“Rusiya yaxşı anlayır ki, bölgədə qalması üçün münaqişə davam etməlidir” – Xarici ekspertlərdən TƏHLİL 

5 mart tarixində baş verən silahlı insidentdən sonra seperatçılar hələ də qanunsuz silah daşınmasını həyata keçirirlər. Müdafiə Nazirliyinin də mütamadi olaraq atəşkəsin pozulması ilə bağlı yaydığı xəbərlər bölgədə gərginliyini qaldığını, bəzən isə təzyiqin daha da yüksəldiyini sübut edir.  

Elə martın 13-ü axşam saatlarından martın 14-ü səhər saatlarınadək Ordumuzun mövqeləri 19 dəfə fasilələrlə atəşə tutulub. 

Qanunsuz silah daşınması, atəskəsin pozulması və digər təxribatlar bir sualı aktiv edir? – Azərbaycan antiterror əməliyyatı keçirəcəkmi? 

Qanunsuz silah daşınmasına Rus sülhməramlılarının nəinki göz yumması, hətta seperatçıların avtomobillərini öz avtomobilləri ilə müşahidə etməsi onların bundan sonrakı fəaliyyətlərini də sual altında qoyur.  

Mövzu ilə bağlı Bizim.Media-ya danışan rusiyalı və türkiyəli politoloqlar da hesab edir ki, son proseslər rəsmi Bakının səbr kasasını daşırır.  

Rusiya Etnik və Beynəlxalq Araşdırmalar Mərkəzinin elmi direktoru Anton Bredixin bildirib ki, əraziyə qanunsuz silah sursatın daşınması qəbuledilməzdir.  

“Qarabağ ərazisinə hər səfər qanunsuz olaraq keçmək və ora hansısa silah-sursatın daşınması ciddi çağırışlara gətirib çıxarır. Bu zaman diqqət Moskvaya yönəlir. Ancaq mən burada bir məqama diqqət yetirmək istərdim. Rus sülhməramlıları sərhədçi vəzifəsini daşımır və orada hər şeyi idarə edən güc deyil. Sülhməramlıların Qarabağda təhlükəsizliyin təmin edilməsində olan səlahiyyətləri də, o qədər güclü deyil.  

Hazırkı vəziyətdə Moskvaya müraciət zamanı soruşulur:

“bundan sonra nə edək ki, stabillik sakitlik olsun?”. Bunun üçün tərəflər ciddi müzakirələr aparmalıdırlar. Mən deyərdim ki rus sülhməramlıları hər iki tərəflə qarşılıqlı əlaqələrlə xidmət aparır. Bu isə onu göstərir ki, Rusiya regionda təhlükəsizliyin təminatçısıdır. Rusiya Azərbaycan və Ermənistan arasında tezliklə sülh müqaviləsinin imzalanmasında maraqlı tərəflərdəndir”, - A.Bredixin əlavə edib.  

Rusiyanın Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov da hesab edir ki, sülhməramlıların rəsmi imzalarla təsdiqlənən fəaliyyət planı  onların ərazidəki fəaliyyətini təsdiq edir: 

“Qarabağ ərazisində silahlı insidentlərin baş  verməsi onu göstərir ki, Ermənistan Qarabağ ərazisində hələ də öz silahlı kontingentini çıxarmayıb. Bu isə üçtərəfli bəyannamənin şərtlərinə əsasən həmin zaman baş tutmalı idi. Azərbaycan hazırda Qarabağ bölgəsində rus sülhməramlılarının nəzarətində olan erməni seperatçılarının silahlandırlması prossesini dayandırmaq istəyir. Bildiyimiz kimi, hazırda Laçın yolu Azərbaycanlı ekoloqların nəzarətindədir.

Hansı ki, oradan  hazırda nəyinki təbii sərvətlər, heç bir silahın daşınması mümkün deyil. Bu baxımdan Ermənistan alternativ yollardan istifadə edir. Buna görə də, ötən günlərdə məlum olan hadisə də baş verdi. Rus sülhməramlıları bunun qarşısını almalıdırlarmı? - Bəli, almalı idilər. Təbii ki, əgər onların buna səlahiyyətləri olsaydı. Hazırda isə rus sülməramlıları bir sıra mandatlara sahib deyil”. 
Sülhməramlıların fəaliyyət planında silah daşınmasının qarşısını almamaq kimi müddəalar varsa, bu zaman onların ərazidə vacibliyi müzakirə mövzusuna çevrilir.  

Sergey Markov hesab edir ki, qanunla və bütün dünyanın tanıdığı və hazırda həm rus sülhməramlılarının müvəqqəti nəzarətində olan, həm də ermənilərin yaşadığı Azərbaycan torpaqlarına nəzarəti tam olaraq rəsmi Bakı həyata keçirməlidir. Hansı ki, Qarabağda Azərbaycana məxsus postların qurulması qanunsz silah daşınması kimi xoşagəlməz prosesləri sıfıra endirə bilər. 

“Mən düşünürəm ki, sülhməramlıların bəzi səlahiyətləri olmadığı təqdirdə Azərbaycan öz basqısını davam etdirəcək və həmin ərazilərə nəyinsə daşınmasına icazə verməyəcək. Düşünürəm ki, Laçın yolunda və digər ərazilərdə Azərbaycan tərəfindən nəzarət buraxılış məntəqələri yaradılarsa, bu, Ermənistanın tam olaraq hər şeylə razılaşmasına gətirib çıxaracaq. Bu zaman ermənilərin inteqrasiya məsələləri də baş tutacaq. Ya da, bu zaman  ermənilərin çoxu Ermənistan ərazisində başqa yerə yerləşdiriləcəklər”, - S.Markov əlavə edib. 

Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (KAFKASSAM) rəhbəri, professor Hasan Oktay isə artıq sülhməramlıların fəaliyyətinə ehtiyac olmadığnı və onların tez bir zamanda ərazidən göndərilməsini tərəfdarıdır.  

Hasan Oktay Azərbaycan və Ermənistan arasında sülhün yaranması və imzaların atılmasında vasitəçi kimi, yalnız Türkiyənin ola biləcəyini deyib: 

“Münhen Təhlükəsizlik Konfransından sonra Azərbaycanla Ermənistan arasında münasibətlərin irəliləməsini gözləyirdik. Bunun atəşkəsin pozulmasına dönüşəcəyini təsbit etmirdik. Rusiya Cənubi Qafqazda varlığını davamlı etmək üçün Azərbaycanla Ermənistan arasında gərginliyin olması üzərinə planlar qurdu.  

Biz SSRİ dağıdıqdan sonrakı siyasətdən yola çıxaraq deyə bilirik ki, Rusiya problemlər yaradaraq, bir sıra regionlarda varlığını qorumaq üçün zəminlər yaradır. 10 noyabr bəyanatından sonra da bunu etdilər. Ərazidə təhlükəsizlik adına rus sülhməramlıları Cənubi Qafqaza gəldi. Rusiya yaxşı anlayır ki, bölgədə qalmaq istəyirsə, münaqişə davam etməlidir. Biz Azərbaycan, Ermənistan, Türkiyə - üçlü görüşlərin reallaşmasının tərəfdarıyıq.
Türkiyə-Azərbaycan-Ermənistan arasında üçlü sülh müqaviləsi bağlanaraq, bir ayağı yaralanan Qarabağdakı Rusiyanın əməllərini tamamilə deaktiv etmək və Azərbaycanla Ermənistan arasında Türkiyə razılaşması ilə bölgədəki problem barış zəmininə daşına bilər”, - Hasan Oktay qeyd edib. 

Qarabağda ümumi mənzərə açıq-aydın görünür. Ermənistanın tez bir zamanda ağlını başına yığmaması “Dəmir Yumruq” hərbi əməliyyatının davamının baş verə biləcəyindən xəbər verir.

Qarabağda yaşayan ermənilərin seçimləri isə çox asandır. Ya Azərbaycan vətəndaşı olaraq yaşamağa, həm də daha yaxşı yaşamağa davam edəcəklər, ya da seperatçılığı seçib, bölgəni tərk etməli olacaqlar. 

Tehran Orucoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycanda smartfondan ən çox kimlər istifadə edir?

Azərbaycanda smartfondan ən çox kimlər istifadə edir?

UEFA İnfantinonun namizədliyini dəstəkləməyəcək

UEFA İnfantinonun namizədliyini dəstəkləməyəcək

Dostluqda etibarsız hesab edilən BÜRCLƏR

Dostluqda etibarsız hesab edilən BÜRCLƏR

MİQ müsahibəsində hansı suallar verilir? - Namizəd AÇIQLADI

MİQ müsahibəsində hansı suallar verilir? - Namizəd AÇIQLADI

"Diplom xəstəliyindən qurtulmaq lazımdır" — İqtisadçı ən gəlirli peşələri açıqladı

"Diplom xəstəliyindən qurtulmaq lazımdır" — İqtisadçı ən gəlirli peşələri açıqladı

Azərbaycanda tərcüməçi müəmmalı şəkildə dünyasını dəyişdi

Azərbaycanda tərcüməçi müəmmalı şəkildə dünyasını dəyişdi

"Qarabağ" daha bir transferini elan etdi - FOTO

"Qarabağ" daha bir transferini elan etdi - FOTO

Ermənistanda üç nazirliyin adının dəyişdirilməsi təsdiqləndi

Ermənistanda üç nazirliyin adının dəyişdirilməsi təsdiqləndi

Dron hücumundan sağ çıxan dənizçi Bakıda ölü tapıldı - FOTO

Dron hücumundan sağ çıxan dənizçi Bakıda ölü tapıldı - FOTO

600-dən çox balla ali məktəbə qəbul ola bilməyələrin səhvi harada olub? - VİDEO

600-dən çox balla ali məktəbə qəbul ola bilməyələrin səhvi harada olub? - VİDEO

Maksim Qalkinin Bakıda – FOTO

Maksim Qalkinin Bakıda – FOTO

"Qarabağ" Konfrans Liqası ilə vidalaşdı

"Qarabağ" Konfrans Liqası ilə vidalaşdı

"Qarabağ" nigeriyalı hücumçu heyətinə qatdı - FOTO

"Qarabağ" nigeriyalı hücumçu heyətinə qatdı - FOTO

Bakıda EŞQ DRAMI: sevgilisini öldürən kişinin meyiti tapıldı – VİDEO

Bakıda EŞQ DRAMI: sevgilisini öldürən kişinin meyiti tapıldı – VİDEO

Alyaskada kiçik mühərrikli təyyarə dənizə düşdü – Ölənlər var

Alyaskada kiçik mühərrikli təyyarə dənizə düşdü – Ölənlər var

Tramp Rusiyanın NATO ölkələrinə hücum etməyəcəyindən əmindir

Tramp Rusiyanın NATO ölkələrinə hücum etməyəcəyindən əmindir

“Sabah”ın baş məşqçisi yüksək reytinqli şahmatçı imiş – FOTO

“Sabah”ın baş məşqçisi yüksək reytinqli şahmatçı imiş – FOTO

Norveç Kralı V Harald xəstəxanaya yerləşdirildi – Vəziyyəti ağırdır

Norveç Kralı V Harald xəstəxanaya yerləşdirildi – Vəziyyəti ağırdır

Tramp Kanada ilə sərhəddəki Ontario gölünün adını DƏYİŞDİ - VİDEO

Tramp Kanada ilə sərhəddəki Ontario gölünün adını DƏYİŞDİ - VİDEO

Sabah güclü maqnit qasırğası olacaq

Sabah güclü maqnit qasırğası olacaq

Tanınmış polkovnik-leytenant VƏFAT ETDİ

Tanınmış polkovnik-leytenant VƏFAT ETDİ

Bülbüloğlunun arvadı, qızı, oğlu ordaydı: danışdıqları dil...

Bülbüloğlunun arvadı, qızı, oğlu ordaydı: danışdıqları dil...

“Lamborghini” məhdud sayda lüks uşaq arabası buraxdı - FOTO

“Lamborghini” məhdud sayda lüks uşaq arabası buraxdı - FOTO

Britaniyada qağayı kabusu: Ölkəyə milyonlarla funt sterliq zərər vururlar

Britaniyada qağayı kabusu: Ölkəyə milyonlarla funt sterliq zərər vururlar

End of content

No more pages to load

RADİO