Korotçenko: Ermənistanın beynəlxalq miqyasda qeydə alınan sərhədləri yoxdur

Ermənistana Avropa İttifaqının müşahidə missiyasının gəlməsinin ardından başqa hadisələr də baş verəcək. Bundan sonra Aİ-nin iştirakı tam hərbi missiyaya çevrilə və hərbi kontingentin yerləşməsi ilə nəticələnə bilər. 

Bizim.Media AZERTAC-a istinadən xəbər verir ki, bu fikirləri “Rusiya və Fransanın Cənubi Qafqazda və Afrikada mübarizəsi” mövzusunda keçirilən dəyirmi masada Rusiyanın “Milli müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko söyləyib.

O qeyd edib ki, beləliklə, regionda konfiqurasiya dəyişəcək. Baş redaktor əlavə edib:

“Rusiya diplomatiyası həmişə vurğulayıb ki, həm Cənubi Qafqaz, həm də Xəzər regionunda xarici aktorlar olmamalıdır. Bütün məsələlər müstəsna olaraq region ölkələri tərəfindən həll edilməlidir”. 

Politoloqun fikrincə, Fransadakı erməni diasporunun bütün mühüm qərarlara fəal təsiri var. O deyib:

“Fransa senatının kobud anti-Azərbaycan qətnaməsini xatırlayırıq. Yəqin ki, bu, tarixdə diasporun həmin ölkənin milli məclisini korrupsiyaya uğratdığı ilk hadisədir”. 

İ.Korotçenko xatırladıb ki, fransızlar müstəmləkə müharibələri zamanı kütləvi vəhşilikləri ilə seçiliblər. “Xatırladım ki, Əlcəzairə səfər edən Azərbaycan Prezidenti İlham Əliyev bu ölkədə fransız müstəmləkəçilərinin vəhşiliklərini əks etdirən ekspozisiya ilə tanış olub”. 

“Fransaya arxalanan Ermənistanın məqsədi Azərbaycana siyasət və diplomatiya sahələrində suveren qərarlar qəbul etməyə imkan verməmək, lazım gəldikdə isə güc metoduna əl atmaqdır. Yerevanın təqsiri ucbatından Azərbaycan-Ermənistan sərhədi demarkasiya və delimitasiya olunmayıb, bu da, sərhədin olmaması anlamına gəlir. Yəni Ermənistan beynəlxalq miqyasda tanınan və qeydə alınan sərhədləri olmayan ölkədir. Bu boz zonada müxtəlif hadisələr baş verə bilər. Bu və ya digər tərəfin hərbi bölmələri yüksəklikləri tuta bilər və bu, sərhədin pozulması anlamı daşımır. Çünki sərhədlər müəyyən edilməyib”, - deyə İ.Korotçenko vurğulayıb. 
Politoloq əmindir ki, Aİ-nin Ermənistandakı müşahidə missiyasının tərkibində kəşfiyyatçılar olacaq. Onlar Rusiya və Azərbaycanın əleyhinə istifadə ediləcək informasiyaların toplanması ilə məşğul olacaqlar. 

İ.Korotçenko hesab edir ki, hazırda Bakı və Moskvanın mövqelərində aktiv yaxınlaşma müşahidə olunur:

“Biz təhlükənin ciddiliyini anlayırıq, Fransanın və digər aktorların Cənubi Qafqazda destruktiv fəaliyyətinə qarşı fəal mübarizə aparacağıq və birgə səylərlə Ermənistanı Nikol Paşinyanın imzaladığı öhdəlikləri yerinə yetirməyə məcbur edəcəyik”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Nəriman oynadı, komandası heç-heçə etdi

Nəriman oynadı, komandası heç-heçə etdi

Füzulidə alovun yayıldığı mina sahələrində partlayışlar BAŞ VERİR

Füzulidə alovun yayıldığı mina sahələrində partlayışlar BAŞ VERİR

Zelenski Makronu “Azadlıq” ordeni ilə təltif etdi

Zelenski Makronu “Azadlıq” ordeni ilə təltif etdi

Bakıda maşında meyit tapıldı

Bakıda maşında meyit tapıldı

Kəlbəcərdə çayda batan azyaşlının FOTOSU

Kəlbəcərdə çayda batan azyaşlının FOTOSU

"Caspian International Hospital"da qanunsuz mayalanma proseduru aparılırmış

"Caspian International Hospital"da qanunsuz mayalanma proseduru aparılırmış

"Həyatımın ən böyük sevgisi " - Əməkdar artist Rəşidə Rəşid – FOTO

"Həyatımın ən böyük sevgisi " - Əməkdar artist Rəşidə Rəşid – FOTO

İsrail parlamentində qondarma "erməni soyqırımı" ilə bağlı səsvermə DAYANDIRILDI

İsrail parlamentində qondarma "erməni soyqırımı" ilə bağlı səsvermə DAYANDIRILDI

Tramp Hörmüzün blokadaya alındığını elan etdi – Neft sürətlə BAHALAŞDI

Tramp Hörmüzün blokadaya alındığını elan etdi – Neft sürətlə BAHALAŞDI

Sosial şəbəkələrdə satılan arıqlama məhsulları ilə bağlı ÇAĞIRIŞ - VİDEO

Sosial şəbəkələrdə satılan arıqlama məhsulları ilə bağlı ÇAĞIRIŞ - VİDEO

Tramp ABŞ-İran danışıqlarının niyə dayandığını AÇIQLADI

Tramp ABŞ-İran danışıqlarının niyə dayandığını AÇIQLADI

Azərbaycanda doğum səviyyəsi niyə aşağı düşür? - ARAŞDIRMA

Azərbaycanda doğum səviyyəsi niyə aşağı düşür? - ARAŞDIRMA

ABŞ-nin Hörmüz boğazı ilə bağlı bəyanatına İrandan cavab: “İmkan verməyəcəyik”

ABŞ-nin Hörmüz boğazı ilə bağlı bəyanatına İrandan cavab: “İmkan verməyəcəyik”

Əli Əsədov Ümumdünya Gömrük Təşkilatının Baş katibi ilə GÖRÜŞDÜ

Əli Əsədov Ümumdünya Gömrük Təşkilatının Baş katibi ilə GÖRÜŞDÜ

Lisey və gimnaziyalara qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ

Lisey və gimnaziyalara qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ

“Fənərbağça”nın futbolçusu “Beşiktaş”a keçir

“Fənərbağça”nın futbolçusu “Beşiktaş”a keçir

OPEC: Azərbaycanda ikinci rübdə neft hasilatı artıb

OPEC: Azərbaycanda ikinci rübdə neft hasilatı artıb

Milli Məclisin son iclasında müzakirə ediləcək MƏSƏLƏLƏR

Milli Məclisin son iclasında müzakirə ediləcək MƏSƏLƏLƏR

Bəzi yerlərdə leysan olacaq, dolu düşəcək – XƏBƏRDARLIQ

Bəzi yerlərdə leysan olacaq, dolu düşəcək – XƏBƏRDARLIQ

Öz hava limanlarına zərbə endirdilər - İran təyyarəsinə görə

Öz hava limanlarına zərbə endirdilər - İran təyyarəsinə görə

Biznesmenin 4 milyonunu ödədilər - İkisi həbsdən azad edildi

Biznesmenin 4 milyonunu ödədilər - İkisi həbsdən azad edildi

Azərbaycan ilə Özbəkistan mediaları arasında əməkdaşlığın genişləndirilməsi GÜNDƏMDƏ – FOTO

Azərbaycan ilə Özbəkistan mediaları arasında əməkdaşlığın genişləndirilməsi GÜNDƏMDƏ – FOTO

Nazir polkovnik-leytenantı RƏİS TƏYİN ETDİ

Nazir polkovnik-leytenantı RƏİS TƏYİN ETDİ

Ceyhun Bayramov ÜGT-nin baş katibi ilə görüşdü – FOTO

Ceyhun Bayramov ÜGT-nin baş katibi ilə görüşdü – FOTO

End of content

No more pages to load

RADİO