AŞPA-nın komitə iclasında Azərbaycanın mədəni irsinə vurulmuş ziyandan danışılıb

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiyasından əvvəl Parisdə qurumun mədəniyyət, elm, təhsil və media komitəsinin iclası keçirilib. 

Bizim.Media AZƏRTAC-a istinadən xəbər verir ki, “Müharibə və sülh şəraitində mədəni kimliyin silinməsinə qarşı mübarizə” adlı məruzənin müzakirəsində UNESCO təmsilçisi də iştirak edib.

AŞPA-nın ukraynalı məruzəçi Yevheniya Kravçuk hazırladığı məruzədə əsas diqqəti öz ölkəsinə yönəltsə də, müzakirələrdə oxşar problemin digər üzv ölkələrdə törətdiyi fəsadlardan geniş danışılıb.

Müzakirələrdə iştirak edən komitənin üzvü Rafael Hüseynov çıxışında bildirib ki, hər xalq öz mədəni irsini yaratsa da, ümumilikdə mədəni irs bəşəri xarakter daşıyır və hamıya məxsusdur. Ona görə də mədəni irsi qorumaq hər kəsin borcudur. 
Azərbaycanın son 30 ildə məruz qaldığı işğal zamanı mədəni irsinə də ciddi zərbələr dəydiyini bildirən Rafael Hüseynov konkret faktlara müraciət edərək, avropalı deputatlara mədəni irsimizə dəyən ziyandan söz açıb, erməni işğalçılarının mədəni irs abidələrimizi dağıtmalarından danışıb. Bildirilib ki, Ağdamın Boyəhmədli kəndində 2200 il yaşı olan heykəl yerlə-yeksan edilib.

Qeyd edilib ki, bu abidənin yaşı onun beynəlxalq əhəmiyyətə malik abidə olduğunu göstərir. 

Ərazilərimizin 20 faizinin erməni işğalı altında olduğu 30 ilə yaxın müddətdə mədəni irsimizə dəymiş ziyanın nəhəng miqyasını rəqəmlərlə diqqətə çatdıran azərbaycanlı deputat bu dövrdə Azərbaycanın ölkə və dünya əhəmiyyətli 100 mindən çox mədəniyyət nümunəsinin yararsız hala salındığını və qəsb edildiyini, 500-dək tarixi və 100-dən çox arxeoloji abidənin, 22 muzeyin dağıdıldığını vurğulayıb.

Azərbaycan mədəni irsinə Ermənistan tərəfindən vurulan ziyanlar barədə hələ 2001-ci il iyunun 27-də Parlament Assambleyasında “Azərbaycan mədəni irsinin dağıdılması və qəsb edilməsi” adlı 9147 saylı ayrıca tövsiyə üçün təklif hazırladığını diqqətə çatdıran R. Hüseynov son dövrlərdə erməni tərəfinin guya onların mədəni irsinə zərər vurulması ilə bağlı bəyanatların əsassız, zərər vuranı saxtakarcasına zərərçəkmiş kimi göstərmək cəhdi olduğunu diqqətə çatdırıb. 

Rafael Hüseynov Azərbaycanın mədəni irslə bağlı məsələlərə həmişə həssaslıqla yanaşdığını bildirib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycanda smartfondan ən çox kimlər istifadə edir?

Azərbaycanda smartfondan ən çox kimlər istifadə edir?

UEFA İnfantinonun namizədliyini dəstəkləməyəcək

UEFA İnfantinonun namizədliyini dəstəkləməyəcək

Dostluqda etibarsız hesab edilən BÜRCLƏR

Dostluqda etibarsız hesab edilən BÜRCLƏR

MİQ müsahibəsində hansı suallar verilir? - Namizəd AÇIQLADI

MİQ müsahibəsində hansı suallar verilir? - Namizəd AÇIQLADI

"Diplom xəstəliyindən qurtulmaq lazımdır" — İqtisadçı ən gəlirli peşələri açıqladı

"Diplom xəstəliyindən qurtulmaq lazımdır" — İqtisadçı ən gəlirli peşələri açıqladı

Azərbaycanda tərcüməçi müəmmalı şəkildə dünyasını dəyişdi

Azərbaycanda tərcüməçi müəmmalı şəkildə dünyasını dəyişdi

"Qarabağ" daha bir transferini elan etdi - FOTO

"Qarabağ" daha bir transferini elan etdi - FOTO

Ermənistanda üç nazirliyin adının dəyişdirilməsi təsdiqləndi

Ermənistanda üç nazirliyin adının dəyişdirilməsi təsdiqləndi

Dron hücumundan sağ çıxan dənizçi Bakıda ölü tapıldı - FOTO

Dron hücumundan sağ çıxan dənizçi Bakıda ölü tapıldı - FOTO

600-dən çox balla ali məktəbə qəbul ola bilməyələrin səhvi harada olub? - VİDEO

600-dən çox balla ali məktəbə qəbul ola bilməyələrin səhvi harada olub? - VİDEO

Maksim Qalkinin Bakıda – FOTO

Maksim Qalkinin Bakıda – FOTO

"Qarabağ" Konfrans Liqası ilə vidalaşdı

"Qarabağ" Konfrans Liqası ilə vidalaşdı

"Qarabağ" nigeriyalı hücumçu heyətinə qatdı - FOTO

"Qarabağ" nigeriyalı hücumçu heyətinə qatdı - FOTO

Bakıda EŞQ DRAMI: sevgilisini öldürən kişinin meyiti tapıldı – VİDEO

Bakıda EŞQ DRAMI: sevgilisini öldürən kişinin meyiti tapıldı – VİDEO

Alyaskada kiçik mühərrikli təyyarə dənizə düşdü – Ölənlər var

Alyaskada kiçik mühərrikli təyyarə dənizə düşdü – Ölənlər var

Tramp Rusiyanın NATO ölkələrinə hücum etməyəcəyindən əmindir

Tramp Rusiyanın NATO ölkələrinə hücum etməyəcəyindən əmindir

“Sabah”ın baş məşqçisi yüksək reytinqli şahmatçı imiş – FOTO

“Sabah”ın baş məşqçisi yüksək reytinqli şahmatçı imiş – FOTO

Norveç Kralı V Harald xəstəxanaya yerləşdirildi – Vəziyyəti ağırdır

Norveç Kralı V Harald xəstəxanaya yerləşdirildi – Vəziyyəti ağırdır

Tramp Kanada ilə sərhəddəki Ontario gölünün adını DƏYİŞDİ - VİDEO

Tramp Kanada ilə sərhəddəki Ontario gölünün adını DƏYİŞDİ - VİDEO

Sabah güclü maqnit qasırğası olacaq

Sabah güclü maqnit qasırğası olacaq

Tanınmış polkovnik-leytenant VƏFAT ETDİ

Tanınmış polkovnik-leytenant VƏFAT ETDİ

Bülbüloğlunun arvadı, qızı, oğlu ordaydı: danışdıqları dil...

Bülbüloğlunun arvadı, qızı, oğlu ordaydı: danışdıqları dil...

“Lamborghini” məhdud sayda lüks uşaq arabası buraxdı - FOTO

“Lamborghini” məhdud sayda lüks uşaq arabası buraxdı - FOTO

Britaniyada qağayı kabusu: Ölkəyə milyonlarla funt sterliq zərər vururlar

Britaniyada qağayı kabusu: Ölkəyə milyonlarla funt sterliq zərər vururlar

End of content

No more pages to load

RADİO