Lavrovun Bakı səfərinin PƏRDƏARXASI – “Laçın yoluna birgə nəzarətlə bağlı razılıq əldə edilib”

Xəbər verdiyimiz kimi, Rusiyanın xarici işlər naziri Sergey Lavrov 27-28 fevral tarixlərində Azərbaycanda rəsmi səfərdə olub. Fevralın 27-də Prezident İlham Əliyevlə görüşən rusiyalı nazir, növbəti gün azərbaycanlı həmkarı Ceyhun Bayramovla müzakirələrdə iştirak edib.

Lavrovun Ceyhun Bayramovla birgə mətbuat konfransında səsləndirdiyi fikirlər isə xüsusilə diqqət çəkib. Belə ki, Rusiya XİN başçısı Azərbaycan-Ermənistan danışıqları prosesi ilə bağlı daha çox rəsmi Bakının maraqlarına uyğun açıqlamalarla yadda qalıb.

Bəs, Lavrovun Bakı səfəri Azərbaycan-Ermənistan sülh danışıqlarının seyrinə necə təsir göstərəcək?

Mövzunu Bizim.Media üçün şərh edən politoloq Amid Əliyev qeyd edib ki, Lavrovun bu dəfəki səfəri bölgə üzrə bəzi məsələlərdə Azərbaycanın haqlı mövqeyini dəstəkləməyə və eyni zamanda bir sıra məqamlarla bağlı razılığa gəlməyə hədəflənmişdi:
 

MÖVZU İLƏ BAĞLI:

Lavrov Azərbaycanın Ermənistana qarşı məhkəmə iddiasını dəyərləndirdi


“Birincisi, Rusiyanı narahat edən əsas məqam Avropa İttifaqının Ermənistanda fəaliyyət göstərən missiyasıdır ki, bu məsələdə Moskvanın rəsmi mövqeyi Azərbaycanla üst-üstə düşür.

İkinci məsələ isə Laçın yolu ilə bağlı olan məsələdir ki, Rusiya bu yolda Azərbaycana məxsus nəzarət-buraxılış məntəqəsinin qurulması məsələsinə heç də isti yanaşmır. Çünki 10 noyabr bəyanatına əsaaən bu funksiyanı Rusiya sülhməramlıları daşıyır və Lavrov da açıqlamalarında sözügedən məsələni bir daha xatırlatdı. 

Lakin, yolun təyinatı üzrə istifadə edilməməsi ilə bağlı müəyyən texniki nəzarətin təmin edilə bilməsi məsələsi də müzakirə edilib və çox güman ki, razılıq əldə edilib. İndiki məqamda Rusiya bu məsələdə Azərbaycanla razılaşmalıdır. Bu həm də Emənistan və Avropa İttifaqına bir mesaj kimi də qiymətləndirilə bilər”.

Politoloq Lavrovun gələcəkdə Rusiyanın moderatorluğu ilə keçirilə biləcək görüşlərlə bağlı açıqlamalarına da diqqət çəkib:

“Lavrov çıxışında Azərbaycan və Ermənistan arasında növbəti görüşün baş tutmasına Moskvanın hazır olduğunu, lakin bu məsələdə təkid etməyəcəklərini də bildirdi. Buradan da aydın olur ki, artıq tərəflər Qərbin moderatorluğu iıə bir sıra məsələlərdə razılıq əldə edib və Moskvada XİN və ya birgə komissiya rəhbərlərinin görüşü baş tuta bilər. Burda əsas məsələ tərəflərin Rusiyanın vasitəçiliyi ilə təşkil olunan görüşlərdə iştirak etməkdə maraqlı olmamasıdır. Həm Azərbaycan, həm də Ermənistan Qərb narrativi əsasında danışıqların aparılmasının tərəfdarıdır. Bu yanaşma isə müxtəlif mətnaltı mesajlarla Rusiya tərəfinə ötürülür”.

Amid Əliyev vurğulayıb ki, əgər bu il ərzində Ermənistan Rusiyanın təzyiqlərinə tab gətirə bilsə və siyasi iradə nümayiş etdirsə, sülh sazişinin imzalanmasını gözləmək olar: 

“Təbii ki, Rusiya tərəfindən bölgədə bunu poza biləcək təxribatlar və yeni planlar işə salınmasa...”

Murad Əhmədov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Sabahdan MİQ imtahanları BAŞLAYIR

Sabahdan MİQ imtahanları BAŞLAYIR

Pulu maqnit kimi çəkən 5 bürc

Pulu maqnit kimi çəkən 5 bürc

"Qarabağ"da gözlənilməz ayrılıq - FOTO

"Qarabağ"da gözlənilməz ayrılıq - FOTO

Məşhur belçikalı avtomobil dizayneri Rusiya vətəndaşlığı ALDI

Məşhur belçikalı avtomobil dizayneri Rusiya vətəndaşlığı ALDI

Avropa İttifaqında RƏQƏMSAL İNQİLAB – Uşaqlar üçün sosial şəbəkələr qadağan edilir

Avropa İttifaqında RƏQƏMSAL İNQİLAB – Uşaqlar üçün sosial şəbəkələr qadağan edilir

ADY-də SİMA İmzadan istifadə edən sərnişinlərin sayı 9 mini ÖTDÜ – FOTO

ADY-də SİMA İmzadan istifadə edən sərnişinlərin sayı 9 mini ÖTDÜ – FOTO

Alkoqolu dayandırdıqdan sonra bədən belə dəyişir

Alkoqolu dayandırdıqdan sonra bədən belə dəyişir

Bu ilin 6 ayında ölkədə 5 tondan çox narkotik AŞKARLANIB

Bu ilin 6 ayında ölkədə 5 tondan çox narkotik AŞKARLANIB

Səudiyyə Ərəbistanı Yəməndə hava limanına zərbə endirdi – VİDEO

Səudiyyə Ərəbistanı Yəməndə hava limanına zərbə endirdi – VİDEO

İki gün geomaqnit qasırğası OLACAQ

İki gün geomaqnit qasırğası OLACAQ

Azərbaycanda dövlət qurumu ləğv edildi

Azərbaycanda dövlət qurumu ləğv edildi

Balıqçılıqla məşğul olanların NƏZƏRİNƏ – Nəzarət mexanizmi ilə bağlı YENİLİK

Balıqçılıqla məşğul olanların NƏZƏRİNƏ – Nəzarət mexanizmi ilə bağlı YENİLİK

Rafael Ağayevə ağır itki

Rafael Ağayevə ağır itki

Məktəbəhazırlıq qruplarına qəbulun vaxtı AÇIQLANDI

Məktəbəhazırlıq qruplarına qəbulun vaxtı AÇIQLANDI

Hikmət Hacıyev "Tiktok" və "Linkedin" nümayəndələri ilə görüşdü – FOTO

Hikmət Hacıyev "Tiktok" və "Linkedin" nümayəndələri ilə görüşdü – FOTO

Rusiyanın Penza şəhərində benzin növbəsində dava – ANBAAN VİDEO

Rusiyanın Penza şəhərində benzin növbəsində dava – ANBAAN VİDEO

Sarı Aşığın “Gül dəftəri” kitabının IV nəşri təqdim olundu – FOTO

Sarı Aşığın “Gül dəftəri” kitabının IV nəşri təqdim olundu – FOTO

Prezident: “Belə avtomobillə heç yerə getmərəm” - VİDEO

Prezident: “Belə avtomobillə heç yerə getmərəm” - VİDEO

Banqkokda pabda yanğın: Ölənlərin sayı 27-yə çatdı – VİDEO

Banqkokda pabda yanğın: Ölənlərin sayı 27-yə çatdı – VİDEO

İraqli Kobaxidze Kaya Kallasın bəyanatını sərt tənqid etdi

İraqli Kobaxidze Kaya Kallasın bəyanatını sərt tənqid etdi

İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə BİR ARADA – VİDEO

İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə BİR ARADA – VİDEO

Aİ-də Rusiyaya qarşı 21-ci sanksiyalar paketi ilə bağlı FİKİR AYRILIĞI

Aİ-də Rusiyaya qarşı 21-ci sanksiyalar paketi ilə bağlı FİKİR AYRILIĞI

Azad edilmiş ərazilərdə daha 114 mina aşkarlandı

Azad edilmiş ərazilərdə daha 114 mina aşkarlandı

Tikinti ilə bağlı YENİ QAYDALAR – Mənzillər daha da BAHALAŞACAQ?

Tikinti ilə bağlı YENİ QAYDALAR – Mənzillər daha da BAHALAŞACAQ?

End of content

No more pages to load

RADİO