İlham Əliyev ABŞ-ın Azərbaycana ehtiyaclarını necə yaratdı? - Politoloqdan MARAQLI AÇIQLAMA

Regionda ciddi proseslər başlayıb. Martın 15-də ABŞ Dövlət katibi Entoni Blinken ilə Azərbaycan Prezidenti İlham Əliyev arasında birincinin təşəbbüsü ilə telefon söhbəti baş tutub.

O, İlham Əliyevlə ABŞ-Azərbaycan arasında ikirətəfli münasibətlərin davamlı inkişafı və digər regional məsələləri müzakirə edib. 

“Azərbaycan prezidenti ilə regional münaqişələrin həlli və Cənubi Qafqazda sülhə doğru irəliləməyin vacibliyi haqqında danışdım. Mən Ukraynaya göstərdiyi dəstəyə görə Azərbaycana təşəkkürümü bildirdim” - deyə ABŞ Dövlət katibi özünün Twitter səhifəsində yazıb. 
 

MÖVZU İLƏ BAĞLI:

Blinken Azərbaycana görə ermənipərəst senatoru SUSDURDU - VİDEO


Ötən gün isə ABŞ dövlət katibi Senatın Xarici Əlaqələr Komitəsində 907-ci düzəlişin dayandırılmasından və ABŞ-ın Azərbaycana hərbi yardım göstərməsinin vacibliyindən söz açıb:

“Azərbaycanın İranla uzun sərhədi var və onu qorumaq lazımdır”.

Bu azmış kimi ABŞ-ın dövlət katibinin köməkçisi gələn həftə Bakıya səfərə gəlir. Bu səfər Qafqaza tur şəklində deyil, yalnız Azərbaycana planlaşdırılır. Bunun ardınca isə aprelin əvvəllərində ABŞ Ticarət nazirinin müavininin Bakıya səfəri gözlənilir.

Ardıcıl zənglər və səfərlər onu göstərir ki, axır ki, ABŞ özünün ikili siyasətindən əl çəkmək zorunda qalıb. Azərbaycanın vacib regional oyunçu və vazkeçilməz tərəfdaş olduğu reallığını Vaşinqton artıq qəbul edir.

Məsələ ilə bağlı politoloq Cümşüd Nuriyevin fikirlərini öyrəndik.

Bizim.Media-ya açıqlamasında o bildirdi ki, ABŞ bu addımı çoxdan atmalıydı:

“Çox təəssüf ki, Vaşinqton Azərbaycanla bağlı mövqeyini uzun illər dəqiqləşdirməmişdi. Ötən 30 ildə ölkəmizə qarşı Ağ Ev ikili standartla yanaşıb. Həm ATƏT-in Minsk Qrupunun həmsədri olaraq, həm də BMT-nin TŞ-nin daimi üzvü olaraq Azərbaycan həqiqətlərinə birmənalı yanaşmayıb. Amma artıq dövran dəyişib. Prezident İlham Əliyevin müdrik xarici siyasəti hesabına ABŞ-ın Azərbaycana zəruri ehtiyacları yaranıb.
Bu gün Azərbaycan regionda çox vacib oyunçuya çevrilib. Rəsmi Bakını həm ərəb dövlətləri, həm Türkiyə, həm Pakistan, həm Orta Asiya ölkələri və hətta Çinlə olan yaxın münasibətləri Ağ Evi hərəkətə keçməyə məcbur edib. Burda başqa bir maraqlı məqam Azərbaycanın Rusiya və İranla həmsərhəd olmasıdır. Üstəlik, Azərbaycanın Avropanın enerji təhlükəsizliyində artan payı da Vaşinqton tərəfindən diqqətlə izlənilir”. 

Politoloq başqa bir vacib məqama da toxundu: 

“ABŞ görür ki, Prezident İlham Əliyevin siyasəti Cənubi Qafqazın sərhədlərini çoxdan aşıb. Və bu siyasət dünya siyasətinə öz töhfələrini vermək ərəfəsindədir. Ona görə də ABŞ Azərbaycanla bağlı siyasətinə yenidən baxır. Bir məqamı da nəzərə alaq ki, ABŞ uzun illər həm Gürcüstan, həm də Ermənistan vasitəsi ilə Rusiyanı Cənubi Qafqazdan sıxışdırıb çıxartmaq istəyirdi.

Amma bu məsələdə ABŞ-ın ümidləri doğrulmadı. İndi baxırlar ki, Azərbaycan həm Rusiya, həm də İrana qarşı daha etibarlı və güclü tərəfdaşdır. Bir sözlə, ABŞ regionda özünə yeni tərəfdaşlar axtarır. Belə bir tərəfdaş isə Azərbaycandan başqası ola bilməz. Çünki, hətta Ermənistan da daxil olmaqla bütün region dövlətlərinə Azərbaycanın bu və ya digər şəkildə təsir imkanları var.
Ona görə də ABŞ Dövlət katibinin həm son çıxışları, həm gözlənilən səfərlər onu sübut edir ki, Ağ Ev Cənubi Qafqazla bağlı siyasətini dəyişdirir. Vaşinqtonun Azərbaycana ehtiyacı yaranıb. Bu ehtiyacı isə Azərbaycan Prezidenti yaradıb. Təbii ki, bu da bizim milli maraqlarımıza tamamilə uyğundir”.

QEYD: Material Media Agentliyinin elan etdiyi müsabiqənin qaydalarının 8-ci Maliyyə yardımının göstərilməsi müddəasının 6.3.6. Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi - bəndinə uyğun olaraq hazırlanıb.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycanda smartfondan ən çox kimlər istifadə edir?

Azərbaycanda smartfondan ən çox kimlər istifadə edir?

UEFA İnfantinonun namizədliyini dəstəkləməyəcək

UEFA İnfantinonun namizədliyini dəstəkləməyəcək

Dostluqda etibarsız hesab edilən BÜRCLƏR

Dostluqda etibarsız hesab edilən BÜRCLƏR

MİQ müsahibəsində hansı suallar verilir? - Namizəd AÇIQLADI

MİQ müsahibəsində hansı suallar verilir? - Namizəd AÇIQLADI

"Diplom xəstəliyindən qurtulmaq lazımdır" — İqtisadçı ən gəlirli peşələri açıqladı

"Diplom xəstəliyindən qurtulmaq lazımdır" — İqtisadçı ən gəlirli peşələri açıqladı

Azərbaycanda tərcüməçi müəmmalı şəkildə dünyasını dəyişdi

Azərbaycanda tərcüməçi müəmmalı şəkildə dünyasını dəyişdi

"Qarabağ" daha bir transferini elan etdi - FOTO

"Qarabağ" daha bir transferini elan etdi - FOTO

Ermənistanda üç nazirliyin adının dəyişdirilməsi təsdiqləndi

Ermənistanda üç nazirliyin adının dəyişdirilməsi təsdiqləndi

Dron hücumundan sağ çıxan dənizçi Bakıda ölü tapıldı - FOTO

Dron hücumundan sağ çıxan dənizçi Bakıda ölü tapıldı - FOTO

600-dən çox balla ali məktəbə qəbul ola bilməyələrin səhvi harada olub? - VİDEO

600-dən çox balla ali məktəbə qəbul ola bilməyələrin səhvi harada olub? - VİDEO

Maksim Qalkinin Bakıda – FOTO

Maksim Qalkinin Bakıda – FOTO

"Qarabağ" Konfrans Liqası ilə vidalaşdı

"Qarabağ" Konfrans Liqası ilə vidalaşdı

"Qarabağ" nigeriyalı hücumçu heyətinə qatdı - FOTO

"Qarabağ" nigeriyalı hücumçu heyətinə qatdı - FOTO

Bakıda EŞQ DRAMI: sevgilisini öldürən kişinin meyiti tapıldı – VİDEO

Bakıda EŞQ DRAMI: sevgilisini öldürən kişinin meyiti tapıldı – VİDEO

Alyaskada kiçik mühərrikli təyyarə dənizə düşdü – Ölənlər var

Alyaskada kiçik mühərrikli təyyarə dənizə düşdü – Ölənlər var

Tramp Rusiyanın NATO ölkələrinə hücum etməyəcəyindən əmindir

Tramp Rusiyanın NATO ölkələrinə hücum etməyəcəyindən əmindir

“Sabah”ın baş məşqçisi yüksək reytinqli şahmatçı imiş – FOTO

“Sabah”ın baş məşqçisi yüksək reytinqli şahmatçı imiş – FOTO

Norveç Kralı V Harald xəstəxanaya yerləşdirildi – Vəziyyəti ağırdır

Norveç Kralı V Harald xəstəxanaya yerləşdirildi – Vəziyyəti ağırdır

Tramp Kanada ilə sərhəddəki Ontario gölünün adını DƏYİŞDİ - VİDEO

Tramp Kanada ilə sərhəddəki Ontario gölünün adını DƏYİŞDİ - VİDEO

Sabah güclü maqnit qasırğası olacaq

Sabah güclü maqnit qasırğası olacaq

Tanınmış polkovnik-leytenant VƏFAT ETDİ

Tanınmış polkovnik-leytenant VƏFAT ETDİ

Bülbüloğlunun arvadı, qızı, oğlu ordaydı: danışdıqları dil...

Bülbüloğlunun arvadı, qızı, oğlu ordaydı: danışdıqları dil...

“Lamborghini” məhdud sayda lüks uşaq arabası buraxdı - FOTO

“Lamborghini” məhdud sayda lüks uşaq arabası buraxdı - FOTO

Britaniyada qağayı kabusu: Ölkəyə milyonlarla funt sterliq zərər vururlar

Britaniyada qağayı kabusu: Ölkəyə milyonlarla funt sterliq zərər vururlar

End of content

No more pages to load

RADİO