“Xankəndidə asayişə Azərbaycan nəzarət edəcək” – Elman Nəsirov

Ermənistanda daxili qoşunların ləğvi Qarabağda özünümüdafiə adı ilə fəaliyyət göstərən qanunsuz erməni polisinin ləğvinə, yavaş-yavaş onların da sıradan çıxarılamasına doğru addımdır. Belə ki, Xankəndidəki bu polislər Ermənistanın Daxili Qoşunlarına tabe idilər.

Məsələni Bizim.Media-ya şərh edən Milli Məclisin deputatı Elman Nəsirov hesab edir ki, sözügedən yanaşmanın altında müsbət prosesin başlanğıcı kimi dəyərləndirilə biləcək müəyyən gizli mətləblər vardır:

“Bu müəyyən mənada müsbət prosesin başlanğıcı kimi də dəyərləndirilə bilər. Qarabağdakı separatçı rejimin tör-töküntüləri də İrəvandan idarə olunur. Onların maliyyə, maddi dəstəyi olmasa bir gün də qala bilməzlər.

Silah-sursatla da yardım göstəriblər. Son zamanlar ekofəallarımızın fədakarlığı ilə bunun qarşısı xeyli alınıb. İndiki vəziyyətdə Ermənistan güc strukturlarında belə dəyişiklik edirsə, onun anoloji olaraq separatçı rejimin tör-töküntüləri tərəfindən təkrarlanması ehtimalı da kifayət qədər böyükdür. Çünki tapşırıq İrəvandan gəlir”.

Bu mənada da deputat Ermənistanda daxili qoşunlarla bağlı atılan addımın Qarabağ separatçıları tərəfindən anoloji olaraq təkrarlanacağını istisna etmir:

“Belə olan halda Ermənistanda daxili qoşunların ləğvi prosesinin anoloji olaraq Qarabağdakı separatçı rejim daxilində təkrarlanacağı da istisna deyil. Daxili qoşunlar olmadığı təqdirdə isə, bu Qarabağdakı qeyri-qanuni erməni silahlı qüvvələrin çıxarılması, tərksilah edilməsi prosesini də sürətləndirə bilər. Yəni onun üçün yaşıl işıq yandırar.

Paşinyan gözəl bilir ki, növbəti müharibə Ermənistan üçün fəlakətdir. Bu halda Paşinyanın özü siyasi meyit statusuna enəcək. Belə olan təqdirdə İrəvana sülh müqaviləsi lazımdır”.
E. Nəsirov deyir ki, Paşinyanın Ermənistanda bu kimi dəyişikliklər etməsi və anoloji hadisənin Qarabağda da təkrarlanması nəticə etibarı ilə sülh prosesinə də müəyyən mənada yol açacaq addımlar ola bilər:

“Bu məsələyə nikbin yanaşmaq istərdim”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Aysundan doğma atasına CAVAB: “Yalandan artistlik etmə!” - VİDEO

Aysundan doğma atasına CAVAB: “Yalandan artistlik etmə!” - VİDEO

Rusiyadan göndərilən taxıl Azərbaycandan keçərək Ermənistana ÇATIB

Rusiyadan göndərilən taxıl Azərbaycandan keçərək Ermənistana ÇATIB

Qalib Salahzadənin dəniz kənarındakı obyektləri SÖKÜLÜR

Qalib Salahzadənin dəniz kənarındakı obyektləri SÖKÜLÜR

Azarkeşlərə SƏFƏR QADAĞASI qoyuldu

Azarkeşlərə SƏFƏR QADAĞASI qoyuldu

“Koroğlu” metrosunun Nəqliyyat Mübadilə Mərkəzindəki çıxışı işıqsız qalıb - FOTO

“Koroğlu” metrosunun Nəqliyyat Mübadilə Mərkəzindəki çıxışı işıqsız qalıb - FOTO

Aİ Rusiyadan metal idxalını məhdudlaşdıra bilər - KİV

Aİ Rusiyadan metal idxalını məhdudlaşdıra bilər - KİV

Sabahın tibbi-meteoroloji PROQNOZU

Sabahın tibbi-meteoroloji PROQNOZU

Azərbaycan-BƏƏ hərbi əməkdaşlığı müzakirə edildi - FOTO/VİDEO

Azərbaycan-BƏƏ hərbi əməkdaşlığı müzakirə edildi - FOTO/VİDEO

Ruhunuzu və məkanınızı təmizləmək üçün hər BÜRCƏ məsləhətlər

Ruhunuzu və məkanınızı təmizləmək üçün hər BÜRCƏ məsləhətlər

Varşavada məmur saxlanıldı - Rusiyanın xeyrinə casusluq edirmiş

Varşavada məmur saxlanıldı - Rusiyanın xeyrinə casusluq edirmiş

Medianın İnkişafı Agentliyinin Müşahidə Şurasının cari il üzrə ilk iclası keçirildi - FOTO

Medianın İnkişafı Agentliyinin Müşahidə Şurasının cari il üzrə ilk iclası keçirildi - FOTO

Kantenin "Fənərbağça"ya transferi BAŞ TUTMADI

Kantenin "Fənərbağça"ya transferi BAŞ TUTMADI

DİN-in keçmiş rəis müavini və digərlərinin cinayət işi üzrə məhkəmə istintaqı TAMAMLANDI

DİN-in keçmiş rəis müavini və digərlərinin cinayət işi üzrə məhkəmə istintaqı TAMAMLANDI

Paytaxtın 10 küçə və prospektində SIXLIQ VAR

Paytaxtın 10 küçə və prospektində SIXLIQ VAR

SON DƏQİQƏ! NATO qoşunları Ukraynaya daxil OLACAQ

SON DƏQİQƏ! NATO qoşunları Ukraynaya daxil OLACAQ

Epşteyn adasından sağ çıxan qadından dəhşətli AÇIQLAMA – FOTO

Epşteyn adasından sağ çıxan qadından dəhşətli AÇIQLAMA – FOTO

Mərkəzi Hərbi-Həkim Komissiyasının sabiq rəisi saxlanıldı

Mərkəzi Hərbi-Həkim Komissiyasının sabiq rəisi saxlanıldı

Millimizin sabiq üzvü bölgə klubundan AYRILDI

Millimizin sabiq üzvü bölgə klubundan AYRILDI

Maskın transgender qızı Epşteyn işi ilə bağlı iddiaları təsdiqlədi

Maskın transgender qızı Epşteyn işi ilə bağlı iddiaları təsdiqlədi

Bazarlarda DURĞUNLUQ – Alıcılar niyə gözə dəymir?

Bazarlarda DURĞUNLUQ – Alıcılar niyə gözə dəymir?

Daha gec qocalmaq istəyirsiniz? - Bu qidalar köməyinizə çatacaq

Daha gec qocalmaq istəyirsiniz? - Bu qidalar köməyinizə çatacaq

Kiberpolisdən ƏMƏLİYYAT – Aşağı faizli kredit adı ilə 400 minlik dələduzluq edən şəxslər SAXLANILDI – VİDEO

Kiberpolisdən ƏMƏLİYYAT – Aşağı faizli kredit adı ilə 400 minlik dələduzluq edən şəxslər SAXLANILDI – VİDEO

Şuşanın ən yaşlı sakini vəfat etdi - FOTO

Şuşanın ən yaşlı sakini vəfat etdi - FOTO

Epşteynin Rusiya kəşfiyyatı ilə əlaqələri ÜZƏ ÇIXDI – Məşhurları “bal tələsi”nə necə salıb? – FOTO

Epşteynin Rusiya kəşfiyyatı ilə əlaqələri ÜZƏ ÇIXDI – Məşhurları “bal tələsi”nə necə salıb? – FOTO

End of content

No more pages to load

RADİO