Ceyhun Bayramov “Made in Italy” naziri ilə görüşüb, bu məsələləri MÜZAKİRƏ ETDİ - FOTO

Fevralın 13-də xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə səfərdə olan İtaliyanın şirkətlər və “Made in Italy” naziri Adolfo Urso ilə görüşüb. 

Bu barədə Bizim.Media-ya Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumat verilib. 

Bildirilib ki, görüşdə nazir Ceyhun Bayramov çoxölçülü strateji tərəfdaşlıq səviyyəsinə yüksələn ikitərəfli münasibətlərin inkişafından məmnunluq ifadə edərək Azərbaycan və İtaliya arasında baş tutmuş ali və yüksək səviyyəli qarşılıqlı səfərlərin, o cümlədən İtaliya Prezidenti Sercio Mattarellanın 2018-ci ildə ölkəmizə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020 və 2022-ci illərdə İtaliyaya, habelə digər yüksək səviyyəli səfərlərin bu strateji tərəfdaşlığın daha da gücləndirilməsində mühüm oynadığını vurğulayıb. 

İki ölkə arasında güclü siyasi əlaqələrdən bəhs edən Nazir Ceyhun Bayramov neft-qaz və hazırda elektroenergetika sahəsində reallaşan layihələrin bu əlaqələrdə təməl rol oynadığını bildirib. Bu gün Mingəçevir şəhərində yeni 1280 MVt gücündə İstilik Elektrik Stansiyasının təməlinin qoyulmasının mühüm hadisə olduğunu qeyd edən Nazir layihənin İtaliya-Azərbaycan dostluğunun daha da genişlənməsi nöqteyi-nəzərindən vacib olduğunu diqqətə çatdırıb. 
Görüşdə Azərbaycan və İtaliya arasında iqtisadi sahədə səmərəli əməkdaşlıq əlaqələrinin mövcudluğu, bu xüsusda İtaliyanın Azərbaycanın ən böyük ticarət tərəfdaşı olduğu, Azərbaycanın isə İtaliyanın ən böyük enerji təchizatçılarından biri olduğu diqqətə çatdırılıb. Enerji sahəsində əməkdaşlığın genişləndirilməsində Cənub Qaz Dəhlizinin və onun tərkib hissəsi olan “TAP” qaz boru kəmərinin əhəmiyyəti vurğulanıb. 

İki ölkə arasında təhsil sahəsində əməkdaşlıq məsələrinə də toxunan nazir Ceyhun Bayramov ötən il İtaliyanın sabiq xarici işlər naziri Luici Di Maionun ölkəmizə səfəri çərçivəsində təməli qoyulmuş İtaliya-Azərbaycan Universitetinin əhəmiyyətindən bəhs edib. Bu xüsusda, İtaliya-Azərbaycan Universitetinin inşa edilməsi prosesinin sürətlə davam etdirildiyi diqqətə çatdırılıb. 

Nazir Ceyhun Bayramov eyni zamanda, qarşı tərəfə Vətən müharibəsindən sonra post-münaqişə dövründə aparılan bərpa və quruculuq işləri, Ermənistanla normallaşma və sülh prosesi barədə ətraflı məlumat verərək İtaliyanın Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə göstərdiyi dəstəyə görə dərin minnətdarlığını bildirib. Həm 30 illik işğal dövründə Ermənistanın işğalçılıq fəaliyyəti, həm də postmünaqişə dövründə sülh prosesinə törətdiyi maneələr barədə ətraflı məlumat verilib. 

İtaliyanın işğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işlərində fəal iştirak edən ölkələrdən biri olduğunu vurğulayan Nazir ölkəmiz üçün ən vacib hesab olunan layihələrin məhz İtaliya şirkətlərinə həvalə edilməsindən məmnunluğunu ifadə edib. 
Nazir Adolfo Urso öz növbəsində ölkəmizə səfərlərini, o cümlədən Vətən müharibəsi başa çatdıqdan sonra italyan parlament nümayəndə heyətinin tərkibində Azərbaycana, habelə işğaldan azad edilmiş ərazilərə səfərini məmnunluqla xatırlayıb. Azərbaycanla İtaliya arasında strateji dialoq və əməkdaşlığın əhəmiyyətini qeyd edən A.Urso iki ölkə arasında geniş əməkdaşlıq perspektivlərinin olduğunu diqqətə çatdırıb. 

Görüşdə, tərəflər bərpaolunan enerji, kənd təsərrüfatı texnikası, əczaçılıq sənayesi, mədəniyyət və digər qarşılıqlı maraq doğuran sahələr üzrə fikir mübadiləsi aparılıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Qalatasaray” “Mançester Siti”nin üzvünü transfer edir

“Qalatasaray” “Mançester Siti”nin üzvünü transfer edir

Tramp xalqa müraciət EDƏCƏK

Tramp xalqa müraciət EDƏCƏK

Yəmən Babülməndəb boğazını bağlayır – Neft 200 dollara qalxa bilər

Yəmən Babülməndəb boğazını bağlayır – Neft 200 dollara qalxa bilər

Millimizin hücumçusu Türkiyə klubuna keçir

Millimizin hücumçusu Türkiyə klubuna keçir

Prezident İlham Əliyevin IV Qlobal Media Forumunda çıxışı dünya mətbuatının diqqət mərkəzindədir - FOTO

Prezident İlham Əliyevin IV Qlobal Media Forumunda çıxışı dünya mətbuatının diqqət mərkəzindədir - FOTO

SON DƏQİQƏ: ABŞ İrana dəniz dronu ilə hücum etdi - VİDEO

SON DƏQİQƏ: ABŞ İrana dəniz dronu ilə hücum etdi - VİDEO

“Şamaxı” portuqaliyalı müdafiəçi transfer etdi

“Şamaxı” portuqaliyalı müdafiəçi transfer etdi

Aygün Kazımova Röyanın qonağı oldu – FOTO

Aygün Kazımova Röyanın qonağı oldu – FOTO

“Qarabağ” “Partizan”ın müdafiəçisi ilə anlaşdı

“Qarabağ” “Partizan”ın müdafiəçisi ilə anlaşdı

Ağdam, Füzuli və Xocavəndə köçürüləcək əhalinin dəqiq sayı AÇIQLANDI

Ağdam, Füzuli və Xocavəndə köçürüləcək əhalinin dəqiq sayı AÇIQLANDI

Əraqçi: “İran həmişə Hörmüz boğazının sahibi olub”

Əraqçi: “İran həmişə Hörmüz boğazının sahibi olub”

“Neftçi” Xorvatiya klubuna uduzdu

“Neftçi” Xorvatiya klubuna uduzdu

Putin hərbi xərclərdən danışdı: “Könüllülər 70 milyard köçürüb”

Putin hərbi xərclərdən danışdı: “Könüllülər 70 milyard köçürüb”

“Beşiktaş” Almaniya millisinin üzvü ilə danışıqlara başladı

“Beşiktaş” Almaniya millisinin üzvü ilə danışıqlara başladı

Ukraynanın Baş naziri Yuliya Sviridenko İSTEFA VERDİ

Ukraynanın Baş naziri Yuliya Sviridenko İSTEFA VERDİ

İtaliyanın 7 şəhərində “qırmızı” təhlükə səviyyəsi ELAN EDİLDİ

İtaliyanın 7 şəhərində “qırmızı” təhlükə səviyyəsi ELAN EDİLDİ

Namiq Qaraçuxurlu villasından görüntü paylaşdı — VİDEO

Namiq Qaraçuxurlu villasından görüntü paylaşdı — VİDEO

Kaya Kallasdan kiberhücum bəyanatı: Rusiya nümayəndəsi çağırılacaq

Kaya Kallasdan kiberhücum bəyanatı: Rusiya nümayəndəsi çağırılacaq

Slovakiya Prezidenti Peter Pelleqrini Azərbaycana gəldi - FOTO

Slovakiya Prezidenti Peter Pelleqrini Azərbaycana gəldi - FOTO

Nazir polkovnik-leytenantı yüksək vəzifəyə təyin etdi

Nazir polkovnik-leytenantı yüksək vəzifəyə təyin etdi

Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB - FOTO/VİDEO

Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB - FOTO/VİDEO

Portuqaliyalı qapıçı “Kəpəz”ə qayıtdı

Portuqaliyalı qapıçı “Kəpəz”ə qayıtdı

DİM sosial şəbəkələrdə yayılan iddiaları təkzib etdi: "Beynəlxalq dil sertifikatları tanınır"

DİM sosial şəbəkələrdə yayılan iddiaları təkzib etdi: "Beynəlxalq dil sertifikatları tanınır"

Bakının tikinti sektorunun təhlili: trendlər, problemlər və yeni standartlar — “Kristal”ın rəhbəri Mahayət Nəbiyevlə müsahibə

Bakının tikinti sektorunun təhlili: trendlər, problemlər və yeni standartlar — “Kristal”ın rəhbəri Mahayət Nəbiyevlə müsahibə

End of content

No more pages to load

RADİO