MN: Xankəndi-Xəlfəli-Turşsu yolunda sülhməramlıların müşayiəti ilə ermənilərin hərbi daşımaları gerçəkləşib

Martın 5-də Xankəndi-Xəlfəli-Turşsu torpaq yolunda baş vermiş insidentdən sonra Rusiya sülhməramlı kontingentinin müşayiəti ilə Ermənistan silahlı qüvvələri və qeyri-qanuni erməni silahlı dəstələrinin bu yoldan hərbi təyinatlı daşımaları həyata keçirmək məqsədilə növbəti dəfə istifadə etməsi Azərbaycan Ordusunun bu istiqamətdə yerləşən bölmələrinin texniki müşahidə vasitələri ilə qeydə alınıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Bizim.Media-ya bildirilib ki, martın 7-də gün ərzində Ermənistan silahlı qüvvələri və qeyri-qanuni erməni silahlı dəstələrinin hərbi nəqliyyat vasitələrinin qeyd olunan yoldan kolon şəklində hərəkəti Rusiya sülhməramlı kontingentinin müşayiəti altında təmin edilib.

Ermənistanın təkzibinə və riyakarlığına baxmayaraq, texniki müşahidə vasitələri ilə yolun hərbi daşımalar üçün istifadə edildiyi bir daha təsbit olunub.

Rusiya sülhməramlı kontingentinin müşayiəti ilə hərbi daşımaların həyata keçirilməsi üçtərəfli Bəyanatın müddəalarının kobud şəkildə pozulması olaraq qəbuledilməz haldır və dərhal dayandırılmalıdır.
Bir daha bəyan edirik ki, Ermənistan tərəfindən Azərbaycanın Qarabağ iqtisadi rayonunda yerləşən qeyri-qanuni erməni silahlı dəstələrinə silah, sursat, mina, təminat və digər hərbi vasitələrin çatdırılması, eləcə də bu yolla döyüş mövqelərinə şəxsi heyətin daşınması və rotasiyası Azərbaycanın suverenliyinin, üçtərəfli Bəyanatın müddəalarının kobud şəkildə pozulması və Azərbaycana qarşı hərbi təcavüz siyasətinin davam etdirilməsidir.

Bu kimi əməllərə dərhal və birdəfəlik son qoyulmasa, Ermənistanın və qanunsuz erməni hərbi ünsürlərinin Azərbaycanın suveren ərazilərində törətdikləri hərəkətlərin qarşısını almaq məqsədilə Azərbaycan tərəfi zəruri tədbirlər görmək məcburiyyətində qalacaqdır.
Baş verən hadisələr Laçın yolu üzərində Azərbaycanın nəzarət rejiminin yaradılmasının zəruriliyini və labüdlüyünü bir daha təsdiq edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İsraildən İrana HÜCUM SİQNALI: "Orduya təlimatlar vermişik"

İsraildən İrana HÜCUM SİQNALI: "Orduya təlimatlar vermişik"

Bazar ertəsi günü xoş xəbər alacaq 5 BÜRC

Bazar ertəsi günü xoş xəbər alacaq 5 BÜRC

Rusiyanın Ukraynada məhv etdiyi mülki obyektlərin kadrları – FOTO/VİDEO

Rusiyanın Ukraynada məhv etdiyi mülki obyektlərin kadrları – FOTO/VİDEO

Azərbaycanda tələbə vəfat etdi – FOTO

Azərbaycanda tələbə vəfat etdi – FOTO

IV Şuşa Qlobal Media Forumunun açılış mərasimindən YADDA QALANLAR – VİDEO

IV Şuşa Qlobal Media Forumunun açılış mərasimindən YADDA QALANLAR – VİDEO

Polkovnik BYD aldı, işə düşdü: “Tapa bilmirəm”

Polkovnik BYD aldı, işə düşdü: “Tapa bilmirəm”

Elektron reseptlə bağlı yeni TƏKLİF

Elektron reseptlə bağlı yeni TƏKLİF

Tikilməmiş mənzillərin təkrar satışına son qoyulur

Tikilməmiş mənzillərin təkrar satışına son qoyulur

Binəqədidə civə satmaq istəyənlər saxlanıldı – VİDEO

Binəqədidə civə satmaq istəyənlər saxlanıldı – VİDEO

Sabah deputatlar tətilə çıxacaq

Sabah deputatlar tətilə çıxacaq

Həvəskar balıqçılığa yeni qaydalar gəlir

Həvəskar balıqçılığa yeni qaydalar gəlir

Ölkədən qaçan keçmiş deputata 15 il HƏBS CƏZASI

Ölkədən qaçan keçmiş deputata 15 il HƏBS CƏZASI

İlham Əliyev: “Pakistan yeganə ölkədir ki, bu məsuliyyəti öz üzərinə götürdü” – VİDEO

İlham Əliyev: “Pakistan yeganə ölkədir ki, bu məsuliyyəti öz üzərinə götürdü” – VİDEO

İşğal altındakı Krımda strateji obyektlər VURULDU - SİYAHI

İşğal altındakı Krımda strateji obyektlər VURULDU - SİYAHI

İlham Əliyevdən gənclərə tarixi mesaj – VİDEO

İlham Əliyevdən gənclərə tarixi mesaj – VİDEO

Sabah hava yağmursuz olacaq

Sabah hava yağmursuz olacaq

Cənubi Koreyanın keçmiş prezidentinə daha bir HÖKM OXUNDU

Cənubi Koreyanın keçmiş prezidentinə daha bir HÖKM OXUNDU

Polşa Ukraynaya "Patriot" sistemləri üçün RAKETLƏR GÖNDƏRDİ

Polşa Ukraynaya "Patriot" sistemləri üçün RAKETLƏR GÖNDƏRDİ

Xulian Alvares: "Messinin yenidən dünya çempionu olması üçün əlimizdən gələni edəcəyik"

Xulian Alvares: "Messinin yenidən dünya çempionu olması üçün əlimizdən gələni edəcəyik"

Prezident Şuşada Qlobal Media Forumu keçirilən məkandan belə ayrıldı - VİDEO

Prezident Şuşada Qlobal Media Forumu keçirilən məkandan belə ayrıldı - VİDEO

Prezident: Bu gün daha çox sayda Çin şirkəti Azərbaycanda fəaliyyət göstərir - VİDEO

Prezident: Bu gün daha çox sayda Çin şirkəti Azərbaycanda fəaliyyət göstərir - VİDEO

Prezidentdən MÜRACİƏT - "Ancaq özümüzə və dövlətə güvənməliyik" - VİDEO

Prezidentdən MÜRACİƏT - "Ancaq özümüzə və dövlətə güvənməliyik" - VİDEO

Səhiyyə Nazirliyinin sabiq idarə rəisi məhkəmə zalında həbs olundu

Səhiyyə Nazirliyinin sabiq idarə rəisi məhkəmə zalında həbs olundu

Azərbaycan Prezidenti: “Əgər nəyəsə yardım etmək imkanımız varsa, bunu mütləq edirik”

Azərbaycan Prezidenti: “Əgər nəyəsə yardım etmək imkanımız varsa, bunu mütləq edirik”

End of content

No more pages to load

RADİO