Ceyhun Bayramov Səudiyyə Ərəbistanı xarici işlər nazirinin müavini ilə GÖRÜŞDÜ - FOTO

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bakıda keçiriləcək Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə Görüşü çərçivəsində ölkəmizdə səfərdə olan Səudiyyə Ərəbistanı xarici işlər nazirinin müavini Valid bin Abdulkərim Əl-Xureyci ilə görüşüb.

Bizim.Media xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Görüşdə ölkələrimiz arasında tarixi və dini cəhətdən bir çox ortaq cəhətlərin olduğu vurğulanaraq Azərbaycanın bu əlaqələrin inkişafına və müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsinə xüsusi önəm verdiyi diqqətə çatdırılıb.
 

MÖVZU İLƏ BAĞLI:

XİN Ceyhun Bayramov və Lavrovun görüşü barədə MƏLUMAT YAYDI 


Diplomatik əlaqələrin qurulmasından ötən 30 il müddətdə iki ölkə arasında münasibətlərin müsbət dinamika ilə inkişaf etdiyi qeyd olunaraq bu gün ölkələrimiz arasında siyasi dialoqun yüksək səviyyədə olmasından məmnunluq ifadə olunub.

Bu xüsusda, ali və yüksək səviyyəli təmasların, o cümlədən qarşılıqlı səfərlərin əhəmiyyətindən bəhs edilərək bu kimi təmasların münasibətlərin keyfiyyətcə yeni mərhələyə qədəm qoymasına zəmin yaratdığı bildirilib.

Görüşdə iki ölkə arasında ikitərəfli tərəfdaşlıqla yanaşı, regional və beynəlxalq formatlarda faydalı əməkdaşlığın mövcud olduğunu vurğulayan nazir Ceyhun Bayramov beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyin davam etdirilməsinin vacibliyini vurğulayıb.

Bu xüsusda, Səudiyyə Ərəbistanının, xüsusilə də BMT və İƏT çərçivəsində ölkəmizin ərazi bütövlüyünə və suverenliyinə dəstəyi yüksək qiymətləndirilib.

Nazir Ceyhun Bayramov iki ölkə arasında iqtisadi əməkdaşlığın prioritet istiqamətləri kimi enerji, kənd təsərrüfatı, turizm, alternativ enerji sahələrində mövcud əməkdaşlıq imkanlarından bəhs edib, qeyd olunan sahələr üzrə birgə uğurlu layihələrin həyata keçirildiyini, bu işlərin genişləndirilməsi üçün geniş perspektivlərin olduğunu vurğulayıb.

Görüşdə, həmçinin Azərbaycanın Ermənistanla sülh prosesi istiqamətində atdığı addımlar və təşəbbüslər, işğaldan azad olunmuş ərazilərimizdə bərpa-quruculuq işləri, həyata keçirilən irimiqyaslı layihələr barədə qarşı tərəf məlumatlandırılıb.

Nazir Ceyhun Bayramov ölkəmizin Qoşulmama Hərəkatına uğurlu sədrliyindən bəhs edərək COVID-19 üzrə Qoşulmama Hərəkatının Əlaqə Qrupu Zirvə görüşünün əhəmiyyətini vurğulayıb.
Görüşdə tərəflər, həmçinin ikitərəfli və regional əməkdaşlıq gündəliyində duran digər məsələlər ətrafında fikir mübadiləsi aparıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Sabahdan MİQ imtahanları BAŞLAYIR

Sabahdan MİQ imtahanları BAŞLAYIR

Pulu maqnit kimi çəkən 5 bürc

Pulu maqnit kimi çəkən 5 bürc

"Qarabağ"da gözlənilməz ayrılıq - FOTO

"Qarabağ"da gözlənilməz ayrılıq - FOTO

Məşhur belçikalı avtomobil dizayneri Rusiya vətəndaşlığı ALDI

Məşhur belçikalı avtomobil dizayneri Rusiya vətəndaşlığı ALDI

Avropa İttifaqında RƏQƏMSAL İNQİLAB – Uşaqlar üçün sosial şəbəkələr qadağan edilir

Avropa İttifaqında RƏQƏMSAL İNQİLAB – Uşaqlar üçün sosial şəbəkələr qadağan edilir

ADY-də SİMA İmzadan istifadə edən sərnişinlərin sayı 9 mini ÖTDÜ – FOTO

ADY-də SİMA İmzadan istifadə edən sərnişinlərin sayı 9 mini ÖTDÜ – FOTO

Alkoqolu dayandırdıqdan sonra bədən belə dəyişir

Alkoqolu dayandırdıqdan sonra bədən belə dəyişir

Bu ilin 6 ayında ölkədə 5 tondan çox narkotik AŞKARLANIB

Bu ilin 6 ayında ölkədə 5 tondan çox narkotik AŞKARLANIB

Səudiyyə Ərəbistanı Yəməndə hava limanına zərbə endirdi – VİDEO

Səudiyyə Ərəbistanı Yəməndə hava limanına zərbə endirdi – VİDEO

İki gün geomaqnit qasırğası OLACAQ

İki gün geomaqnit qasırğası OLACAQ

Azərbaycanda dövlət qurumu ləğv edildi

Azərbaycanda dövlət qurumu ləğv edildi

Balıqçılıqla məşğul olanların NƏZƏRİNƏ – Nəzarət mexanizmi ilə bağlı YENİLİK

Balıqçılıqla məşğul olanların NƏZƏRİNƏ – Nəzarət mexanizmi ilə bağlı YENİLİK

Rafael Ağayevə ağır itki

Rafael Ağayevə ağır itki

Məktəbəhazırlıq qruplarına qəbulun vaxtı AÇIQLANDI

Məktəbəhazırlıq qruplarına qəbulun vaxtı AÇIQLANDI

Hikmət Hacıyev "Tiktok" və "Linkedin" nümayəndələri ilə görüşdü – FOTO

Hikmət Hacıyev "Tiktok" və "Linkedin" nümayəndələri ilə görüşdü – FOTO

Rusiyanın Penza şəhərində benzin növbəsində dava – ANBAAN VİDEO

Rusiyanın Penza şəhərində benzin növbəsində dava – ANBAAN VİDEO

Sarı Aşığın “Gül dəftəri” kitabının IV nəşri təqdim olundu – FOTO

Sarı Aşığın “Gül dəftəri” kitabının IV nəşri təqdim olundu – FOTO

Prezident: “Belə avtomobillə heç yerə getmərəm” - VİDEO

Prezident: “Belə avtomobillə heç yerə getmərəm” - VİDEO

Banqkokda pabda yanğın: Ölənlərin sayı 27-yə çatdı – VİDEO

Banqkokda pabda yanğın: Ölənlərin sayı 27-yə çatdı – VİDEO

İraqli Kobaxidze Kaya Kallasın bəyanatını sərt tənqid etdi

İraqli Kobaxidze Kaya Kallasın bəyanatını sərt tənqid etdi

İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə BİR ARADA – VİDEO

İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə BİR ARADA – VİDEO

Aİ-də Rusiyaya qarşı 21-ci sanksiyalar paketi ilə bağlı FİKİR AYRILIĞI

Aİ-də Rusiyaya qarşı 21-ci sanksiyalar paketi ilə bağlı FİKİR AYRILIĞI

Azad edilmiş ərazilərdə daha 114 mina aşkarlandı

Azad edilmiş ərazilərdə daha 114 mina aşkarlandı

Tikinti ilə bağlı YENİ QAYDALAR – Mənzillər daha da BAHALAŞACAQ?

Tikinti ilə bağlı YENİ QAYDALAR – Mənzillər daha da BAHALAŞACAQ?

End of content

No more pages to load

RADİO