“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçılarının Fövqəladə Zirvə görüşü keçirilməsi təklifinə görə ayrıca minnətdarlığımı bildirirəm”.
Bizim.Media xəbər verir ki, bunu Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Ankarada keçirilən sammitdəki çıxışında bildirib.
"Bugünkü görüşümüz dostluğumuzun və birliyimizin, ən çətin zamanlarda bir-birimiz üçün möhkəm dayaq olduğumuzun əyani və praktik sübutudur", - deyə Özbəkistan rəhbəri qeyd edib.
Qeyd edək ki, martın 16-da Ankarada Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşü keçirilib.
Bu tədbirin Şuşada keçirilməsi nəzərdə tutulmuşdu. Lakin Türkiyədə baş vermiş dəhşətli zəlzələ ilə əlaqədar Prezident İlham Əliyev qardaş ölkəyə dəstək məqsədilə Zirvə görüşünün Ankarada keçirilməsi təklifi ilə çıxış edib. Digər iştirakçı ölkələrin rəhbərləri ilə razılaşdırıldıqdan sonra bununla bağlı müvafiq qərar qəbul olunub.
Bizim.Media