5 Avropa ölkəsinin NƏZARƏT PUNKTU - ATƏT 31 ildə Azərbaycana nə verib? 

Azərbaycanın ATƏT-ə üzv olmasından 31 il ötür. 1992-ci ilin martın 1-də Azərbaycan bu təşkilatın bərabərhüquqlu üzvü olur. Həmin ilin martın 24-də isə Dağlıq Qarabağ münaqişəsinin həllinə nail olmaq üçün ATƏT-in Minsk qrupu yaradılır. 

ATƏT-in elan etdiyi əsas prinsiplər 1975-ci ildə imzalanmış Helsinki Yekun Aktında əks olunub. Hansı ki, burada da sərhədlərin toxunulmazlığı, dövlətlərin ərazi bütövlüyü ön sırada yer alır. 

Lakin buna baxmayaraq, 28 il ərzində ATƏT və onun yaratdığı Minsk qrupu Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi, torpaqlarımızın işğalına son qoyulması istiqamətində hər hansı bir real addım atmadı.

Əksinə, Minsk qrupu bu illər ərzində bütün cəhdlərilə çalışırdı ki, münaqişə dondurulmuş vəziyyətdə qalsın və həll olunmasın. Bunun nəticəsidir ki, Azərbaycanda ATƏT-in Minsk qrupu, eləcə də qurumun özünə olan etimad sıfıra bərabərdir. Minsk qrupunun həll etməli olduğu, amma həll etmədiyi məsələni Azərbaycan Ordusu 2020-ci ilin 44 günlük müharibəsi dövründə öz gücü ilə həll etməli oldu.

Bununla da sözügedən təşkilatın heç bir real işə yaramadığı bütün çılpaqlığı ilə üzə çıxdı.

Ümumiyyətlə hadisələrin gedişi göstərir ki, ATƏT və onun yaratdığı alt qurumlar münaqişə və konfliktləri həll etmək gücündə və marağında deyil. Bu da ondan irəli gəlir ki, quruma üzv olan əsas güc mərkəzləri hər zaman öz maraqlarını önə çəkməyə çalışıblar. Bunun nəticəsində də qurumun elan etdiyi bəşəri prinsiplər və onların həyata keçirilməsi ikinci plana keçib. Əslində ATƏT-in üzvü olan 5 Avropa ölkəsi digər üzv ölkələri özündən asılı vəziyyətdə saxlamaq, onların əl-qolunu bağlamaqla məşğuldur. 
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycan Laçın yolundakı vəziyyətlə bağlı ATƏT Daimi Şurasını məlumatlandırdı


Azərbaycan ötən 31 ildə ATƏT-ə üzv olmaqla nə əldə edib?

Bizim.Media-ya açıqlama verən politoloq Amid Əliyev bildirir ki, ATƏT səmərəsiz qurum olduğunu Qarabağ münaqişəsinin həlli prosesində əyani şəkildə sübut edib:

“30 il ərzində Qarabağ münaqişənin həlli ATƏT-ə etibar edildi. Lakin bu illər ərzində yalnız bölgəyə yersiz səfərlər və nümayəndələrin dəfələrlə dəyişməsindən başqa heç bir nəticənin şahidi olmadıq. Münaqişənin həllilə bağlı qurum tərəfindən 3 təklif irəli sürülmüşdü. Lakin bu təkliflər Azərbaycanın milli mənafeyinə cavab verən təkliflər deyildi. ATƏT-in Minsk qrupunun həmsədri olan hər 3 dövlət əslində münaqişənin həllində maraqlı olmadıqlarını ortaya qoydu.

Belə ki, ötən ilər ərzində məsələnin həlli istiqamətində ciddi təklif və qərarların verilməsi lazım gələndə, həmsədrlər hər zaman İrəvanı müdafiə edib. Belədə, Azərbaycanı güzəştlərə getməyə məcbur etməyə çalışırdılar.


Bu amilin özü göstərir ki, ATƏT-in Azərbaycanla bağlı 30 illik fəaliyyəti tamamilə yarıtmaz bir fəaliyyət kimi yadda qaldı. Qurum münaqişənin həlli, humanitar və texniki məsələlərin həlli istiqamətində heç bir real addım atmadı. Belə yarıtmaz fəaliyyətin nəticəsidir ki, bu gün ATƏT prosesdən kənar saxlanılıb. ATƏT bu məsələdə öz səriştəliyi və peşəkarlığını itirib”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Sabahdan MİQ imtahanları BAŞLAYIR

Sabahdan MİQ imtahanları BAŞLAYIR

Pulu maqnit kimi çəkən 5 bürc

Pulu maqnit kimi çəkən 5 bürc

"Qarabağ"da gözlənilməz ayrılıq - FOTO

"Qarabağ"da gözlənilməz ayrılıq - FOTO

Məşhur belçikalı avtomobil dizayneri Rusiya vətəndaşlığı ALDI

Məşhur belçikalı avtomobil dizayneri Rusiya vətəndaşlığı ALDI

Avropa İttifaqında RƏQƏMSAL İNQİLAB – Uşaqlar üçün sosial şəbəkələr qadağan edilir

Avropa İttifaqında RƏQƏMSAL İNQİLAB – Uşaqlar üçün sosial şəbəkələr qadağan edilir

ADY-də SİMA İmzadan istifadə edən sərnişinlərin sayı 9 mini ÖTDÜ – FOTO

ADY-də SİMA İmzadan istifadə edən sərnişinlərin sayı 9 mini ÖTDÜ – FOTO

Alkoqolu dayandırdıqdan sonra bədən belə dəyişir

Alkoqolu dayandırdıqdan sonra bədən belə dəyişir

Bu ilin 6 ayında ölkədə 5 tondan çox narkotik AŞKARLANIB

Bu ilin 6 ayında ölkədə 5 tondan çox narkotik AŞKARLANIB

Səudiyyə Ərəbistanı Yəməndə hava limanına zərbə endirdi – VİDEO

Səudiyyə Ərəbistanı Yəməndə hava limanına zərbə endirdi – VİDEO

İki gün geomaqnit qasırğası OLACAQ

İki gün geomaqnit qasırğası OLACAQ

Azərbaycanda dövlət qurumu ləğv edildi

Azərbaycanda dövlət qurumu ləğv edildi

Balıqçılıqla məşğul olanların NƏZƏRİNƏ – Nəzarət mexanizmi ilə bağlı YENİLİK

Balıqçılıqla məşğul olanların NƏZƏRİNƏ – Nəzarət mexanizmi ilə bağlı YENİLİK

Rafael Ağayevə ağır itki

Rafael Ağayevə ağır itki

Məktəbəhazırlıq qruplarına qəbulun vaxtı AÇIQLANDI

Məktəbəhazırlıq qruplarına qəbulun vaxtı AÇIQLANDI

Hikmət Hacıyev "Tiktok" və "Linkedin" nümayəndələri ilə görüşdü – FOTO

Hikmət Hacıyev "Tiktok" və "Linkedin" nümayəndələri ilə görüşdü – FOTO

Rusiyanın Penza şəhərində benzin növbəsində dava – ANBAAN VİDEO

Rusiyanın Penza şəhərində benzin növbəsində dava – ANBAAN VİDEO

Sarı Aşığın “Gül dəftəri” kitabının IV nəşri təqdim olundu – FOTO

Sarı Aşığın “Gül dəftəri” kitabının IV nəşri təqdim olundu – FOTO

Prezident: “Belə avtomobillə heç yerə getmərəm” - VİDEO

Prezident: “Belə avtomobillə heç yerə getmərəm” - VİDEO

Banqkokda pabda yanğın: Ölənlərin sayı 27-yə çatdı – VİDEO

Banqkokda pabda yanğın: Ölənlərin sayı 27-yə çatdı – VİDEO

İraqli Kobaxidze Kaya Kallasın bəyanatını sərt tənqid etdi

İraqli Kobaxidze Kaya Kallasın bəyanatını sərt tənqid etdi

İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə BİR ARADA – VİDEO

İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə BİR ARADA – VİDEO

Aİ-də Rusiyaya qarşı 21-ci sanksiyalar paketi ilə bağlı FİKİR AYRILIĞI

Aİ-də Rusiyaya qarşı 21-ci sanksiyalar paketi ilə bağlı FİKİR AYRILIĞI

Azad edilmiş ərazilərdə daha 114 mina aşkarlandı

Azad edilmiş ərazilərdə daha 114 mina aşkarlandı

Tikinti ilə bağlı YENİ QAYDALAR – Mənzillər daha da BAHALAŞACAQ?

Tikinti ilə bağlı YENİ QAYDALAR – Mənzillər daha da BAHALAŞACAQ?

End of content

No more pages to load

RADİO