Prezidentdən MÜRACİƏT - "Ancaq özümüzə və dövlətə güvənməliyik" - VİDEO

“23 il ərzində Azərbaycan haradan haraya gəlib, bunu xalq yaxşı bilir”.

Bizim.Media xəbər verir ki, bunu Prezident İlham Əliyev Şuşada "Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması" mövzusunda keçirilən IV Şuşa Qlobal Media Forumunun açılış mərasimində deyib.
 

"23 ilə yaxındır, prezident kürsüsündəyəm, bu illər ərzində Azərbaycan haradan haraya gəlib, bunu xalqımız yaxşı bilir. Azərbaycan xalqına bir çox müraciətlərim olub, həm işğal, həm müharibə dövründə, həm müharibədən sonra. Əlbəttə, məzmunca bu müraciətlər fərqli olub, çünki fərqli situasiyada idik.


İşğal dövründə müraciətim, keçmiş köçkünlərlə çoxsaylı görüşlər əsnasında ondan ibarət idi ki, onlar ümidlərini itirməsinlər, iradələrini möhkəm tutsunlar və mənə inansınlar ki, biz bu torpaqlara qayıdacağıq. İllər keçdikcə görürdüm ki, onların ümidləri yavaş-yavaş tükənir, insanların gözlərindəki nisgil, ümidsizlik daha çox sezilir. Mən isə onlara deyə bilmirdim ki, nə vaxt nə olacaq, deyirdim ki, inanın, onlar da inanırdı. 17 il az müddət deyil, 17 il mənim sözlərimə inanıb gözləyirdilər, aparılan işlərə dəstək olurdular", - Prezident qeyd edib.

Dövlət başçısı qeyd edib ki, müharibədən sonrakı dövr çox çətin idi:

"Müharibə qədər də olmasa, çətin idi. Çünki müharibənin nəticələri dünya birliyi tərəfindən qəbul edilməli idi, onu qəbul etmək istəməyən kifayət qədər qüvvələr, dövlətlər, dairələr və ayrı-ayrı şəxslər var idi. Bizim ya qələbəmizi əlimizdən almaq, ya onu yarımçıq etmək, ya da Azərbaycanı asılı vəziyyətdə saxlamaq, tam ədalətin bərpasına nail olmayaq deyə müxtəlif fitnələr təşkil edilirdi, biz bütün bunları yaxşı xatırlayırıq.
 

Mən müraciətlərimdə deyirdim ki, biz bu müharibədəki qələbəni gəlin indi qeyd etməyək, fəal olaq, çünki görüləsi işlər çoxdur. Bir qrup keçmiş köçkün də bu sözlərə inanıb gözləyirdi ki, o gün gələcək, onlar öz doğma dədə-baba torpaqlarına qayıdacaq. Srağagün mən onların bir qrupu ilə görüşdüm.


Onlara dedim ki, 2020-ci ildə biz müharibədə zəfər çalanda bu torpaqlar hələ işğal altında idi, amma siz inanırdınız ki, o gün gələcək, bu torpaqlara qayıdacaqsınız.

Mənim müraciətlərimin ana xətti həmişə dəyişməz olaraq qalır. Biz ancaq özümüzə güvənə bilərik. Baxmayaraq ki, Azərbaycanın çox böyük sərvətləri olub, əvvəllər onlardan heç biri, sözün əsl mənasında, Azərbaycan xalqının inkişafında rol oynamırdı. Çünki biz daha çox ümumittifaq büdcəsinə verirdik, heç nə almırdıq.

Bizdən neft aparılırdı, Sumqayıt şəhəri ekoloji fəlakətə uğramışdı. Sovet İttifaqı dağılanda isə hər şey viran qalmışdı, torpaqlarımız əldən getmişdi. Bu mənada, ancaq özümüzə və dövlətə güvənməliyik, birlik heç vaxt sarsılmamalıdır.

Bu gün Azərbaycan cəmiyyətində olan birliyə oxşar mənzərə tapmaq çətindir, çünki bu, insanların zehnindən və ürəyindən gəlir".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Sabah rayonlara yağış yağacaq

Sabah rayonlara yağış yağacaq

"Sabah"ın "Barselona" ilə keçirəcəyi ev oyununun biletləri satışa çıxarıldı

"Sabah"ın "Barselona" ilə keçirəcəyi ev oyununun biletləri satışa çıxarıldı

Sabiq komitə sədrinin hoteli satışa çıxarıldı - Qiymət

Sabiq komitə sədrinin hoteli satışa çıxarıldı - Qiymət

DİQQƏT! Bakının bəzi ərazilərində qaz KƏSİLƏCƏK

DİQQƏT! Bakının bəzi ərazilərində qaz KƏSİLƏCƏK

SON DƏQİQƏ! Azərbaycanda daha bir zəlzələ baş verdi - FOTO

SON DƏQİQƏ! Azərbaycanda daha bir zəlzələ baş verdi - FOTO

Aygün Kazımova Leyla Əliyevanın sözlərinə mahnı oxudu – VİDEO

Aygün Kazımova Leyla Əliyevanın sözlərinə mahnı oxudu – VİDEO

Küləkli hava neçə gün davam edəcək?

Küləkli hava neçə gün davam edəcək?

Azərbaycandan Ukraynaya dəstək: Səfirliyə zəruri avadanlıqlar verildi – FOTO

Azərbaycandan Ukraynaya dəstək: Səfirliyə zəruri avadanlıqlar verildi – FOTO

"İşə getməsəm də, adıma əməkhaqqı yazılıb" - Nazirliyin həbsdə olan idarə rəisinin məhkəməsi

"İşə getməsəm də, adıma əməkhaqqı yazılıb" - Nazirliyin həbsdə olan idarə rəisinin məhkəməsi

Birbank-dan “Yığ və qazan” lotereyası: 507 qalib pul mükafatı qazanacaq

Birbank-dan “Yığ və qazan” lotereyası: 507 qalib pul mükafatı qazanacaq

Alyona Əliyeva konsertdə - FOTO

Alyona Əliyeva konsertdə - FOTO

Motosiklet şousu faciə ilə bitəcəkdi: Son anda ölümdən döndü – FOTO/VİDEO

Motosiklet şousu faciə ilə bitəcəkdi: Son anda ölümdən döndü – FOTO/VİDEO

Mədəniyyət Nazirliyinin kitab mükafatı bu il elan olunmayacaq

Mədəniyyət Nazirliyinin kitab mükafatı bu il elan olunmayacaq

Məktəb direktorunun avtomobilini yandıran daha bir nəfər həbs edildi – VİDEO

Məktəb direktorunun avtomobilini yandıran daha bir nəfər həbs edildi – VİDEO

Səhiyyə naziri təyin olunan Anar Bayramov kimdir? – DOSYE

Səhiyyə naziri təyin olunan Anar Bayramov kimdir? – DOSYE

TƏCİLİ! Xəzər dənizində ZƏLZƏLƏ oldu

TƏCİLİ! Xəzər dənizində ZƏLZƏLƏ oldu

Bakı metrosuna yeni şöbə rəisi təyin edildi - FOTO

Bakı metrosuna yeni şöbə rəisi təyin edildi - FOTO

SON DƏQİQƏ: Xaçmazda 4.6 bal gücündə zəlzələ oldu - ÖZƏL

SON DƏQİQƏ: Xaçmazda 4.6 bal gücündə zəlzələ oldu - ÖZƏL

"ABŞ tamamilə Rusiyanın tərəfinə keçib" - "Aydar" batalyonunun keçmiş komandiri

"ABŞ tamamilə Rusiyanın tərəfinə keçib" - "Aydar" batalyonunun keçmiş komandiri

Teymur Musayev Baş nazirin müavini TƏYİN OLUNDU

Teymur Musayev Baş nazirin müavini TƏYİN OLUNDU

Anar Bayramov səhiyyə naziri TƏYİN EDİLDİ

Anar Bayramov səhiyyə naziri TƏYİN EDİLDİ

TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildi – FƏRMAN

TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildi – FƏRMAN

Oğlu Ramiz Mehdiyev haqqında istintaqa nələri deyib? - Şok ifadə

Oğlu Ramiz Mehdiyev haqqında istintaqa nələri deyib? - Şok ifadə

Ukrayna ordusu ötən gecə Rusiyanın bir dənə də olsun ballistik raketini vurmayıb

Ukrayna ordusu ötən gecə Rusiyanın bir dənə də olsun ballistik raketini vurmayıb

End of content

No more pages to load

RADİO