Prezident Rumıniya nümayəndə heyətini qəbul edib - VİDEO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 27-də Rumıniya Parlamentinin Deputatlar Palatasının sədri İon-Marçel Çolakonun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Bizim.Media xəbər verir ki, dövlətimizin başçısı ölkələrimiz arasında təmasların müntəzəm xarakter daşımasından məmnunluğunu bildirərək, iki ölkənin prezidentlərinin qarşılıqlı səfərlərinin bu istiqamətdə atılmış önəmli addım olduğunu qeyd edib və Rumıniya Parlamentinin Deputatlar Palatasının sədrinin ölkəmizə geniş heyətlə səfər etməsini də əlaqələrimizin yüksək səviyyədə olmasının göstəricisi kimi dəyərləndirib.

İkitərəfli gündəliyin genişləndiyini qeyd edən Prezident İlham Əliyev münasibətlərimizin mahiyyətinin keyfiyyətcə müsbətə doğru dəyişdiyini deyib.

Dövlətimizin başçısı bunun yaxşı nümunəsi kimi enerji sahəsində əməkdaşlığın dərinləşdiyini, o cümlədən Azərbaycan qazının artıq Rumıniya bazarına çatdırıldığını vurğulayıb və yaşıl enerji ilə bağlı layihənin həyata keçirilməsindən sonra bu istiqamətdə daha böyük işlərin görüləcəyinə ümidvar olduğunu bildirib.

Azərbaycan Prezidenti ölkələrimiz arasında münasibətlərin digər istiqamətlərdə də inkişaf etdirilməsi üçün yaxşı potensialın mövcud olduğunu deyib, İon-Marçel Çolakonun ölkəmizə səfərinin parlamentlərarası əməkdaşlığın möhkəmlənməsinə töhfə verəcəyinə əminliyini ifadə edib.

Rəhbərlik etdiyi nümayəndə heyətinə öz həmkarları ilə bərabər, hökumət nümayəndələrinin də daxil olduğunu bildirən Rumıniya Parlamentinin Deputatlar Palatasının sədri Azərbaycanda keçirəcəyi görüşlər zamanı əlaqələrin genişləndirilməsi, o cümlədən beynəlxalq təşkilatlarda əməkdaşlığın möhkəmlənməsi məsələsinin də müzakirə ediləcəyini bildirib.
İon-Marçel Çolako Azərbaycan və Rumıniya prezidentlərinin qarşılıqlı səfərlərinin münasibətlərimizin inkişafında xüsusi önəmini qeyd edərək strateji tərəfdaşlıq əlaqələrimizin daha da genişlənəcəyinə əminliyini ifadə edib.

Qonaq deyib ki, Azərbaycan Cənubi Qafqazda sabitliyin təmin olunmasında mühüm rola malikdir və Avropa İttifaqının strateji tərəfdaşıdır.

Görüşdə Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya arasında imzalanmış dördtərəfli Anlaşma Memorandumunun və bu çərçivədə Azərbaycanın bərpaolunan enerji potensialı əsasında Qara dənizin dibi ilə elektrik xəttinin çəkilməsi layihəsinin əhəmiyyəti vurğulanıb. Həmçinin Rumıniyanın Azərbaycanın Avropa İttifaqı və NATO ilə əməkdaşlığının inkişafına verdiyi dəstək yüksək qiymətləndirilib.
 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Mobil telefona görə qəbul imtahanına buraxılmayan gənc İTKİN DÜŞDÜ

Mobil telefona görə qəbul imtahanına buraxılmayan gənc İTKİN DÜŞDÜ

IV Şuşa Qlobal Media Forumunun iştirakçıları Xankəndidəki Zəfər parkında -FOTO

IV Şuşa Qlobal Media Forumunun iştirakçıları Xankəndidəki Zəfər parkında -FOTO

Qubada keçmiş məhkum “Makarov”la tutuldu – FOTO

Qubada keçmiş məhkum “Makarov”la tutuldu – FOTO

Azərbaycanda “TikTok” istifadəçilərinin SAYI AÇIQLANDI

Azərbaycanda “TikTok” istifadəçilərinin SAYI AÇIQLANDI

Heydər Əliyevin hakimiyyətə gəlişinin ildönümü Qusarda anıldı – FOTO

Heydər Əliyevin hakimiyyətə gəlişinin ildönümü Qusarda anıldı – FOTO

Qlobal gündəmin Şuşa gündəliyi – Prezidentin çıxışından TARİXİ MESAJLAR

Qlobal gündəmin Şuşa gündəliyi – Prezidentin çıxışından TARİXİ MESAJLAR

Hikmət Hacıyev və Qazaxıstan rəsmiləri arasında GÖRÜŞ – Media sahəsində qarşılıqlı fəaliyyət MÜZAKİRƏ OLUNDU – FOTO

Hikmət Hacıyev və Qazaxıstan rəsmiləri arasında GÖRÜŞ – Media sahəsində qarşılıqlı fəaliyyət MÜZAKİRƏ OLUNDU – FOTO

Bu il 3 mindən çox müəllim imtahandan kəsilib - RƏSMİ

Bu il 3 mindən çox müəllim imtahandan kəsilib - RƏSMİ

Əli Əsədov rusiyalı nazirlə görüşdü: Nələr müzakirə edildi?

Əli Əsədov rusiyalı nazirlə görüşdü: Nələr müzakirə edildi?

Hikmət Hacıyev Şuşada Suriyanın informasiya naziri ilə GÖRÜŞDÜ

Hikmət Hacıyev Şuşada Suriyanın informasiya naziri ilə GÖRÜŞDÜ

Sabahdan MİQ imtahanları BAŞLAYIR

Sabahdan MİQ imtahanları BAŞLAYIR

Pulu maqnit kimi çəkən 5 bürc

Pulu maqnit kimi çəkən 5 bürc

"Qarabağ"da gözlənilməz ayrılıq - FOTO

"Qarabağ"da gözlənilməz ayrılıq - FOTO

Məşhur belçikalı avtomobil dizayneri Rusiya vətəndaşlığı ALDI

Məşhur belçikalı avtomobil dizayneri Rusiya vətəndaşlığı ALDI

Avropa İttifaqında RƏQƏMSAL İNQİLAB – Uşaqlar üçün sosial şəbəkələr qadağan edilir

Avropa İttifaqında RƏQƏMSAL İNQİLAB – Uşaqlar üçün sosial şəbəkələr qadağan edilir

ADY-də SİMA İmzadan istifadə edən sərnişinlərin sayı 9 mini ÖTDÜ – FOTO

ADY-də SİMA İmzadan istifadə edən sərnişinlərin sayı 9 mini ÖTDÜ – FOTO

Alkoqolu dayandırdıqdan sonra bədən belə dəyişir

Alkoqolu dayandırdıqdan sonra bədən belə dəyişir

Bu ilin 6 ayında ölkədə 5 tondan çox narkotik AŞKARLANIB

Bu ilin 6 ayında ölkədə 5 tondan çox narkotik AŞKARLANIB

Səudiyyə Ərəbistanı Yəməndə hava limanına zərbə endirdi – VİDEO

Səudiyyə Ərəbistanı Yəməndə hava limanına zərbə endirdi – VİDEO

İki gün geomaqnit qasırğası OLACAQ

İki gün geomaqnit qasırğası OLACAQ

Azərbaycanda dövlət qurumu ləğv edildi

Azərbaycanda dövlət qurumu ləğv edildi

Balıqçılıqla məşğul olanların NƏZƏRİNƏ – Nəzarət mexanizmi ilə bağlı YENİLİK

Balıqçılıqla məşğul olanların NƏZƏRİNƏ – Nəzarət mexanizmi ilə bağlı YENİLİK

Rafael Ağayevə ağır itki

Rafael Ağayevə ağır itki

Məktəbəhazırlıq qruplarına qəbulun vaxtı AÇIQLANDI

Məktəbəhazırlıq qruplarına qəbulun vaxtı AÇIQLANDI

End of content

No more pages to load

RADİO