Azərbaycan Ermənistandan kompensasiya TƏLƏB EDİR

Azərbaycan Enerji Xartiyası Müqaviləsinə uyğun olaraq, bu gün Ermənistana qarşı dövlətlərarası arbitraj prosesini başladıb.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) məlumatında bildirilir. 

Azərbaycan tərəfi Ermənistana təqdim edilmiş Arbitraj Bildirişində 1991-ci ildən 2020-ci ilə qədər Ermənistanın ərazilərimizin 30 ilə yaxın qanunsuz işğalı dövründə Azərbaycanın enerji resursları üzərində suveren hüquqlarını pozduğuna görə Ermənistandan təzminat və maliyyə kompensasiyası tələb edib.

Bildirilib ki, Ermənistan, hərbi güc yolu ilə Qarabağ bölgəsindəki enerji resurslarından istifadədən Azərbaycanı məhrum etməklə, Azərbaycanın enerji ehtiyatlarını öz xeyrinə istismar etməklə, habelə Azərbaycanın öz milli enerji siyasətinə və ətraf mühitlə bağlı öhdəliklərinə uyğun olaraq enerji ehtiyatlarını daha da inkişaf etdirmək imkanından məhrum etməklə Enerji Xartiyası Müqaviləsinin çoxsaylı müddəalarını və beynəlxalq hüququn fundamental prinsiplərini pozub:
“Azərbaycanın Enerji Xartiyası Müqaviləsinə uyğun olaraq, Ermənistana qarşı dövlətlərarası iddiasının əsasını Qarabağ bölgəsinin zəngin hidroenergetika ehtiyatlarının Ermənistan tərəfindən qanunsuz istismarı təşkil edir.

Qarabağ bölgəsində Azərbaycanın daxili su ehtiyatlarının 25%-nin cəmlənməsi, buranı su elektrik enerjisi istehsalı üçün optimal məkana çevirib.

Ermənistanın qeyri-qanuni şəkildə istismar etdiyi hidroenergetika obyektlərinin ən böyüyü Tərtərçayın üzərində inşa edilmiş Sərsəng su anbarında yerləşən Tərtər su elektrik stansiyasıdır (Tərtər SES). Ermənistan Azərbaycanın suveren ərazilərinə hərbi təcavüzünün tərkib hissəsi kimi, 1994-cü ildə Sərsəng su anbarını və Tərtər SES-i ələ keçirib.

Ermənistan, həmçinin işğal zamanı Azərbaycanın suveren ərazisində ən azı 37 əlavə icazəsiz su elektrik qurğuları tikib.

Tərtər SES-in istehsal etdiyi elektrik enerjisi ilə yanaşı, bu əlavə icazəsiz qurğuların hasilatı açıq şəkildə Ermənistana “ixrac mənbəyi” kimi müəyyən edilmişdi. Ermənistan Azərbaycana məxsus su elektrik enerjisi ehtiyatlarının qeyri-qanuni istismarını asanlaşdırmaq üçün keçmiş işğal olunmuş ərazilərdən Ermənistana elektrik enerjisinin paylanmasının “vahid sistemi”ni yaratmış, “gündəlik elektrik enerjisi istehsalının həcmini Ermənistan ərazisindən tənzimləyib” və bölgənin mövcud qurğularını istismar etmək üçün enerji şirkətlərinə saxta “lisenziyalar” verib.

İşğal zamanı Ermənistan eyni zamanda İrəvan istilik elektrik stansiyasında istifadə məqsədilə, Azərbaycanın Tərtər rayonunun Çardaqlı kömür mədənini qanunsuz istismar edib.

Nəhayət, Ermənistan Azərbaycan ərazisində əlavə enerji infrastrukturu qurmaqla Azərbaycanın hidroenergetika və kömür ehtiyatlarının qeyri-qanuni istismarına şərait yaradıb. Məsələn, Ermənistan işğal olunmuş ərazilərlə Ermənistan arasında “birbaşa həyat xətti” kimi təsvir edilən və Ermənistanın təhlükəsizliyində “əhəmiyyətli rol” oynayacaq yeni kömür-nəqliyyat magistralının tikintisini maliyyələşdirib.

Ermənistan həmçinin Azərbaycanda Yevlaxı Naxçıvan ilə birləşdirən təbii qaz kəməri kimi mövcud enerji tranzit qurğularını sıradan çıxarıb. Beləliklə, işğal nəticəsində Naxçıvana qaz təchizatı kəsilib. 
Bu arbitraj işinin məqsədi, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış suveren ərazisində Ermənistan tərəfindən enerji ehtiyatlarının 30 ilə yaxın bir dövr ərzində qeyri-qanuni istismarı və qəsb edilməsinə cavab olaraq haqqı-ədaləti və Ermənistanın təzminat ödəməsini təmin etməkdir”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Mobil telefona görə qəbul imtahanına buraxılmayan gənc İTKİN DÜŞDÜ

Mobil telefona görə qəbul imtahanına buraxılmayan gənc İTKİN DÜŞDÜ

IV Şuşa Qlobal Media Forumunun iştirakçıları Xankəndidəki Zəfər parkında -FOTO

IV Şuşa Qlobal Media Forumunun iştirakçıları Xankəndidəki Zəfər parkında -FOTO

Qubada keçmiş məhkum “Makarov”la tutuldu – FOTO

Qubada keçmiş məhkum “Makarov”la tutuldu – FOTO

Azərbaycanda “TikTok” istifadəçilərinin SAYI AÇIQLANDI

Azərbaycanda “TikTok” istifadəçilərinin SAYI AÇIQLANDI

Heydər Əliyevin hakimiyyətə gəlişinin ildönümü Qusarda anıldı – FOTO

Heydər Əliyevin hakimiyyətə gəlişinin ildönümü Qusarda anıldı – FOTO

Qlobal gündəmin Şuşa gündəliyi – Prezidentin çıxışından TARİXİ MESAJLAR

Qlobal gündəmin Şuşa gündəliyi – Prezidentin çıxışından TARİXİ MESAJLAR

Hikmət Hacıyev və Qazaxıstan rəsmiləri arasında GÖRÜŞ – Media sahəsində qarşılıqlı fəaliyyət MÜZAKİRƏ OLUNDU – FOTO

Hikmət Hacıyev və Qazaxıstan rəsmiləri arasında GÖRÜŞ – Media sahəsində qarşılıqlı fəaliyyət MÜZAKİRƏ OLUNDU – FOTO

Bu il 3 mindən çox müəllim imtahandan kəsilib - RƏSMİ

Bu il 3 mindən çox müəllim imtahandan kəsilib - RƏSMİ

Əli Əsədov rusiyalı nazirlə görüşdü: Nələr müzakirə edildi?

Əli Əsədov rusiyalı nazirlə görüşdü: Nələr müzakirə edildi?

Hikmət Hacıyev Şuşada Suriyanın informasiya naziri ilə GÖRÜŞDÜ

Hikmət Hacıyev Şuşada Suriyanın informasiya naziri ilə GÖRÜŞDÜ

Sabahdan MİQ imtahanları BAŞLAYIR

Sabahdan MİQ imtahanları BAŞLAYIR

Pulu maqnit kimi çəkən 5 bürc

Pulu maqnit kimi çəkən 5 bürc

"Qarabağ"da gözlənilməz ayrılıq - FOTO

"Qarabağ"da gözlənilməz ayrılıq - FOTO

Məşhur belçikalı avtomobil dizayneri Rusiya vətəndaşlığı ALDI

Məşhur belçikalı avtomobil dizayneri Rusiya vətəndaşlığı ALDI

Avropa İttifaqında RƏQƏMSAL İNQİLAB – Uşaqlar üçün sosial şəbəkələr qadağan edilir

Avropa İttifaqında RƏQƏMSAL İNQİLAB – Uşaqlar üçün sosial şəbəkələr qadağan edilir

ADY-də SİMA İmzadan istifadə edən sərnişinlərin sayı 9 mini ÖTDÜ – FOTO

ADY-də SİMA İmzadan istifadə edən sərnişinlərin sayı 9 mini ÖTDÜ – FOTO

Alkoqolu dayandırdıqdan sonra bədən belə dəyişir

Alkoqolu dayandırdıqdan sonra bədən belə dəyişir

Bu ilin 6 ayında ölkədə 5 tondan çox narkotik AŞKARLANIB

Bu ilin 6 ayında ölkədə 5 tondan çox narkotik AŞKARLANIB

Səudiyyə Ərəbistanı Yəməndə hava limanına zərbə endirdi – VİDEO

Səudiyyə Ərəbistanı Yəməndə hava limanına zərbə endirdi – VİDEO

İki gün geomaqnit qasırğası OLACAQ

İki gün geomaqnit qasırğası OLACAQ

Azərbaycanda dövlət qurumu ləğv edildi

Azərbaycanda dövlət qurumu ləğv edildi

Balıqçılıqla məşğul olanların NƏZƏRİNƏ – Nəzarət mexanizmi ilə bağlı YENİLİK

Balıqçılıqla məşğul olanların NƏZƏRİNƏ – Nəzarət mexanizmi ilə bağlı YENİLİK

Rafael Ağayevə ağır itki

Rafael Ağayevə ağır itki

Məktəbəhazırlıq qruplarına qəbulun vaxtı AÇIQLANDI

Məktəbəhazırlıq qruplarına qəbulun vaxtı AÇIQLANDI

End of content

No more pages to load

RADİO