Sumqayıt QATİLİ Eduard Qriqoryan harada gizlənir? - ARAŞDIRMA

Bədnam Sumqayıt hadisələrindən bizi 35 illik zaman fasiləsi ayırır. Lakin, ötən 35 ildə Sumqayıt hadisələrinə tam aydınlıq gətirilməyib. Hələ də qaranlıq və ziddiyyətli məqamlar qalmaqdadır. Çünki, uzun illər və bu gün də ermənilər Sumqayıtda baş verənləri Azərbaycanlıların etnik təmizləmə siyasəti kimi təqdim edirlər. Üstəlik, Sumqayıt hadisələrinin biələvasiətə təşkilatçısı Eduard Qriqoryanı milli qəhrəman səviyyəsinə qaldırırlar. 

Bəs, Eduard Qriqoryan kimdir?

Eduard Qriqoryan 16 dekabr 1959-cu ildə Azərbaycan SSR-in Sumqayıt şəhərində anadan olub. Milliyyətcə erməni olan bu dığa hadisələrə qədər Sumqayıt şəhəri Sülh küçəsi, ev 19/13, mənzil 20 ünvanında pasport qeydiyyatında olub. Bir müddət çilingər işləyib. Amma 28 fevral 1988-ci ilə qədər 3 dəfə məhkumluq həyatı yaşayıb. 17 dekabr 1976-cı ildə cəmi 17 yaşındaykən cinayət törədib və 3 il azadlıqdan şərti məhrumetmə cəzası alıb. 30 yanvar 1981-ci ildə isə ikinci dəfə əmək haqqının 20 faizi tutulmaqla 1 il islah işlərinə cəlb edilib.  

5 aprel 1982-ci ildə də üçüncü dəfə cinayət törədib və 5 il 2 ay 13 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Azadlığa çıxdıqdan az sonra Sumqayıt hadisələrinə qarışıb. 

Eduard Qriqoryanın "Sumqayıt qırğınları" proqramının icraçılarından birincisi idi. Bu erməni şahidllərinin ifadələri əsasında sübut olunub. Həmin hadisələr zamanı öldürülən 26 ermənidən 6-sı biləvasəti onun qurbanlarıdır. Bundan əlavə o 8 erməni qadınını da zorlayıb.

Hadisələrin sonrakı inkişafı göstərdi ki, Qriqoryan SSRİ “KQB”-nin layihəsi imiş. Bu cinayətkar ünsürü yaxşıca “verbirovka” edən “KQB” fevralın 27-dən 28-ə keçən gecə Sumqayıtda dəhşətli hadisələri törətməklə milli zəmində yeni münaqişə ocağı yaratdı. Təsadüfi deyil ki, 6 ermənini öldürən Qriqoryana o zaman cəmi 12 il həbs cəzası verildi. Üstəlik, o səzasının cəmi 2 ilini çəkdi. Sonradan azad olundu.
 

MÖVZU İLƏ BAĞLI:

Sumqayıt hadisələrindən 35 il ötür – FOTO


Bəs, bu qatil indi haradadır?

Ən son məlumatlara görə bu cəllad Rusiyanın paytaxtı Moskvanın yaxınlığındakı Sergiyev Posad şəhərində, beşmərtəbəli yaşayış binasındakı mənzillərdən birində məskunlaşıb.

Bildiyimiz kimi 1991-ci ildə cəza müddətinin çəkilməsi üçün Ermənistana göndərilən Qriqoryan az sonra həbsdən azad olunur və o, Ermənistanda bir müddət qaldıqdan sonra Rusiyaya yollanır.

Onun 2014-cü ildən başlayaraq sosial şəbəkələrdə fotoları yayılıb. Yayılan fotolarda o çox xoşbəxt pozlar verib. 

Eduard Qriqoryanın məhz Rusiyada və Moskva yaxınlığında yaşaması çox mətləblərdən xəbər verir. Ən əsası bu fakt onu göstərir ki, SSRİ-nin hüquqi varisi olan Rusiya Federasiyası öz agentini göz qabağında saxlayır. Onun bütün ehtiyaclarını qarşılayan Rusiyanın Xüsusi Xidmət orqanları ehtiyat edir ki, Qriqoryan bu ölkədən qaçar və vaxtilə təşkilatçısı olduğu qətliam barədə əsl həqiqətləri söyləyə bilər. Ona görə də bu gün də Qriqoryan nəzarət altındadır.
 

Xatırladaq ki, Azərbaycanın Baş Prokurorluğu tərəfindən 2015-ci ildə onun Cinayət Məcəlləsinin milli və irqi hüquq bərabərliyinin pozulma, kütləvi iğtişaş, xüsusi amansızlıq və zorlamaqla əlaqədar qəsdən adamöldürmə, bir qrup şəxs tərəfindən zorlama maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə qərar çıxarılıb.


Nəsimi Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilərək “İnterpol” xətti ilə axtarışı elan edilib. Bu haqda xəbər tutan Qriqoryanın uzun müddət yaşadığı Sergiyev Posad şəhərini ailəsi ilə birgə tərk edir. Hazırda harada yaşadığı gizlədilir.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Mobil telefona görə qəbul imtahanına buraxılmayan gənc İTKİN DÜŞDÜ

Mobil telefona görə qəbul imtahanına buraxılmayan gənc İTKİN DÜŞDÜ

IV Şuşa Qlobal Media Forumunun iştirakçıları Xankəndidəki Zəfər parkında -FOTO

IV Şuşa Qlobal Media Forumunun iştirakçıları Xankəndidəki Zəfər parkında -FOTO

Qubada keçmiş məhkum “Makarov”la tutuldu – FOTO

Qubada keçmiş məhkum “Makarov”la tutuldu – FOTO

Azərbaycanda “TikTok” istifadəçilərinin SAYI AÇIQLANDI

Azərbaycanda “TikTok” istifadəçilərinin SAYI AÇIQLANDI

Heydər Əliyevin hakimiyyətə gəlişinin ildönümü Qusarda anıldı – FOTO

Heydər Əliyevin hakimiyyətə gəlişinin ildönümü Qusarda anıldı – FOTO

Qlobal gündəmin Şuşa gündəliyi – Prezidentin çıxışından TARİXİ MESAJLAR

Qlobal gündəmin Şuşa gündəliyi – Prezidentin çıxışından TARİXİ MESAJLAR

Hikmət Hacıyev və Qazaxıstan rəsmiləri arasında GÖRÜŞ – Media sahəsində qarşılıqlı fəaliyyət MÜZAKİRƏ OLUNDU – FOTO

Hikmət Hacıyev və Qazaxıstan rəsmiləri arasında GÖRÜŞ – Media sahəsində qarşılıqlı fəaliyyət MÜZAKİRƏ OLUNDU – FOTO

Bu il 3 mindən çox müəllim imtahandan kəsilib - RƏSMİ

Bu il 3 mindən çox müəllim imtahandan kəsilib - RƏSMİ

Əli Əsədov rusiyalı nazirlə görüşdü: Nələr müzakirə edildi?

Əli Əsədov rusiyalı nazirlə görüşdü: Nələr müzakirə edildi?

Hikmət Hacıyev Şuşada Suriyanın informasiya naziri ilə GÖRÜŞDÜ

Hikmət Hacıyev Şuşada Suriyanın informasiya naziri ilə GÖRÜŞDÜ

Sabahdan MİQ imtahanları BAŞLAYIR

Sabahdan MİQ imtahanları BAŞLAYIR

Pulu maqnit kimi çəkən 5 bürc

Pulu maqnit kimi çəkən 5 bürc

"Qarabağ"da gözlənilməz ayrılıq - FOTO

"Qarabağ"da gözlənilməz ayrılıq - FOTO

Məşhur belçikalı avtomobil dizayneri Rusiya vətəndaşlığı ALDI

Məşhur belçikalı avtomobil dizayneri Rusiya vətəndaşlığı ALDI

Avropa İttifaqında RƏQƏMSAL İNQİLAB – Uşaqlar üçün sosial şəbəkələr qadağan edilir

Avropa İttifaqında RƏQƏMSAL İNQİLAB – Uşaqlar üçün sosial şəbəkələr qadağan edilir

ADY-də SİMA İmzadan istifadə edən sərnişinlərin sayı 9 mini ÖTDÜ – FOTO

ADY-də SİMA İmzadan istifadə edən sərnişinlərin sayı 9 mini ÖTDÜ – FOTO

Alkoqolu dayandırdıqdan sonra bədən belə dəyişir

Alkoqolu dayandırdıqdan sonra bədən belə dəyişir

Bu ilin 6 ayında ölkədə 5 tondan çox narkotik AŞKARLANIB

Bu ilin 6 ayında ölkədə 5 tondan çox narkotik AŞKARLANIB

Səudiyyə Ərəbistanı Yəməndə hava limanına zərbə endirdi – VİDEO

Səudiyyə Ərəbistanı Yəməndə hava limanına zərbə endirdi – VİDEO

İki gün geomaqnit qasırğası OLACAQ

İki gün geomaqnit qasırğası OLACAQ

Azərbaycanda dövlət qurumu ləğv edildi

Azərbaycanda dövlət qurumu ləğv edildi

Balıqçılıqla məşğul olanların NƏZƏRİNƏ – Nəzarət mexanizmi ilə bağlı YENİLİK

Balıqçılıqla məşğul olanların NƏZƏRİNƏ – Nəzarət mexanizmi ilə bağlı YENİLİK

Rafael Ağayevə ağır itki

Rafael Ağayevə ağır itki

Məktəbəhazırlıq qruplarına qəbulun vaxtı AÇIQLANDI

Məktəbəhazırlıq qruplarına qəbulun vaxtı AÇIQLANDI

End of content

No more pages to load

RADİO