTO

Britaniyada qağayı kabusu: Ölkəyə milyonlarla funt sterliq zərər vururlar

Britaniyada qağayı kabusu: Ölkəyə milyonlarla funt sterliq zərər vururlar

"Sabah"ın Çempionlar Liqasındakı bütün rəqibləri BƏLLİ OLDU

"Sabah"ın Çempionlar Liqasındakı bütün rəqibləri BƏLLİ OLDU

End of content

No more pages to load

RADİO