Azərbaycanın sədrliyi ilə İƏT Daimi Nümayəndələr Şurasının iclası keçirilib - FOTO  

Azərbaycanın İqtisadi Əməkdaşlıq Təşkilatında (İƏT) sədrliyi çərçivəsində Daimi Nümayəndələr Şurasının 273-cü iclası keçirilib.

Bizim.Media bu barədə Xarici İşlər Nazirliyindən bildirilib.

Tədbir Azərbaycan Respublikasının İran İslam Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Əli Əlizadənin sədrliyi, İƏT-in Baş katibi Xusrov Nozirinin və İƏT üzv dövlətlərinin Tehrandakı diplomatik nümayəndəliklərinin rəhbərlərinin iştirakı ilə hibrid formatda baş tutub.
İclasın əvvəlində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə qarşı həyata keçirilmiş terror hücumu zamanı şəhid olmuş səfirlik əməkdaşının və Türkiyədə baş vermiş zəlzələ nəticəsində həyatını itirənlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

İclasda İƏT Nazirlər Şurasının cari ilin 24 yanvar tarixində Daşkənd şəhərində keçirilmiş 26-cı iclasının nəticələri müzakirə edilib və təşkilatın cari ildə Bakıda keçirilməsi planlaşdırılan 27-ci Nazirlər Şurasının iclası, eləcə də Özbəkistanda keçiriləcək 16-cı zirvə görüşünə hazırlıqla bağlı məsələlər müzakirə olunub.

Ölkəmizin təşəbbüsü ilə iclasın gündəliyinə təşkilata cari ildə olan sədrliyimizin həyata keçirilməsi ilə bağlı mövcud vəziyyətə dair yeni bənd daxil edilib.

Qeyd olunan bəndin müzakirəsi zamanı Azərbaycan nümayəndə heyəti cari ilin 27 yanvar tarixində Azərbaycanın İrandakı Səfirliyinə qarşı törədilmiş terror hücumu ilə bağlı məlumat verib.

Terror aktını təşkil edənlərin və törədənlərin tezliklə müəyyənləşdirilərək məsuliyyətə cəlb edilməsi, eləcə də ev sahibi ölkə İran İslam Respublikası tərəfindən Diplomatik əlaqələr haqqında Vyana Konvensiyasından irəli gələn öhdəliklərin yerinə yetirilməsinin, diplomatik nümayəndəliklərin mühafizəsi və təhlükəsizliyinin təmin edilməsinin zəruriliyi üzv dövlətlərin nümayəndələrinin diqqətinə çatdırılıb.

Bu xüsusda, İranın həmçinin İƏT qərargahına ev sahibliyi etdiyi vurğulanmaqla, İƏT Katibliyinin və İƏT üzv dövlətlərinin diplomatik toxunulmazlıqlarının təmin edilməsinin vacibliyi önə çəkilib.

Eyni zamanda diqqətə çatdırılıb ki, terror hücumu nəticəsində səfirliyimizin Tehrandan təxliyə edilməsi ilə əlaqədar İƏT DNŞ-nın iclaslarına fiziki olaraq sədrlik edilməsində məhdudiyyətlərin yarandığına baxmayaraq, 2023-cü ildə İƏT-ə sədrliyimiz çərçivəsində Azərbaycannın ev sahibliyi ilə təşkil edilməsi planlaşdırılan tədbirlərin həyata keçirilməsi və sədrliyimizdən irəli gələn digər öhdəliklərin icrası tam təmin ediləcəkdir.
İclasın sonunda Daimi Nümayəndələr Şurasının növbəti iclasının razılaşdırılmış tarixləri barədə iştirakçılara məlumat verilib.

Bizim.Media



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Sabahdan MİQ imtahanları BAŞLAYIR

Sabahdan MİQ imtahanları BAŞLAYIR

Pulu maqnit kimi çəkən 5 bürc

Pulu maqnit kimi çəkən 5 bürc

"Qarabağ"da gözlənilməz ayrılıq - FOTO

"Qarabağ"da gözlənilməz ayrılıq - FOTO

Məşhur belçikalı avtomobil dizayneri Rusiya vətəndaşlığı ALDI

Məşhur belçikalı avtomobil dizayneri Rusiya vətəndaşlığı ALDI

Avropa İttifaqında RƏQƏMSAL İNQİLAB – Uşaqlar üçün sosial şəbəkələr qadağan edilir

Avropa İttifaqında RƏQƏMSAL İNQİLAB – Uşaqlar üçün sosial şəbəkələr qadağan edilir

ADY-də SİMA İmzadan istifadə edən sərnişinlərin sayı 9 mini ÖTDÜ – FOTO

ADY-də SİMA İmzadan istifadə edən sərnişinlərin sayı 9 mini ÖTDÜ – FOTO

Alkoqolu dayandırdıqdan sonra bədən belə dəyişir

Alkoqolu dayandırdıqdan sonra bədən belə dəyişir

Bu ilin 6 ayında ölkədə 5 tondan çox narkotik AŞKARLANIB

Bu ilin 6 ayında ölkədə 5 tondan çox narkotik AŞKARLANIB

Səudiyyə Ərəbistanı Yəməndə hava limanına zərbə endirdi – VİDEO

Səudiyyə Ərəbistanı Yəməndə hava limanına zərbə endirdi – VİDEO

İki gün geomaqnit qasırğası OLACAQ

İki gün geomaqnit qasırğası OLACAQ

Azərbaycanda dövlət qurumu ləğv edildi

Azərbaycanda dövlət qurumu ləğv edildi

Balıqçılıqla məşğul olanların NƏZƏRİNƏ – Nəzarət mexanizmi ilə bağlı YENİLİK

Balıqçılıqla məşğul olanların NƏZƏRİNƏ – Nəzarət mexanizmi ilə bağlı YENİLİK

Rafael Ağayevə ağır itki

Rafael Ağayevə ağır itki

Məktəbəhazırlıq qruplarına qəbulun vaxtı AÇIQLANDI

Məktəbəhazırlıq qruplarına qəbulun vaxtı AÇIQLANDI

Hikmət Hacıyev "Tiktok" və "Linkedin" nümayəndələri ilə görüşdü – FOTO

Hikmət Hacıyev "Tiktok" və "Linkedin" nümayəndələri ilə görüşdü – FOTO

Rusiyanın Penza şəhərində benzin növbəsində dava – ANBAAN VİDEO

Rusiyanın Penza şəhərində benzin növbəsində dava – ANBAAN VİDEO

Sarı Aşığın “Gül dəftəri” kitabının IV nəşri təqdim olundu – FOTO

Sarı Aşığın “Gül dəftəri” kitabının IV nəşri təqdim olundu – FOTO

Prezident: “Belə avtomobillə heç yerə getmərəm” - VİDEO

Prezident: “Belə avtomobillə heç yerə getmərəm” - VİDEO

Banqkokda pabda yanğın: Ölənlərin sayı 27-yə çatdı – VİDEO

Banqkokda pabda yanğın: Ölənlərin sayı 27-yə çatdı – VİDEO

İraqli Kobaxidze Kaya Kallasın bəyanatını sərt tənqid etdi

İraqli Kobaxidze Kaya Kallasın bəyanatını sərt tənqid etdi

İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə BİR ARADA – VİDEO

İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə BİR ARADA – VİDEO

Aİ-də Rusiyaya qarşı 21-ci sanksiyalar paketi ilə bağlı FİKİR AYRILIĞI

Aİ-də Rusiyaya qarşı 21-ci sanksiyalar paketi ilə bağlı FİKİR AYRILIĞI

Azad edilmiş ərazilərdə daha 114 mina aşkarlandı

Azad edilmiş ərazilərdə daha 114 mina aşkarlandı

Tikinti ilə bağlı YENİ QAYDALAR – Mənzillər daha da BAHALAŞACAQ?

Tikinti ilə bağlı YENİ QAYDALAR – Mənzillər daha da BAHALAŞACAQ?

End of content

No more pages to load

RADİO