31 ildir Azərbaycan BMT-yə üzvlük haqqı verir – Nəyə görə? 

Bu gün Azərbaycanın BMT-yə üzv qəbul edilməsindən 31 il ötür. 1992-ci ilin martın 2-də Azərbaycan BMT-nin tamhüquqlu üzvü olur. Hansı ki, həmin dövrdə Azərbaycan Ermənistanın təcavüzünə məruz qalmışdı. Azərbaycan BMT tribunasından istifadə edərək, uzun illər ərzində işğalın aradan qaldırılması və pislənilməsinə nail olmağa çalışıb. Hətta Azərbaycanın uğurlu diplomatik fəaliyyəti nəticəsində BMT münaqişə ilə bağlı 822, 853,874 və 884 saylı qətnamələr də qəbul edir. Hansı ki, bu qətnamələrdə Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarından çıxması tələb olunurdu. Lakin qətnamələrin qəbul edilməsinə baxmayaraq, BMT onun icrasına nail olmaq üçün ötən müddətdə hər hansı bir real addım atmadı. Əvəzində, Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsilə torpaqlarımızın işğaldan azad edilməsinə nail oldu. 

Bizim.Media-ya açıqlamasında politoloq Tofiq Abbasov bildirir ki, BMT-dən gözləntilərimiz tam şəkildə özünü doğrultmayıb:

“BMT-yə üzv olmağımız sözsüz ki, vacib məqamdır. Ona böyük ehtiyac var idi. Çünki onun sayəsində Azərbaycan dünyada müstəqil dövlət kimi tanındı. Digər tərəfdən, BMT dünyaya mövqeyimizin çatdırılması baxımından mühüm tribunadır. Lakin bununla belə həmin qurumdan da gözləntilərimiz tam şəkildə özünü doğrultmadı.
Azərbaycan uzun illər ərzində BMT tribunasından istifadə etməklə sözünü desə də, əksər hallarda qurum bunu eşitməməzliyə vurdu və münaqişənin həlli istiqamətində real addım atmadı. Onlar Ermənistanın işğalçı siyasətinə hüqiqi və siyasi qiymət verməkdən yayındılar. Nəticədə Azərbaycan beynəlxalq hüququn təmin edilməsini öz üzərinə götürərək, ərazi bütövlüyünün təminatına nail oldu. BMT-də dostlarımızla yanaşı, bədxahlarımız da var. Bədxahlarımız olduğu yerdə Azərbaycan da mütləq olmalıdır. Çünki onların iftira, dağıdıcı mövqeyini görüb qiymətləndirməli və sözümüzü deməliyik”.  

Quruma üzv olan ölkələrin ödədiyi üzvlük haqqı təşkilatın inzibati xərclərinin qarşılanmasına, sülhməramlı missiyalara və təşkilatın fond və proqramlarının işinə yönəldilir.

Xatırladaq ki, BMT-nin büdcəsi təşkilata üzv olan dövlətlərin ödədiyi üzvlük haqqı hesabına formalaşır. Onların hər biri üçün üzvlük haqqının məbləği bir neçə meyar əsasında müəyyən edilir ki, bunlardan da başlıcası ölkənin ödəmə qabiliyyətidir.

Hesablanmış vəsait ölkələrin adambaşına düşən gəlirinin ümumdaxili məhsuldakı payına əsaslanır.

Aktual statistik məlumatlara əsaslanaraq, BMT-nin ödənişlərə görə Komitəsi hər üç ildən bir ödənişlər miqyasını nəzərdən keçirir.

İştirakçı ölkələrin siyahılarını üç əsas qrupa bölmək olar. Birincisi - müntəzəm ödənişlər adlanır, onlar ölkənin iqtisadi inkişaf səviyyəsinin göstəriciləri əsasında hesablanır: ölkə nə qədər zəngindirsə, bir o qədər çox ödəyir.

Yığılan vəsait ilk növbədə BMT-nin mərkəzi orqanlarının - Baş Assambleyanın, xüsusi komitələrin və katibliyin inzibati xərclərinin ödənilməsinə yönəldilir.

BMT-nin xərclərinin əhəmiyyətli hissəsi sülhməramlı missiyalara sərf olunur. Burada həmçinin ödənişlərin miqdarı ölkənin sərvətindən asılıdır, Təhlükəsizlik Şurasının daimi üzvləri isə əsas qərarların qəbul edilməsi imkanı üçün əlavə pul ödəyirlər.

Üçüncü kateqoriya könüllü ödənişlərdir. Bu pullar BMT-nin müxtəlif fondlarının və proqramlarının işinə yönəldilir.

BMT-yə ən çox üzvlük haqqı ödəyən üç ölkə ABŞ, Çin və Yaponiyadır. Onlardan sonra isə Almaniya, Böyük Britaniya, Fransa, İtaliya, Kanada, Cənubi Koreya, İspaniya, Avstraliya, Braziliya və Rusiyadır.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Məktəbəhazırlıq qruplarına qəbulun vaxtı AÇIQLANDI

Məktəbəhazırlıq qruplarına qəbulun vaxtı AÇIQLANDI

Hikmət Hacıyev "Tiktok" və "Linkedin" nümayəndələri ilə görüşdü – FOTO

Hikmət Hacıyev "Tiktok" və "Linkedin" nümayəndələri ilə görüşdü – FOTO

Rusiyanın Penza şəhərində benzin növbəsində dava – ANBAAN VİDEO

Rusiyanın Penza şəhərində benzin növbəsində dava – ANBAAN VİDEO

Sarı Aşığın “Gül dəftəri” kitabının IV nəşri təqdim olundu – FOTO

Sarı Aşığın “Gül dəftəri” kitabının IV nəşri təqdim olundu – FOTO

Prezident: “Belə avtomobillə heç yerə getmərəm” - VİDEO

Prezident: “Belə avtomobillə heç yerə getmərəm” - VİDEO

Banqkokda pabda yanğın: Ölənlərin sayı 27-yə çatdı – VİDEO

Banqkokda pabda yanğın: Ölənlərin sayı 27-yə çatdı – VİDEO

İraqli Kobaxidze Kaya Kallasın bəyanatını sərt tənqid etdi

İraqli Kobaxidze Kaya Kallasın bəyanatını sərt tənqid etdi

İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə BİR ARADA – VİDEO

İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə BİR ARADA – VİDEO

Aİ-də Rusiyaya qarşı 21-ci sanksiyalar paketi ilə bağlı FİKİR AYRILIĞI

Aİ-də Rusiyaya qarşı 21-ci sanksiyalar paketi ilə bağlı FİKİR AYRILIĞI

Azad edilmiş ərazilərdə daha 114 mina aşkarlandı

Azad edilmiş ərazilərdə daha 114 mina aşkarlandı

Tikinti ilə bağlı YENİ QAYDALAR – Mənzillər daha da BAHALAŞACAQ?

Tikinti ilə bağlı YENİ QAYDALAR – Mənzillər daha da BAHALAŞACAQ?

“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq - FOTO

“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq - FOTO

NASA-nın rəhbəri Baykonur kosmodromuna gəldi

NASA-nın rəhbəri Baykonur kosmodromuna gəldi

DÇ-2026: Fransa - İspaniya matçını o idarə edəcək

DÇ-2026: Fransa - İspaniya matçını o idarə edəcək

Putin Peskova “Rusiya Qəhrəmanı” adını VERDİ – FOTO

Putin Peskova “Rusiya Qəhrəmanı” adını VERDİ – FOTO

Bakıda mağazadan terminal oğurlandı - ANBAAN VİDEO

Bakıda mağazadan terminal oğurlandı - ANBAAN VİDEO

Bakıda avtobus sürücüsünün səhvi qəzaya səbəb olacaqdı – VİDEO

Bakıda avtobus sürücüsünün səhvi qəzaya səbəb olacaqdı – VİDEO

İsraildən İrana HÜCUM SİQNALI: "Orduya təlimatlar vermişik"

İsraildən İrana HÜCUM SİQNALI: "Orduya təlimatlar vermişik"

Bazar ertəsi günü xoş xəbər alacaq 5 BÜRC

Bazar ertəsi günü xoş xəbər alacaq 5 BÜRC

Rusiyanın Ukraynada məhv etdiyi mülki obyektlərin kadrları – FOTO/VİDEO

Rusiyanın Ukraynada məhv etdiyi mülki obyektlərin kadrları – FOTO/VİDEO

Azərbaycanda tələbə vəfat etdi – FOTO

Azərbaycanda tələbə vəfat etdi – FOTO

IV Şuşa Qlobal Media Forumunun açılış mərasimindən YADDA QALANLAR – VİDEO

IV Şuşa Qlobal Media Forumunun açılış mərasimindən YADDA QALANLAR – VİDEO

Polkovnik BYD aldı, işə düşdü: “Tapa bilmirəm”

Polkovnik BYD aldı, işə düşdü: “Tapa bilmirəm”

Elektron reseptlə bağlı yeni TƏKLİF

Elektron reseptlə bağlı yeni TƏKLİF

End of content

No more pages to load

RADİO